Dovletxeberleri.Az
» » İƏT Pİ konfransının 14-cü sessiyası keçiriləcək - Azərbaycanı Gövhər Baxşəliyeva təmsil edəcək

11-03-2019, 08:12İƏT Pİ konfransının 14-cü sessiyası keçiriləcək - Azərbaycanı Gövhər Baxşəliyeva təmsil edəcək

 İƏT Pİ konfransının 14-cü sessiyası keçiriləcək - Azərbaycanı Gövhər Baxşəliyeva təmsil edəcək
Martın 11-14-də Mərakeş Krallığının paytaxtı Rabatda İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının (İƏT Pİ) Konfransının 14-cü sessiyası keçiriləcək.

Dovletxeberleri.az xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycanı Milli Məclisin İƏT Pİ-dəki nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva təmsil edəcək.

Rabatda ilk olaraq, martın 11-də İƏT Pİ-nin İcraiyyə komitəsinin 41-ci iclasında qarşıdakı tədbirlərin gündəlikləri dəqiqləşdiriləcək. Həmin gün İƏT Pİ baş katibinin çıxış edəcəyi Müsəlman qadın parlament üzvlərinin 7-ci Konfransında yerli və regional problemlərin və münaqişələrin həllində qadınların rolu, müsəlman qadın və uşaqların işğal altında olan ərazilərdə qarşıdurmalardan qorunması kimi mövzularda müzakirələr aparılacaq və Müsəlman qadın parlament üzvlərinin 9-cu Konfransının tarixi və yeri müəyyənləşdiriləcək.

Eyni gündə Fələstin üzrə daimi komitənin 9-cu iclası, Üzv parlamentlərin baş katiblərinin assosiasiyasının 2-ci iclası və Ərəb Qrupunun məşvərət görüşü baş tutacaq.

Martın 12-də 4 daimi ixtisaslaşmış komitənin iclasları keçiriləcək. Siyasi məsələlər və xarici əlaqələr üzrə komitənin iclasının gündəliyində Qüds Əl Şərif, fələstinlilər və Suriya, Livanda işğal olunmuş ərazilər, terrorizmin bütün formaları və təzahürləri ilə mübarizə, hər hansı müsəlman ölkəsinə tətbiq edilən bütün növ sanksiyaların rədd edilməsi, Yaxın Şərq regionunun kütləvi qırğın silahlarından, xüsusilə də nüvə silahından azad zonaya çevrilməsi, Sudanda, Suriyada, Somalidə, Əfqanıstanda, Malidə, Kiprdə, Cammu və Kəşmirdə vəziyyət, dünyadakı müsəlman azlıqları ilə həmrəylik, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal etməsi və digər məsələlər var.

İnsan hüquqları, qadın və ailə məsələləri üzrə komitənin iclasının gündəliyində Myanmada Rohinca müsəlmanlarına qarşı davam edən insan haqları pozuntuları, Cammu və Kəşmirdə davam edən insan hüquqları pozuntuları, İƏT Pİ-na üzv dövlətlərdəki bütün inkişaf istiqamətlərində qadınların rolunun artırılması, İƏT Pİ konfranslarında nümayəndə heyətlərini tərkibində qadınların iştirakı, İslam aləmində gənclərin statusunun artırılması, Avropada müsəlman miqrant ailələrinin saxlanılması problemləri və s. məsələlər yer alır.

Mədəni və Hüquqi məsələlər və sivilizasiyalar və dinlər arasında dialoq üzrə komitənin iclasının gündəliyində ərəbdilli olmayan İslam dövlətlərindən olan tələbələrə ərəb dilinin öyrədilməsinə təşviq etmək, müsəlman dövlətlərində müqəddəs yerlərin qorunması, qeyri-müsəlman ölkələrdəki İslam mədəni irsinin, dini və ianə təsisatlarının qorunması, İslam dəyərləri ilə Qərb kampaniyasının qarşıdurmasına xüsusi əhəmiyyət verən mədəniyyətlərarası dialoq və s. kimi məsələlərin müzakirəsi nəzərdə tutulur.

İqtisadi əlaqələr və ətraf mühit üzrə komitənin iclasının gündəliyində İƏT üzv dövlətləri arasında ticarətin artması və ticari maneələrin azaldılması, İslam aləmində inkişaf sahəsində fəaliyyət göstərən iqtisadi qurumların gücləndirilməsi və dəstəklənməsi, ətraf mühit məsələləri və davamlı inkişaf, Afrika sahil dövlətlərində səhralaşma ilə mübarizə, üzv dövlətlərin parlamentlərində su ehtiyatlarının qorunması sahəsində əməkdaşlıq, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi, elm və texnologiya üzrə İƏT Pİ üzv parlamentləri arasında əməkdaşlıq və s. məsələlər var.

Həmin gün həmçinin Asiya və Afrika qruplarının məşvərət görüşləri olacaq.

Martın 13-də İƏT Pİ-nin ümumi komitəsinin iclasında maliyyə və təşkilati məsələlərə baxılaraq hesabat hazırlanacaq.

Həmin gün başlanacaq ƏT Pİ Konfransının 14-cü sessiyası öz işinə ertəsi gün yekun vuracaq. Sessiyada qurumun Afrika və Asiya qruplarından vitse-prezidentlərin seçilməsi, İƏT Pİ baş katibinin məruzəsi, İƏT Pİ Ümumi Komitəsinin sessiyasının, eləcə də daimi ixtisaslaşmış komitələrin, Fələstin Komitəsinin iclasının, Müsəlman qadın parlament üzvlərinin 8-ci konfransının, İƏT Pİ üzvləri parlamentlərinin Baş katibləri Assosiasiyasının 2-ci iclasının hesabatlarının qəbul edilməsi və bir sıra təşkilati məsələlər, o cümlədən İƏTPİ İcraiyyə Komitəsinin 42-ci iclasının tarixinin və yerinin müəyyənləşdirilməsi gözlənilir.

Sessiyada Azərbaycan Respublikası Milli Məclisinin İƏT Pİ-da nümayəndə heyətinin rəhbəri deputat Gövhər Baxşəliyeva məruzə ilə çıxış edərək, Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun bugünədək həllini tapmaması haqqında iştirakçılara məlumat verəcək, həbelə müzakirəyə çıxarılan digər məsələlərə münasibət bildirəcək.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İsrail hərbçiləri ilə fələstinlilər arasında qarşıdurma: 2 nəfər öldüAzərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın inkişafı müzakirə olunubABŞ Suriyanın terrorçulardan təmizləndiyini açıqladıTəhsil Nazirliyi 8 şagirdi ABŞ-a göndərir - ƏMRKasprşik Paşinyanla Qarabağ münaqişəsini müzakirə etdiTürkiyədə ABŞ dolları kəskin bahalaşdıAdil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLARİran XİN başçısı Türkiyəyə getdiBu şəxslərə gələn aydan Prezidentin təqaüdü veriləcəkNazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdiMəkanların artması seçimlərin artması deməkdir.Ərdoğan Trampın bəyanatını sərt tənqid etdiMoskvada möhtəşəm Novruz şənliyi keçirilirPakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdiƏdalətli qələm dostumRusiyadan NATO açıqlamasıKredit qaydaları dəyişir: faiz dərəcələri"İşğal ərazilərdəki rejim Ermənistanın dəstəyi hesabına mövcuddur" - XİN-dən AÇIQLAMANATO-nun baş katibi Gürcüstana gəlirAzərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİBUşaq pulu ilə bağlı nazirlikdən vacib açıqlamaKamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdiƏsgərlərin Novruz bayramı - FOTOLARAtılan addımlar milli birliyə xidmət edir“Əli İnsanov həddini aşıb” – YAP-çı deputatdan sərt reaksiyaAzərbaycana yaz fəsli gəldiTürkiyədə zəlzələ oldu, məktəblər bağlandıBank rəhbəri vəzifəsindən azad edildi - TəyinatPrezident İlham Əliyev Azərbaycan xalqını təbrik edibİlham Əliyev Nursultan Nazarbayevə zəng elədi"Dragon"- kikboksinq idman klubunun açılışı oldu.Zakir Həsənov Pakistana rəsmi səfərə gedəcəkPrezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanırKənd təsərrüfatı üçün kreditlərin verilməsi qaydası ləğv olunduMehriban Əliyeva Azərbaycan xalqını təbrik etdiBAHAR GƏLİRPrezident və birinci xanım Novruz şənliklərindəAzərbaycanda bank faizləri ilə bağlı yeni qərar qəbul olunacaqBu gün Azərbaycanda ilaxır çərşənbə qeyd olunurAzərbaycan demokratiya yolunda inamla irəliləyirFizuli Məmmədov növbəti dəfə Qarabağ qazilərinə mənzil hədiyyə etdi - FotolarPrezidentdən 20 Yanvar, Çernobıl və müharibə veteranları ilə bağlı - SərəncamPrezident Səhiyyə Nazirliyinə vəsait ayırdı - MəqsədAğcabədi rayonunda əhalinin tibbi müayinəsi davam etdirilir.İlham Əliyevdən xalqa Novruz TƏBRİKİNovruz bayramı laçınlılar tərəfindən yüksək əhval-ruhiyyə ilə qeyd edilmişdir.Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Sadınlar obasında görüş-səyyar qəbul keçirilmişdirFüzulidə Novruz şənliyi keçirildi - Bahar Muradova Horadizə getdiSumqayıt bulvarında möhtəşəm Novruz şənliyi - FOTOLARAzərbaycanda övladlığa götürmə qaydaları DƏYİŞİR