Главная > Mədəniyyət > Həmkarlar İttifaqının Abşeron rayon komitəsindən nümunəvi addımlar

Həmkarlar İttifaqının Abşeron rayon komitəsindən nümunəvi addımlar


6-10-2019, 20:58. Разместил: dovletxeberleri.az
Həmkarlar İttifaqının Abşeron rayon komitəsindən nümunəvi addımlar .

Həmkarlar İttifaqının Abşeron rayon komitəsindən nümunəvi addımlar Yəqin ki, ictimai həyatımızda həmkarlar ittifaqlarının oynadığı rolun əhəmiyyəti haqda, hər kəs müəyyən qədər məlumata malikdir. Açıq-aşkar şəkildə qeyd edək ki, istər iri istehsal müəssisələrində, istərsə də ayrı-ayrı dövlət qurumlarında və digər sahələrdə çalışan şəxslərin hüquqları pozularkən, həmkarlar ittifaqları üzərinə düşən vəzifə funksiyasını lazımınca yerinə yetirirlər. Belə bir səbəb üzündəndir ki, adı çəkilən bu qurumun fəaliyyət göstərməsinə, bu gün də ciddi ehtiyac duylur. Son vaxtlar həmkarlar ittifaqları atdıqları addımları ilə özünü təsdiq etdirdikcə, bu quruma olan inam da, günü-gündən artmaqda davam edir. Hətta, qeyd olunan sahədə çalışan ayrı-ayrı şəxslərin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bir çox tədbirlər, həm əhali arasında maarifləndirmə təbliğatının həyata keçirilməsində, həm də bu qurumun üzərinə düşən vəzifə funksiyalarının nələrdən ibarət olması yöndə, hər kəsin məlumatlı olmasına səbəb olur. Məsələn, bir-iki gün bundan öncə Sahibkarlıq, Özəlelm və Yüngül Sənaye İşçilərinin Həmkarlar İttifaqı, Abşeron rayon komitəsi sahibkarlarla görüş təşkil edir. Keçirilən görüş ödənişsiz səhər yeməyi konteksində başlayır və tədbirdə abşeronlu sahibkarlarla bərabər, digər hörmətli qonaqlar da iştirak edirlər. Tədbirin keçirilməsi əvvəlcədən planlaşdırılır və Abşeron rayonunun Xırdalan şəhərindəki Heydər Əliyev parkında fəaliyyət göstərən “Park Abşeron” restoranında ən yüksək səviyyədə keçirilir. Onu da bildirək ki, belə bir tədbirin keçirilməsinə adı çəkilən restoranın administratoru Gülnarə xanım Abdullayeva dəstək olur. Tədbirin sonunda Sahibkarlıq, Özəlelm və Yüngül Sənaye İşçilərinin Həmkarlar İttifaqının Abşeron rayon komitəsinə yeni sədr təyin olunan Vüsal Rzazadə bizimlə söhbətində “Belə bir tədbirlər mütəmadi olaraq keçiriləcək və növbəti dəfə sahibkarlar üçün ödənişsiz səhər yeməyi də təşkil olunacaq. Növbəti tədbiri bu ayın 25-də keçirməyi nəzərdə tutmuşuq və tədbirdən öncə onun hansı ünvanda, hansı formatda keçiriləcəyi haqda hər kəsə ətraflı məlumat da veriləcək. Bu tədbir daha geniş formatda keçiriləcək” deməyi də unutmadı. Vüsal Rzazadə bir ay bundan öncə Abşeron rayon komitəsinə sədr təyin olunmasına baxmayaraq, o, ötən müddət ərzində çox böyük işlər görüb. Belə ki, o, yaş həddindən asılı olmayaraq hər kəsin, ələlxüsüs azyaşlıların əylənib normal istirahət etmələri üçün ayrı-ayrı hotellərlə, bəzi istirahət mərkəzləri ilə müqavilələr bağlayıb. Belə bir addımlarını atmaqda bu şəxsin əsas məqsədi, məhz üzərinə düşən vəzifə borcunu layiqincə yerinə yetrmək, Vətənini sevmək, xalqına bağlılıq hissini ortaya qoymaqdan ibarətdir.
Onu da qeyd edək ki, Sahibkarlıq, Özəlelm və Yüngül Sənaye İşçilərinin Həmkarlar İttifaqı, Abşeron rayon komitəsinin sahibkarlarla keçirdiyi tədbirdə, respublika komitəsinin sədri Məhəmmədəli Salmanovla bərabər, komitə sədrinin müavini Mehman Fərzəliyev də iştirak edir. Belə bir tədbirin keçirilməsində əsas məqsəd, sahibkarların birbiri ilə işgüzar münasibət qurmalarına, həmkarlar ittifaqlarının iş fəaliyyətləri haqda onların ətraflı məlumatlar əldə edə bilmələrinə, hətta sosiallaşmalarına imkanlar yaratmaqdan ibarət olur.
Tədbirin gedişi zamanı həmkarlar ittifaqlarının iş fəaliyyətləri haqdahər kəsə ətraflı məlumatlar verildi, sahibkarlar birbiri ilə yaxından tanış oldular, eyni zamanda onlar bir neçə işgüzar müqavilələr də imzaladırlar. Keçirilən tədbirdə ixtisasca psixoloq olan Ramil Nəcəflinin, trofalinq ustası, 60 saniyə ərzində insanı tanıma sənəti üzrə peşəkar mütəxəssis Təbriz Hacıniskinin və Dəmir Yol Həmkarlar İttifaqının nümayəndəsi, ixtisasca hüquqşünas olan Araz Əsədlinin və digər şəxslərin maraqlı və məzmunlu çıxışları, hər kəsin diqqətini cəlb etdi.
Bütün bunlar onu sübut edir ki, Sahibkarlıq, Özəlelm və Yüngül Sənaye İşçilərinin Həmkarlar İttifaqı, Abşeron rayon komitəsi iş fəaliyyətini günün tələbləri səviyyəsində qurmağı bacaran, sahibkarlara məxsus problemlərin aradan qaldırılmasına çalışan və digər işgüzar addımlarını atan bir qurumdur. İnanırıq ki, adı çəkilən qurumun bu yöndə fəaliyyəti digər qurumlar üçün bir örnək olacaq və ümumi problemlərimizin həllində lazımi addımlarını da atacaq.

Hazırladı: Xəlil Yusifoğlu
Həmkarlar İttifaqının Abşeron rayon komitəsindən nümunəvi addımlar
Həmkarlar İttifaqının Abşeron rayon komitəsindən nümunəvi addımlar
Həmkarlar İttifaqının Abşeron rayon komitəsindən nümunəvi addımlar

Вернуться назад