Главная > Mədəniyyət > Dünya İrsi Siyahısındakı abidələrin sayı 1100-ə çatdı

Dünya İrsi Siyahısındakı abidələrin sayı 1100-ə çatdı


6-07-2019, 12:44. Разместил: dovletxeberleri.az
Dünya İrsi Siyahısındakı abidələrin sayı 1100-ə çatdı
Bəhreyn və Avstraliyanın mədəni irs nümunələri Dünya İrsi Siyahısına daxil edilib.


DovletXeberleri.az-ın məlumatına görə, Dünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 6-da Dünya İrs Siyahısına təklif edilən nümunələrin təqdimat və müzakirəsi ilə işini davam etdirir.
Sessiyanın sədri, Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev plenar iclası açaraq tədbirin yüksək səviyyədə keçdiyini diqqətə çatdırdı. Bildirildi ki, iyulun 5-də namizədlik fayllarının müzakirəsi zaman 7 nominasiya Dünya İrsi Siyahısına daxil edilib. Qarşıda bizi yeni məsuliyyətli müzakirələr gözləyir.

İclasda ilk olaraq Bəhreynin Dilmun kurqanlarının nominasiyası ilə bağlı müzakirə başladı. Müzakirələrdən sonra Bəhreynin təqdim etdiyi nominasiya Dünya İrs Siyahısına daxil edildi.
Sədr Bəhreyn dövlətini təbrik edərək bildirdi ki, bu nominasiyanın qəbulu ilə artıq Dünya İrsi Siyahısındakı abidələrin sayı 1100-ə çatmış oldu.

Növbəti nominasiya Avstraliyanın Budj Bim mədəni regionu ilə bağlı idi. Məlumat verildi ki, bu region Avstraliyanın cənub şərqində yerləşir. Burada 4 relyef növü mövcuddur. Macarıstan, Çin, İspaniya, Norveç, Azərbaycan təmsilçiləri nominasiyanı dəstəklədiklərini diqqətə çatdırdılar. 660 min il yaşı olan landşaftla bağlı faylın təqdimatı yüksək qiymətləndirildi.

Müzakirələrdən sonra bu nominasiya da qəbul edildi. Avstraliyanın nümayəndəsi aborigen əhaliyə aid mədəni nominasiyanın qəbuluna görə təşəkkür etdi.
Вернуться назад