Dovletxeberleri.Az
» » AZAL rəsmisi “Galaxy Note 7" qadağasına aydınlıq gətirdi

21-10-2016, 10:46AZAL rəsmisi “Galaxy Note 7" qadağasına aydınlıq gətirdi

 AZAL rəsmisi “Galaxy Note 7" qadağasına aydınlıq gətirdi

“Samsung” uğursuz modeli istehsalını tam dayandırıb; bu telefon hər an əlinizdə partlaya bilər
“Samsung” şirkəti “Galaxy Note 7" modelinin satışını dayandırıb və bu məhsullarını geri çağırıb. Səbəb telefonların deffekt olması və öz özünə partlaya bilməsidir. Xatırladaq ki, ”Samsung" şirkətinin “Galaxy Note 7" smartfonlarının ilk satış kampaniyası da uğursuz olub. Belə ki, cihazın batareyasının partlayışlar yaratması səbəbindən şirkət smartfonları geri çağırıb.

Bunun da nəticəsində sentyabr ayında ”Samsung", hesablamalara görə, azı 1 milyard dollar itirib. Şirkət öncə telefonun batareyalarını yeniləri ilə əvəz etmək qərarına gəlib və yenidən bu modelləri satışa çıxarıb. Ancaq bu dəfə də “Galaxy Note 7" modelinin yanma və partlama xəbərləri gəlib. Beləliklə, şirkət bu model telefonların istehsalını oktyabrın 11-dən etibarən tamamilə dayandırmaq qərarına gəlib və satılan telefonları bir daha geri çağırıb. Şirkət ”Galaxy Note 7" istifadəçilərindən bu model telefonlarını işlətməmələrini xahiş edib. Şirkət istifadəçilərə bu model telefonu söndürməzlərsə, öz həyatlarını risk altında qoya biləcəklərinə dair xəbərdarlıq edib: “İstifadəçilərimizin təhlükəsizliyi şirkət üçün ən prioritet mövzudur. Biz bu modellə bağlı araşdırmaları davam etdirərkən bütün operator və pərakəndə satış ortaqlarımıza ”Note 7" satışlarını dayandırmalarını söylədik. Orijinal və ya yenilənən bir “Galaxy Note 7" istifadə edirsinizsə, telefonunuzu dərhal bağlayın və istifadə etməyin. Çünki bu smartfonlar enerji yığan zaman partlayır”.
Analitiklərin qiymətləndirməsinə görə, “Samsung”un “Galaxy Note 7" model smartfonları geri çağırmasına və istehsalını dayandırmasına baxmayaraq, hələ də 1 milyondan çox smartfon istifadədədir. Təbii ki, bütün ölkələrdən bu modelin geri çağırılması, satışdan tamamilə yığışdırılması mümkün deyil. Maraqlıdır, Azərbaycanda vəziyyət necədir?

”Galaxy Note 7" telefonları satışda varmı?

Bunu öyrənmək üçün bir neçə telefon mağazasına baş çəkdik. Əksər mağazalarda bu modelə rast gəlmədik. Satıcı Fuad Əliyev bu modellərin Azərbaycana gəlmədiyini, yarı yoldan qaytarıldığını dedi: “Telefonlar qüsurlu olduğu üçün geri qaytarılıb. Amma istəsəniz tapmaq olar. Az sayda mağazalarda ola bilər. Amma bir az baha olacaq. Bu ikinci buraxılış ”Galaxy Note 7"dir. Onlar elə də deffektli deyil".

Digər telefon mağazasında isə “Galaxy Note 7" telefonunun satışı dayandığı üçün satmadıqlarını dedilər: ”Bu model telefon anbarda var. Ancaq onu satmağa icazə yoxdur. Onun yerinə “Galaxy Note 5" telefonlarını alıcılara təqdim edirik. Cüzi fərqləri var”.

Satıcı “Samsung” telefonları ilə bağlı xəbərlərdən sonra bu şirkətə məxsus telefonların satışının azaldığını dedi: “İnsanlarda qorxu var ki, telefonum əlimdə partlayar. Biz başa salırıq ki, bu yalnız bir modeldə baş verib. Digərlərində problem yoxdur. Ancaq yenə də bunu başa düşməyənlər var”.

Digər baş çəkdiyimiz mağazalarda da bu model telefona rast gəlmədik.

Qeyd edək ki, bir çox ölkələrdə bu model telefonların nəinki satışı dayandırılıb, hətta bu model telefonla təyyarəyə minmək belə qadağan edilib. Yəni “Galaxy Note 7"-si olan şəxs təyyarəyə minib səyahət etmək istəyirsə, o, telefonundan imtina etməlidir. Yeni qərara əsasən nəinki ”Galaxy Note 7" telefon modelini sərnişin özü ilə apara bilməz, hətta təyyarənin yük hissəsinə də təhvil verə bilməz. Artıq Koreya Respublikasının “Samsung” şirkəti bəzi aeroportlarda “Galaxy Note 7" smartfonlarının dəyişdirilməsi üzrə məntəqələr açır. Bu cür məntəqələr yoxlama sahələrinin qarşısında yerləşdirilib və orada ”Note 7" istifadəçilərinə smartfonlarını dəyişməyi təklif edirlər. “Samsung” indi Avstraliyada mübadilə məntəqəsinin açıldığını rəsmən təsdiqləyib. Analoji məntəqələrin ABŞ-da da açılması ilə bağlı məlumat var. ABŞ-da da təyyarəyə minərkən özləri ilə “Galaxy Note 7" aparılmasına qadağa qoyulub. Əgər sərnişinlər gizli halda bu telefon modelini təyyarəyə keçirməyə cəhd edərlərsə və ya baqajlarında bu model telefon aşkarlanarsa, o zaman sərnişin cərimə ediləcək və cinayət məsuliyyətinə cəlb olunacaq.

Azərbaycanın hava limanında da bu qadağa tətbiq edilir. AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski “Yeni Müsavat”a açıqlamasında artıq bir aydır ki, “Galaxy Note 7" modeli ilə uçuşu qadağan etdiklərini bildirdi. Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) tövsiyələrinə əsasən ”Azərbaycan Hava Yolları" QSC (AZAL) sərnişinlərdən uçuş zamanı “Samsung Galaxy Note 7" smartfonlarını istifadə etməməyi və enerji şəbəkəsinə qoşmamağı xahiş edir.

Bu model smartfonun həmçinin qeydiyyatdan keçirilən baqajda daşınması da qadağandır. “Samsung Galaxy Note 7" smartfonları ilə səyahət edən sərnişinlər təyyarənin göyərtəsində smartfonun zədələnməsi, qızması və ya itməsi halında hava gəmisinin heyətinə dərhal məlumat verməlidirlər.
Baxılıb 3 339
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Qarabağ” ikinci qrupda yer aldıAğstafada bazarda 7 nəfər güllələndi, onlardan 4-ü öldüBakıda Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasına start verilibƏrdoğan Putin və Trampla bir araya gəlirABŞ dövlət katibi İranı ittiham etdiPrezidentlər Soçidə görüşəcəkYeni Zellandiya 7,2 ballıq zəlzələ ilə silkələndiErmənilər cəbhədə təxribatlara davam edirBu gün 32 mindən çox şagird buraxılış imtahanı verirUkrayna dünya çempionu olduVII Muğam müsabiqəsi yekunlaşdı: QALİBLƏRBU GÜN Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi- Elburus Allahverdiyev anım günüdürMikayıl Cabbarov yenidən federasiya prezidenti seçildiTürkiyədə tayfa davası: 6 ölüBakıdan Şarm-əş-Şeyxə birbaşa uçuşlar olacaqSlovakiyanın ilk qadın prezidenti and içdiBakı Konqres Mərkəzində məzun gecəsi keçirildiZakir Həsənov generalları topladı, müharibə mesajı verdiMədət Quliyev: "Heydər Əliyev Azərbaycanı əsarət altına düşməkdən xilas etdi"Mehriban Əliyeva: “Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir”34 saylı məktəbdə "SON ZƏNG"15 İyun - Milli Qurtuluş Günü laçınlılar tərəfindən təntənəli şəkildə qeyd olunmuşdur.Bu qürurverici müstəqillik üçün Heydər Əliyevə borcluyuqDahi liderimizə sevgi məndə uşaq yaşlarımdan başlamisdi!Novruz Məmmədov Tacikistan prezidenti ilə görüşdüAzərbaycanda Milli Qurtuluş GünüdürVətən naminə qayıdışElsevər Əliyev:”ÜMUMMILLI LIDERIMIZIN TARİXİ FƏALIYYƏTI AZƏRBAYCANIN GƏLƏCƏYINƏ HESABLANMIŞ FƏALIYYƏTDIR”.Minlərlə sahibkarın borcu silinibAğcabədi rayon Poladlı kəndində səyyar qəbul-görüş keçirilmişdir.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli məktəblilərin “Son zəng” tədbirində iştirak etmişdirSaleh Səmədov:”Ümummilli liderimizin TARİXİ fəaliyyəti Azərbaycanın gələcəyinə hesablanmış fəaliyyətdir”.Məmmədyarovla Mnatsakanyan Vaşinqtonda görüşəcək – Tarix AÇIQLANDIMilli Məclisdə beynəlxalq konfrans – 7 saat davam edəcəkAvropa Mərkəzi Bankı Rəsulzadənin şəkli olan evro pul nişanı buraxdıTəhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDIAğ Evin mətbuat katibi vəzifəsindən gedirSumqayıtda Muğam Mərkəzinin tikintisi sürətlə aparılırBu gün 81 minə yaxın şagird üçün “son zəng” çalınacaqBirinci vitse-prezident 2 nömrəli Uşaq İncəsənət Məktəbindəki şəraitlə tanış oldu - FOTOLaçınlı tibb işçiləri öz peşə bayramlarını qeyd etdilərQida Təhlükəsizliyi Agentliyinin işçiləri təltif edildi - SƏRƏNCAMHeydər Əliyev Fondu Qarabağ müharibəsi əlili üçün yeni ev tikibSevinc Fətəliyeva: Qazanılan bütün nailiyyətlərin əsasında qurtuluş məfkurəsi, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanırAzərbaycanda 5 km 100 m uzunluqda Dövlət Bayra­ğı hazırlandı"O yerdə ki, sahibkarlıq münasibəti var, ona kommersiya məhkəmlərində baxılacaq"Baş Prokurorluğun mətbuat xidmətinə yeni prokuror təyin edildiAzərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi cənab Aga-Əli Əhmədov Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində vətəndaşları qəbul etmişdir."ASAN-Xidmət", komitə, məhkəmələr... - Bu qurumlarda 103 vakant vəzifə varMilli Məclisdə bu gün növbədənkənar iclas - Gündəlikdə 36 məsələ var - SİYAHI