Dovletxeberleri.Az
» » “Azərbaycan özü və qonşuları üçün enerji təhlükəsizliyini təmin edən ölkədir” - Prezident

29-02-2020, 06:55“Azərbaycan özü və qonşuları üçün enerji təhlükəsizliyini təmin edən ölkədir” - Prezident

“Azərbaycan özü və qonşuları üçün enerji təhlükəsizliyini təmin edən ölkədir” - Prezident
"Azərbaycan özü və qonşuları üçün enerji təhlükəsizliyini təmin edən ölkədir".

Dovletxeberleri.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Fevralın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında çıxışı zamanı deyib.

Prezident İlham Əliyev bildirib ki, hazırda Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında iştirak edən və fəal investisiya yatıran yeganə ölkədir: "Əslində, bu gün biz artıq ölkəmizdən keçən Şimal-Qərb nəqliyyat dəhlizi və hələ ki, istismara verilməyən, lakin potensialı olan Cənub-Qərb nəqliyyat dəhlizi barədə danışırıq. Həmçinin demək istərdim ki, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” Azərbaycanın yeganə böyük sərvəti deyil. Baxmayaraq ki, onlar həqiqətən də böyük sərvətdir. Çünki Azərbaycanın və BP-nin müqavilənin müddətinin 2024-ci ildən 2050-ci ilə qədər uzadılması ilə bağlı müqaviləni imzalaması faktı onu göstərir ki, “Azəri-Çıraq-Günəşli”nin potensialı həqiqətən də böyükdür. Əgər əvvəllər yatağın neft potensialını 500 milyon ton ehtimal edirdiksə, hazırda bu, 1 milyard tondan qat-qat çoxdur. Əminəm, yeni texnologiyalar imkan verəcək ki, biz daha çox neft hasil edə bilək.

Bizim təsdiqlənmiş qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. Proqnozlaşdırılan ehtiyatlar 3 trilyon kubmetr civarındadır. Ona görə də Azərbaycan 100 ildən çox müddət üçün karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı olacaq. Bu gün ənənəvi tərəfdaşlarımızla, - “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” konsorsiumlarına rəhbərlik edən və strateji tərəfdaşımız olan BP ilə “D 2030” adlandırılan layihə üzərində çalışırıq. Bu, 2018-ci ildə qüvvəyə minib. BP ilə birlikdə biz “Şəfəq- Asiman” qaz yatağı üzərində çalışırıq və ilk quyu çox tezliklə qazılmalıdır. Biz BP ilə, həmçinin “Dayazsulu” adlandırılan layihə üzərində çalışırıq. Bu layihənin aşkar edilməyən yataqlar baxımından böyük potensialı var, çünki o, sahilə çox yaxın yerləşir və bizim ənənəvi hasilatımız dənizdə aparılırdı. Gələn il biz “Total”la 300 milyard kubmetr qaz potensialı olan “Abşeron” yatağından qaz hasilatına başlayacağıq. SOCAR fəal şəkildə “Ümid-Babək” yatağının işlənilməsi ilə məşğuldur. Hazırda “Ümid” yatağının gündəlik hasilatı 3 milyon kubmetr qazdır. Bu yatağın potensialı 200 milyard kubmetrdən çoxdur. “Equinor”la birlikdə biz “Qarabağ yatağı” üzərində çalışırıq. Mənə verilən məlumata görə, kəşfiyyat quyusu çox tezliklə qazılmalıdır. Beləliklə, bunların hamısı Azərbaycanın gələcək potensialının göstəricisidir. Üstəgəl, “Azəri-Çıraq-Günəşli”də böyük həcmdə dərin qaz yataqları var və SOCAR ilə BP arasında bu istiqamətdə danışıqlar çox uğurla gedir. Ümid edirəm ki, tezliklə biz razılığa gələ biləcəyik. Beləliklə, bunlar hamısı, beynəlxalq bazarlarda iştirakımızın genişləndirilməsi, şaxələnmiş üsullarla karbohidrogen ehtiyatlarımızın ixracı və xalqımız üçün daha yaxşı şəraitin yaradılmasından ibarət olan strateji məqsədlərimizin həyata keçirilməsinə töhfə verəcək. Bu, bizim məqsədimizdir və dövlətçiliyimizin gücləndirilməsidir.

Biz, həmçinin sərvətlərin ədalətli bölgüsü üzərində fəal işləyirdik. Çünki neft hasil edən bir sıra ölkələrdə varlı və yoxsullar arasındakı fərq çox yüksəkdir. Ona görə də bizim əsas məqsədimiz dediyimiz kimi, nefti - “qara qızıl”ı insan kapitalına çevirmək olub. Son 16 ildə Azərbaycanda yoxsulluq səviyyəsinin təxminən 50 faizdən 4,8 faizə düşməsi faktı onu göstərir ki, iqtisadi inkişaf və neft-qaz layihələri insanlara daha yaxşı həyat sürməyə kömək edib. Bu müddət ərzində bizim iqtisadiyyatımız 3,4 dəfə artıb. Bu, dünya rekordudur. Son 16 ildə xarici ticarətimiz 6,4 dəfə artıb. Bizim birbaşa xarici borcumuz ümumi daxili məhsulun yalnız 17 faizini təşkil edir. Sərbəst konvertasiya olunan valyuta ehtiyatlarımız xarici borcdan 6 dəfə çoxdur. Başqa sözlə, biz xarici borcu istədiyimiz vaxt bağlaya bilərik.
Beləliklə, bunlar əsas iqtisadi məlumatlardır. Sonda onu əlavə etmək istərdim ki, Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı ən islahatçı 20 ölkədən biri hesab edir. Bu ilin yanvarında Azərbaycan ilə Davos Dünya İqtisadi Forumu arasında Bakıda “Davos Dördüncü Sənaye İnqilabı Mərkəzinin yaradılması haqqında niyyət protokolu” imzalandı. Bu, Qafqaz və Mərkəzi Asiyanı əhatə edəcək regional mərkəzdir. Azərbaycan ona görə seçildi ki, çünki bizim sənayemiz, qeyri-neft sənayemiz sürətlə inkişaf edir. Təkcə ötən il qeyri-neft sənayesində inkişaf təxminən 14-15 faiz idi. Bu il ümid edirik ki, artım daha çox və ya eyni səviyyədə olacaq.

Əlbəttə, neft və qaz layihələrindən danışarkən biz həmişə enerji təhlükəsizliyindən danışırıq. Azərbaycan özü və qonşuları üçün enerji təhlükəsizliyini təmin edən ölkədir. Enerji resurslarının şaxələndirilməsi ən vacib məsələlərdən biridir. Burada, əlbəttə, mənbələrin şaxələndirilməsi ən vacib məsələdir. Bizim nümunəmizdə isə mənbələrin və marşrutların şaxələndirilməsindən söhbət gedir. Həmçinin düşünürəm ki, bizim uğurumuzun əsas səbəblərdən biri maraqların balansıdır - hasilatçılar, tranzit ölkələr və istehlakçılar arasındakı balans. Əminəm ki, aramızdakı bu müsbət əməkdaşlıq formatı davam edəcək. Məşvərət Şurasına uğurlar arzu edirəm".
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Səhiyyə komitəsinin onlayn iclası keçirildiPrezidentdən Aprel döyüşləri ilə bağlı paylaşım - FOTOİcma Kəlbəcərin işğalının 27-ci ildönümü ilə bağlı bəyanat yaydıHökumətin hesabatı bu gün deputatlara paylanılacaqAztəminatlı əhaliyə, ailələrə yardım oluna bilər - İbrahim MəmmədovDeputatların “WhatsApp” qrupu YARADILDIXİN-dən Qarabağdakı qondarma “seçkilər”lə bağlı açıqlamaAzərbaycanda hər bir vətəndaşın hərəkətləri elektron cihazlar vasitəsilə izləniləcəkNeft bahalaşıbBaş nazirdən qərar – Bu texnikalar ƏDV-dən azad edildiKoronavirus nə vaxt bitəcək? - Nazirlik rəsmisindən 3 suala 3 cavabBu şəxslərə aprelin 1-dən aylıq 250 manat mükafat ödəniləcək - Əli Əsədovdan sərəncamMikayıl Cabbarova yeni müavin təyin edildi - SərəncamSevinc Fətəliyeva: Beynəlxalq birlik işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri birmənalı şəkildə qəbul etmirBaş Nazir qərar İMZALADIOrdumuzun Aprel zəfərindən 4 il ötürBu gün Azərbaycanın Kəlbəcər rayonunun işğalı günüdür100 il əvvəl QARABAĞ necə azad olundu - Xosrov bəy Sultanovu bir daha tanıyaqÜST-ün Baş direktorundan İlham Əliyevə: Azərbaycan müsbət bir nümunədirGənclərə güzəştli kreditlər veriləcək - Prezident fərman İMZALADISahibkarlara, məşğulluğun təmin edilməsinə ciddi güzəştlərin tədbiqi nəzərdə tutulubOmbudsmandan əlillərlə bağlı vacib MÜRACİƏTMehriban Əliyevanın tapşırığı ilə sosial xidmət müəssisəsi tibbi ləvazimatlarla təmin edildi - FOTOAzərbaycanda daha bir yüksək vəzifəyə TƏYİNAT - FOTOBMT-nin baş katibindən təklif: İqtisadiyyatının 10 faizi həcmində pul çap edilsinAzərbaycanda ƏDV ləğv edilirAzərbaycanda işığa qoyulan limit artırılır - RƏSMİDovletxeberleri.az: Saray qəsəbəsinin daha bir küçəsi əsaslı şəkildə yenidən qurulurİqtisadiyyat Nazirliyi əhaliyə və sahibkarlığa dəstəyin İSTİQAMƏTLƏRİNİ AÇIQLADIMilli Məclis büdcəyə yenidən baxacaqİqtisadiyyat Nazirliyi koronavirusla mübarizə üçün 1,2 milyon manat ayırdıPrezidentdən Mikayıl Cabbarova tapşırıq: “Bütün dövlət qurumlarının rəqəmlərini təhlil edin və real vəziyyəti mənə məruzə edin...” - YENİLƏNİBVətəndaşları bütün qaydalara əməl etməyə çağırıram - PrezidentBiləsuvar, Astara, Masallı, Quba, Laçın Rayon Təhsil Şöbələrinin rəhbərləri onlayn görüş keçirmişdir. Eyni zamanda, görüşdə 31 Mart -Dünya Azərbaycanlılarının Soyqırımı günü barədə direktorlara verilən tapşırıq və tövsiyələr müzakirə olunmuşdur.Həqiqi hərbi xidmətə çağırışın müddəti uzadıldı - SƏRƏNCAMMetronun fəaliyyəti tam DAYANDIRILIRPrezident Mikayıl Cabbarovu qəbula çağırdıİcbari tibbi sığortanın tətbiqi gələn ilə QALDIAzərbaycanda avtomobillərin texniki baxışı dayandırıldı - Cərimə olmayacaqMüddətli hərbi qulluqçuların Ordudan tərxis olunma vaxtı AÇIQLANDIPrezidentdən 13400 nəfəri sevindirəcək SƏRƏNCAMCeyhun Bayramov prorektoru işdən çıxardıAprel döyüşlərində şəhid olan Milli Qəhrəmanın DOĞUM GÜNÜDÜRMilli Məclis sədrinin köməkçisi vəzifəsindən azad edilibPandemiyadan zərər çəkən sektorlar müəyyənləşdirilib - 12 sahəyə dəstək veriləcəkİlham Əliyevdən soyqırımı paylaşımıDollar və manatın bugünkü məzənnəsi“Uğurlu siyasət nəticəsində Dağlıq Qarabağ tezliklə işğaldan azad olunacaq” - Millət vəkiliNeft yenidən bahalaşdıCəbhədə gərginlik səngimir: atəşkəs 22 dəfə pozulub