Главная > Mədəniyyət > Qədim Şəki və Xan Sarayı Dünya İrs Siyahısına salınıb

Qədim Şəki və Xan Sarayı Dünya İrs Siyahısına salınıb


7-07-2019, 13:56. Разместил: dovletxeberleri.az
Qədim Şəki və Xan Sarayı Dünya İrs Siyahısına salınıb
Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı Dünya İrs Siyahısına salınıb.
DovletXeberleri.az-ın məlumatına görə, bu barədə qərar UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü Sessiyasında verilib.

Müzakirələrdən sonra Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı Dünya İrs Siyahısına daxil edilib.

Qeyd edək ki, Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı UNESCO-nun 2012-ci ildə keçirilən sessiyasında müzakirəyə çıxarılsa da İCOMOS nominasiyanı Dünya İrs Siyahısına daxil etməyib. Lakin 2017-ci ildə keçirilən sessiyada İCOMOS təklif edib ki, ərazidə əlavə konservasiya işləri aparılsın və bundan sonra müzakirəyə çıxarılıb.
Вернуться назад