Dovletxeberleri.Az
» » Şagirdlərimiz Türkiyədən medalla qayıtdı - Foto

16-11-2016, 14:43Şagirdlərimiz Türkiyədən medalla qayıtdı - Foto

Şagirdlərimiz Türkiyədən medalla qayıtdı - Foto

Avropa Azərbaycan Məktəbinin şagirdləri Antalyada keçirilən VIII Beynəlxalq Olimpiadada qızıl və gümüş medallar qazanıblar.

Axar.az xəbər verir ki, oktyabr ayının 30-dan noyabr ayının 6-dək Türkiyənin Antalya şəhərində məktəblilər və tələbələr arasında VIII Beynəlxalq Olimpiada keçirilib.

Olimpiada Rusiya Federasiyasının Antalyadakı Baş Konsulluğu, Antalya şəhər meriyası, Beynəlxalq Turizm Akademiyası, Beynəlxalq Turizm Kolleci və Antalyadakı Rus Məktəbi tərəfindən təşkil olunub. Olimpiada III-XI sinif şagirdləri və tələbələr arasında riyaziyyat, rus dili, ingilis dili, türk dili, coğrafiya, fizika, kimya, biologiya, təsviri incəsənət və ümumi tarix fənləri üzrə keçirilib. Olimpiadada Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Azərbaycan və Türkiyə dövlətlərinin 20 məktəbini təmsil edən 200-dən artıq şagird iştirak edib. Azərbaycanı bu olimpiadada 5 məktəbdən - Avropa Azərbaycan Məktəbi, Akademik Zərifə Əliyeva adına lisey, Bakı Modern Məktəbi, Bakı şəhəri 27 saylı və 220 saylı orta məktəblərindən olan 72 şagird təmsil edib. Avropa Azərbaycan Məktəbi olimpiadada VI-X siniflərdən olan 12 şagirdlə təmsil olunub.

Riyaziyyat fənni üzrə olimpiadaya qatılan 9 şagirddən 3-ü yer tutub. Onlardan biri qızıl (Fərid Alməmmədov, X sinif), biri gümüş (Aliyə Xudiyeva, IX sinif), biri isə bürünc (Murad Məhərrəmov, IX sinif) medal qazanıb. Coğrafiya fənni üzrə olimpiadaya qatılan 6 şagirddən 4-ü yer tutub. Onlardan 2-si gümüş (Aslan İbadov - VIII sinif, Məryəm Əliyeva – VII sinif), 2-si isə bürünc (Camal Mani - VIII sinif, Nicat Əlisoy - VI sinif) medal qazanıb. Fizika fənni üzrə olimpiadaya qatılan Murad Məhərrəmov (IX sinif) gümüş, Fərid Alməmmədov (X sinif) bürünc, təsviri incəsənət fənni üzrə olimpiadaya qatılan Aydan Alimzadə (VIII sinif) gümüş, Türk dili fənni üzrə olimpiadaya qatılan Aliyə Xudiyeva (IX sinif) bürünc, biologiya fənni üzrə olimpiadaya qatılan Cəmil Rzayev (VII sinif) qızıl, Aliyə Xudiyeva (IX sinif) bürünc medal qazanıblar.

Olimpiadada iştirak edən bütün şagirdlər ingilis dili fənni üzrə olimpiadaya qatılmışlar. Onlardan biri qızıl (Camal Mani, VIII sinif), üçü gümüş (Fidan Məhərrəmova - VI sinif, Məryəm Əliyeva - VII sinif, Aydan Alimzadə - VIII sinif), ikisi isə bürünc (Cəmil Rzayev - VII sinif, Fərid Alməmmədov - X sinif) medal qazanıb. Məktəbin şagirdləri komanda hesabında ingilis dili fənni üzrə ikinci yerə çıxmaqla kuboka sahib oldular. Ümumilikdə isə olimpiadada 10 şagird 19 medal qazanıb. Bunlardan üçü qızıl, səkkizi gümüş, səkkizi isə bürünc medaldır.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
AYB-nin Sumqayıt bölməsinə YENİ TƏYİNATLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiƏli Əhmədov Yeni Azərbaycan Partiyasının təqaüdünü alan tələbə-gənclərlə görüşübZakir Həsənov təlimlərin gedişi barədə məruzəni dinlədiBalababa Rzayev rəisi işdən çıxarır, 2 il sonra eyni posta geri gətirilir - "Azərişıq"da yeni təyinatİcra başçısı müavinini işdən çıxardıDovletxeberleri.az İlqar Mehtiyevi təbrik edir!Azərbaycan Üzeyir Musiqi gününü qeyd edirLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qaradağ rayonunun “Qobu Park” yaşayış massivində keçirilmişdirElinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYEKomitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanırRövşən Rzayev 30-dan çox köçkünü qəbul etdiPrezident xanım naziri qəbul etdi - FOTOCeyhun Bayramov Basqalda orta məktəbinin AÇILIŞINDA15 sentyabr - Bilik günüdürPrezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDANuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandanDeputat: “Sosial evlərlə bağlı şərtlərə yenidən baxılmalıdır!”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Sabirabad rayonunun ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Saatlı rayonunda keçirilmişdirMehriban Əliyevadan Bilik günü təbriki - FOTOPrezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibVilayət Eyvazovdan ƏMR: Bu ərazilər nəzarətə götürüləcəkƏli Həsənov: Milli birlik, həmrəylik Azərbaycanın alternativsiz reallığıdırNaxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı CORLEAP-ın həmsədri seçilibYAP Qaradağ rayon təşkilatının Gənclər Birliyi ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçiribAğcabədi Regional Mədəniyyət idarəsi Laçın rayon mərkəzi kitabxananın işçiləri Aprel döyüşlərində şəhid olmuş Ülvin Məmmədovun ev muzeyində oldular və ailə uzvüləri ilə görüş keçirmişdilər.ADPU-nun Ağcabədi filialına yeni təyin olunan direktor kollektivə təqdim edildi."Sülh aylığı" ilə bağlı tədbir keçirilmişdirBakı metrosu işıq sönəndə də işləyəcəkQarabağ icması Fransa hökumətinə çağırış edib"Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir" - Xələf XələfovAzərbaycanda kimlərin uşaqlarına müavinət verilir? - Nazirlik AÇIQLADIİcra başçısından şok addım: yubileyə 3 milyon xərcləyəcəkMüharibə əlillərinə daha 50 maşın verildi“Öndəki birincilər” layihəsi çərçivəsində tədbir keçirilmişdir.DMX əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaqAZAL təyyarə bələdçisi vəzifəsinə qəbul elan edibNovruz Məmmədov Gürcüstanın yeni baş nazirini təbrik edibPresident Ilham Aliyev viewed work done at Khatai station of Baku Metroİlham Əliyev AŞPA prezidentini qəbul edibHeydər Əliyev Fondundan 17 min aztəminatlı və kimsəsiz uşağa hədiyyə“İtirilmiş torpaqlarımız...” silsiləsindən 2-ci HEKAYƏTAzərbaycanda “Əxlaq polisi” yaradılır? - AÇIQLAMAQanun və NəzarətLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Taxta Körpü ərazisindəki Alxaslı obasında məcburi köçkünlərlə görüşmüşdürLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiQarabağ həqiqətlərini dünyaya tanıdan Azərbaycan GƏNCLİYİDiaqnostik qiymətləndirilmədən keçən müəllimlərin yeni aylıq vəzifə maaşları - CƏDVƏLBu şəxslər şəhid hesab ediləcək