Главная > Mədəniyyət > Əbülfəs Qarayev Burkina-Fasodan gələn nazirlə görüşdü

Əbülfəs Qarayev Burkina-Fasodan gələn nazirlə görüşdü


6-07-2019, 19:42. Разместил: dovletxeberleri.az
Əbülfəs Qarayev Burkina-Fasodan gələn nazirlə görüşdü
Mədəniyyət naziri Əbülfəs Qarayev iyulun 6-da Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edən Burkina-Fasonun ali təhsil və elmi araşdırmalar naziri Alkasum Maiganın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
DovletXeberleri.az-ın məlumatına görə, Əbülfəs Qarayev Burkina-Faso nümayəndə heyətinin UNESKO-nun mötəbər tədbirində fəal iştirakına görə qonağa təşəkkürünü bildirib.
Nazir həmçinin iyulun 5-də Burkina-Faso təqdim etdiyi nominasiyanın Dünya İrs Siyahısına salınması münasibətilə təbriklərini çatdırıb.
İki ölkə arasında münasibətlərin qurulması barədə danışan Əbülfəs Qarayev Azərbaycanda həyata keçirilən mədəniyyət siyasəti, ölkə mədəniyyətinin beynəlxalq arenada təbliği istiqamətində görülən işlərdən söz açıb.

Alkasum Maiga Azərbaycanın UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına yüksək səviyyədə ev sahibliyi etdiyini vurğuladı. Qonaq iki ölkə arasında mədəni əlaqələrin qurulmasında, o cümlədən musiqi qruplarının qarşılıqlı səfərlərinin, film həftələrinin təşkil olunmasında maraqlı olduqlarını qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Вернуться назад