Dovletxeberleri.Az
» » Ramil Usubov Özbəkistana gedib

1-06-2019, 20:45Ramil Usubov Özbəkistana gedib

Ramil Usubov Özbəkistana gedib
Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının (DİNŞ) növbəti iclasında iştirak etmək üçün Özbəkistanda ikigünlük rəsmi səfərdə olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əvvəlcə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev MDB Daxili İşlər Nazirləri Şurasının (DİNŞ) üzvlərini qəbul edib.

O, Şuranın terrorizm, ekstremizm, narkotrafik, mütəşəkkil cinayətkarlıq və insan alveri ilə mübarizədə geniş və əhatəli iş apardığını, qurumun MDB məkanında təcrübə və informasiya mübadiləsinin aparılması istiqamətində də səmərəli fəaliyyət göstərdiyini vurğulayıb.

Görüşdə əlaqələrin daha da genişləndirilməsi, birgə tədbirlərin keçirilməsi, kadrların hazırlanması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Mayın 31-də Daşkənd şəhərində Daxili İşlər Nazirləri Şurasının iclası işə başlayıb.

Tədbiri giriş sözü ilə Özbəkistan Respublikasının Daxili İşlər naziri, general-leytenant Pulat Bobojonov açıb və DİNŞ-in iclasına uğurlar arzulayıb.

Şuranın sədri, Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu quruma rəhbərlik etdiyi bir il ərzində görülən işlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, son bir ildə Birlik iştirakçısı olan ölkələrin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın səmərəliyinin artırılmasına yönəlmiş tədbirlər fəal şəkildə davam etdirilib, MDB-nin İcraiyyə Komitəsi, bu qurumun xüsusiləşdirilmiş sahələrarası orqanları ilə əlaqələrin möhkəmləndirilməsinə, eləcə də DİNŞ-in Bakı iclasının qərarlarının və tapşırıqlarının icrasına xüsusi diqqət yetirilib.

Sonra MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurası haqqında Əsasnaməyə uyğun olaraq Şuraya rəhbərlik Özbəkistanın Daxili İşlər nazirinə həvalə olunub.

İclasın gündəliyində MDB-nin iştirakçısı olan dövlətlərin DİN-lərinin 2030-cu ilədək əməkdaşlıq Konsepsiyası, daxili işlər orqanları tərəfindən kompleks razılaşdırılmış və birgə əməliyyat-profilaktik tədbirlərin keçirilməsinin vahid qaydalarını reqlamentləşdirən sənəd, MDB məkanında terrorizm, ekstremizm, narkotiklərin və silahların qeyri-qanuni dövriyyəsinin, mütəşəkkil cinayətkarlığın qarşısının alınması istiqamətində müzakirələr aparılıb.

MDB-nin iştirakçısı olan dövlətlərin DİN-lərinin əməkdaşlığının prioritet məsələləri və cinayətkarlıqla mübarizəyə dair dövlətlərarası proqramların yerinə yetirilməsinin gedişi barədə çıxış edən nazir R.Usubov gündəlikdəki bütün məsələlərin aktuallığını, onların daxili işlər orqanlarının qarşısında duran, günümüzün reallıqları ilə səsləşən vəzifələrə uyğun olduğunu qeyd edib, müzakirələrin əməkdaşlığın daha da intensivləşməsinə və genişləndirilməsinə yeni impuls verəcəyinə əminliyini ifadə edib.
O bildirib ki, ötən illər ərzində Birlik üzvü olan ölkələrin DİN-lərinin aidiyyatı qurumları tərəfindən sıx işbirliyində minlərlə ağır cinayətlərin üstü açılıb, çoxsaylı mütəşəkkil transmilli kriminal qruplar zərərsizləşdirilib, təhlükəli cinayətkarlar tutularaq ekstradisiyasa olunub.

R.Usubov son illər ölkəmizdə cinayətkarlıqla aparılan qətiyyətli mübarizənin müsbət nəticələri, ümumilikdə cinayətlərin, o cümlədən ağır və xüsusilə ağır cinayətlərin açılması, azalma tendensiyası, dövlətlərarası axtarışa verilən təqsirləndirilən şəxslərin tutulması, əlverişli kriminogen durum, ictimai asayişin qorunması sahəsində həyata keçirilən tədbirlər barədə danışıb, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlığın yeni təhdid və çağırışlarına birgə səylərlə cavab verilməsinin zəruriliyini diqqətə çatdırıb.
Dostluq və konstruktiv əməkdaşlıq şəraitində keçən toplantıda planlaşdırılan bütün məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.
İştirakçılar Şuranın iclasının işinə verdiyi yüksək qiymətə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə, habelə tədbirin yüksək səviyyədə təşkilinə və səmimi qonaqpərvərliyə görə bu ölkənin Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.
Sonda keçirilən mətbuat konfransında nümayəndə heyətlərinin rəhbərləri jurnalistləri maraqlandıran sualları cavablandırıblar.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Sona Əliyeva: Radikal müxalifətin təmsilçiləri xaricdəki havadarlarının sifarişlərini yerinə yetirirlər4 hakimə töhmət verildi, 2 hakim haqda intizam icraatı başladı - 1 hakimsə qovulduSabahdan məktəblərdə tətil başlayırErmənistan atəşkəsi 20 dəfə pozduNazilikdən işsizlərlə bağlı yenilik“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - Üç DEPUTATPrezident dünyanın dini liderlərinin şərəfinə rəsmi ziyafət verdi - FOTOLAR“18 yaşına çatmayan əlillərə ayrılan müavinətlər daha da artırılsın” – Qənirə PaşayevaABŞ-da Ərdoğanla Trampın görüşü başa çatıb.YenilənibMehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin borcu silindiBMT Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəldiİlham Əliyev Amerika Yəhudi Təşkilatlarının sədr müavinini qəbul edibLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiPrezident İranın nümayəndə heyətini qəbul edibRamiz Mehdiyev AMEA-da islahatlara başlayırVitse-spikerdən tələbə yataqxanaları ilə bağlı - TƏKLİF"Qarşıdakı illərdə biz irəliləyiş görəcəyik" - Mikayıl CabbarovNazir müavini Ucarda dərs prosesini izləyibOqtay Əsədov deputatlara XƏBƏRDARLIQ ETDİİnam Kərimov daha iki direktoru işdən çıxardıElşad Həsənov kollektivə təqdim olundu“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə Laçın rayon rəhbərliyinin görüşü keçirilmişdirAğcabədi rayonunda “ BAYRAQ GÜNÜ “qeyd edildiAmerikada milli musiqimizi təbliğ edən azərbaycanlı -“Facebook” onlayn ödəmə xidmətini işə saldı“Dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisə təqdim olunmalıdır”Prezident “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyi təsdiq etdiAğcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib.İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edibOrta məktəblərdə 5 gün dərs olmayacaqAzərbaycanın Xarici İşlər Nazirliyi Lavrova CAVAB VERDİMSK bələdiyyə seçkilərinə qatılacaq daha bir partiyanı qeydə aldıPrezident və birinci xanım ağacəkmə aksiyasındaOrta məktəblərdə çalışanların diaqnostik imtahanı keçiriləcəkParlament jurnalistlərindən 5 rayonda bayraq aksiyası – FOTOLARZakir Fərəcov Muğam Mərkəzində görülən son tamamlanma işləri ilə tanış olubRövnəq Abdullayev Əbu-Dabidə dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşüb - FOTOValideyn və şagirdlərin nəzərinə - Sabah bu məktəblərdə dərs olacaqİran yeni hərbi yük avtomobilini təqdim edibƏrdoğan bu məsələyə görə Putinə zəng etdiBakı bütünlüklə Azərbaycan bayrağı ilə bəzəndi - FOTO, VİDEOZakir Həsənov: “Hər bir Azərbaycan əsgəri döyüş hazırlığını daim artırmalıdır”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Pirallahı rayonunda keçirilmişdirElmar Məmmədyarov Türkiyədə işgüzar səfərdədirBakı Şəhər İcra Hakimiyyəti Dövlət Bayrağı Günü ilə bağlı iməclik keçiribAzərbaycan hər birimizin doğma evidir!“Yeni baş nazir Novruz Məmmədovun bir çox qərarlarını ləğv edəcək” – İDDİA“Dağlıq Qarabağın yekun statusuna gəldikdə...bu çox çətin məsələdir”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Pirallahı rayonunda keçirilmişdir9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdir