Главная > Mədəniyyət > Yerin bağrımın başıdır

Yerin bağrımın başıdır


28-08-2019, 10:59. Разместил: dovletxeberleri.az
Yerin bağrımın başıdırYerin bağrımın başıdır

Ömür yolda qatar ikən,
Sinəm cadar-cadar ikən,
Arzularım çapar ikən
Minib tərkinə gəlmisən.

Olub keçənlər köçündən,
Ağrılarının içindən,
Sıyrılıb fağır suçundan
Ürəklə,ərklə gəlmisən.

İllər həsrət,qəm yaşıdı,
Qəlb eşqinə başdaşıdı,
Yerin bağrımın başıdı
Gəl,öz mülkünə gəlmisən

Xatirə Fərəcli.
Вернуться назад