Главная > Mədəniyyət / Ölkə > Ukraynada Azərbaycanın ilk Mədəniyyət və İnformasiya Mərkəzi fəaliyyətə başlayacaq

Ukraynada Azərbaycanın ilk Mədəniyyət və İnformasiya Mərkəzi fəaliyyətə başlayacaq


7-11-2019, 14:52. Разместил: dovletxeberleri.az
Ukraynada Azərbaycanın ilk Mədəniyyət və İnformasiya Mərkəzi fəaliyyətə başlayacaq
Ukraynada Azərbaycanın ilk Mədəniyyət və İnformasiya Mərkəzi fəaliyyətə başlayacaq.

Dovletxeberleri.az xəbər verir ki, noyabrın 8-də Azərbaycanın Ukraynadakı Səfirliyinin dəstək və təşkilatçılığı ilə Xarkov şəhərində ölkəmizin ilk Mədəniyyət və İnformasiya Mərkəzinin rəsmi açılış mərasimi olacaq.

Mərkəzin fəaliyyətə başlamasında məqsəd Azərbaycanın mədəniyyətini, tarixini təbliğ etməkdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada Azərbaycan mədəniyyəti və tarixinin təbliği dövlətimizin prioritet fəaliyyətidir. Ukraynanın digər şəhərlərində də Azərbaycanın Mədəniyyət mərkəzlərinin açılışı gözlənilir.
Вернуться назад