Главная > Mədəniyyət > BU DA ÖVLAD TOYU

BU DA ÖVLAD TOYU


10-07-2019, 09:21. Разместил: dovletxeberleri.az
BU DA ÖVLAD TOYUBU DA ÖVLAD TOYU

Bu da övlad toyu, diləklər şahı,
Çəkərsən, bu anı başa çək, canım.
Yanında bir kimsə oldu-olmadı,
İçində tək oldun, təkdən tək, canım.

Nöqtəcə ümidi yuxu tək yozdun,
Gümanmı, gerçəkmi gözlədin, dözdün,
Səbrinlə nə tapdın, nələri çözdün?!
Nə var ki, tutasan bərkdən bərk, canım?

Keçsə də ağrılar, ötsə də qallar,
Çəkdiyin ağrıdan canda iz qalar.
Dünyada bir mütləq xöşbəxtlikmi var?!
Nisbidi, anidi, dərkdi dərk, canım.

Dağı dağ, düzü düz, aranı aran,
Harına abaddır, fağıra talan,
Olubmu dünyadan heç razı qalan?!
Önü sonrasına görkdü görk, canım.

Xatirə Fərəcli.
Вернуться назад