Dovletxeberleri.Az
» » Nazirlik: Vergi Məcəlləsinə edilən dəyişikliklərlə əlaqədar bankların proqram təminatı yenilənir

12-01-2017, 12:21Nazirlik: Vergi Məcəlləsinə edilən dəyişikliklərlə əlaqədar bankların proqram təminatı yenilənir

 Nazirlik: Vergi Məcəlləsinə edilən dəyişikliklərlə əlaqədar bankların proqram təminatı yenilənir

"Vergi Məcəlləsinə edilən sonuncu dəyişikliklərlə əlaqədar banklarda proqram təminatı yenilənir". "APA-Economics" xəbər verir ki, bunu Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva deyib.

Onun sözlərinə görə, qanunlar qəbul olunana və Vergi Məcəlləsinə dəyişikliklər qüvvəyə minənə qədər Vergilər Nazirliyi və Banklar Assosiasiyasına üzv olan bankların 70-ə yaxın nümayəndəsi ilə görüş keçirilib: "Qanunun tətbiqi ilə bağlı yarana biləcək bütün suallara ətraflı cavab verilib. Dünən də Vergilər Nazirliyində Banklar Assosiasiyası ilə geniş tərkibdə görüş keçirilib. Qanunun tətbiqi ilə bağlı müddəa yalnız qanunun özündə göstərilir. Heç bir mərkəzi icra hakimiyyəti orqanı və Vergilər Nazirliyi qanunun qüvvəyə minməsi ilə bağlı müddəti dəyişdirə bilməz və ya möhlət verə bilməz. Bizim Banklar Assosiasiyası ilə səmərəli əməkdaşlığımız davam edir. Biz hesab etmirik ki, bu qanunun tətbiqi ilə bağlı banklarda hər hansı bir qeyri-müəyyən suallar var. Təbii ki texniki olaraq banklarda müəyyən proqram təminatında sazlama işləri gedir. Bu müddət ərzində mütəmadi olaraq hətta görüşlər keçirilməsə belə texniki sualların dərhal ardan qaldırılması ilə bağlı işçi qrup yaratmışıq. İşçi qrupa vergilər nazirinin birinci müavini rəhbərlik edir. Bu işçi qrupda biz gündəlik olaraq yarana biləcək sualların aradan qaldırılması üzərində işləyirik".

S. Musayeva əlavə edib ki, elektron ticarət vasitəsi ilə alınan mallara vergi tətbiqi ilə bağlı qanunda müddəa yoxdur: "Sadəcə olaraq qeyri-rezident tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərə işlərin görülməsi və xidmətlərin göstərilməsi zamanı banklar tərəfindən ödəmə mənbəyində vergi tutulması nəzərdə tutulub. Bunu banklar da bilir. Hər hansı bur bankın qanunla müəyyən olunmuş vergidən başqa digər vergi tutması halı mövcuddursa, bununla bağlı ona xidmət edən banka müraciət etməlidir. Banklar da həmin uyğunsuzluqların aradan qaldırılması üçün qanunla müəyyən olunmuş tədbirləri görməlidir. Yəni, bu Vergilər Nazirliyi və banklar arasında yaranan sual deyil.

Bu, müştəri və banklar arasında yaranan sualdır. Bu da hər hansı bankda texniki yenilənmə ilə bağlı ola bilər və bu problemi qısa zamanda aradan qaldırmaq mümkündür. Vergi Məcəlləsində ödəmə mənbəyində vergi tutma səlahiyyəti olan subyektlərin dairəsi dəqiq göstərilib. Əgər həmin subyektlər tərəfindən Vergi Məcəlləsində müəyyən olunmuş vergidən başqa digər vergi tutulursa, bu texniki səhvdir. Belə halda müştəri hesabı olan subyektlərə müraciət etməlidir".
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
ABŞ-da Ərdoğanla Trampın görüşü başa çatıb.YenilənibMehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin borcu silindiBMT Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəldiİlham Əliyev Amerika Yəhudi Təşkilatlarının sədr müavinini qəbul edibLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiPrezident İranın nümayəndə heyətini qəbul edibRamiz Mehdiyev AMEA-da islahatlara başlayırVitse-spikerdən tələbə yataqxanaları ilə bağlı - TƏKLİF"Qarşıdakı illərdə biz irəliləyiş görəcəyik" - Mikayıl CabbarovNazir müavini Ucarda dərs prosesini izləyibOqtay Əsədov deputatlara XƏBƏRDARLIQ ETDİİnam Kərimov daha iki direktoru işdən çıxardıElşad Həsənov kollektivə təqdim olundu“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə Laçın rayon rəhbərliyinin görüşü keçirilmişdirAğcabədi rayonunda “ BAYRAQ GÜNÜ “qeyd edildiAmerikada milli musiqimizi təbliğ edən azərbaycanlı -“Facebook” onlayn ödəmə xidmətini işə saldı“Dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisə təqdim olunmalıdır”Prezident “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyi təsdiq etdiAğcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib.İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edibOrta məktəblərdə 5 gün dərs olmayacaqAzərbaycanın Xarici İşlər Nazirliyi Lavrova CAVAB VERDİMSK bələdiyyə seçkilərinə qatılacaq daha bir partiyanı qeydə aldıPrezident və birinci xanım ağacəkmə aksiyasındaOrta məktəblərdə çalışanların diaqnostik imtahanı keçiriləcəkParlament jurnalistlərindən 5 rayonda bayraq aksiyası – FOTOLARZakir Fərəcov Muğam Mərkəzində görülən son tamamlanma işləri ilə tanış olubRövnəq Abdullayev Əbu-Dabidə dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşüb - FOTOValideyn və şagirdlərin nəzərinə - Sabah bu məktəblərdə dərs olacaqİran yeni hərbi yük avtomobilini təqdim edibƏrdoğan bu məsələyə görə Putinə zəng etdiBakı bütünlüklə Azərbaycan bayrağı ilə bəzəndi - FOTO, VİDEOZakir Həsənov: “Hər bir Azərbaycan əsgəri döyüş hazırlığını daim artırmalıdır”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Pirallahı rayonunda keçirilmişdirElmar Məmmədyarov Türkiyədə işgüzar səfərdədirBakı Şəhər İcra Hakimiyyəti Dövlət Bayrağı Günü ilə bağlı iməclik keçiribAzərbaycan hər birimizin doğma evidir!“Yeni baş nazir Novruz Məmmədovun bir çox qərarlarını ləğv edəcək” – İDDİA“Dağlıq Qarabağın yekun statusuna gəldikdə...bu çox çətin məsələdir”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Pirallahı rayonunda keçirilmişdir9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdirErmənistan atəşkəsi 21 dəfə pozdu“Hələ heç nə bitməyib” - Qurban QurbanovAqşin Məmmədov Laçın RN Polis şöbəsində Rəis müavini vəzifəsinə təyin olunmuşdur.YENİ KOALİSİYA YARADILDI. “MİLLİ MƏNƏVİ DƏYƏRLƏRİMİZ UĞRUNDA” ADLI KOALİSİYANIN İLK İCLASI KEÇİRİLDİ.Türkiyə sosial sahədə Azərbaycanın təcrübəsini öyrənəcəkKoreya prezidenti AZƏRTAC-ın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdüVilayət Eyvazov vətəndaşlarla bağlı göstəriş verdiMikayıl Cabbarov Milli Məclisə gəldi - Vergi Məcəlləsinə mühüm dəyişikliklər olacaq