Главная > Mədəniyyət / Ölkə > Azərbaycanlı rejissorun ikinci filmi də Yaponiyada qələbə qazandı

Azərbaycanlı rejissorun ikinci filmi də Yaponiyada qələbə qazandı


7-06-2019, 16:13. Разместил: dovletxeberleri.az
Azərbaycanlı rejissorun ikinci filmi də Yaponiyada qələbə qazandı
Yaponiyanın ən nüfuzlu festivalı “Genre Celebration Festival”da azərbaycanlı rejissor Cəlaləddin Qasımovun “Şollerin arxivi” bədii filiminin uğurundan sonra onun ikinci filmi “Edam günü” də festivala qəbul olunub. Bu günlərdə isə “Edam günü” bədii fiminə də “Best Drama Feature” (“Ən yaxşı bəzdii dram”) nominasiyası təqdim edilibi.
Xatırladaq ki, Azərbaycanda istehsal edilmiş “Şollerin arxivi” bədii filmi də adı çəkilən festivalda 3700 film arasından altı filmə verilən “Best Drama Feature” (“Ən Yaxşı Dram – Bədii”) nominasiyasına layiq görülümüşdü.
Bu barədə filmin ssenari müəllifi və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.
“Edam günü” psixoloji trillerində hadisələr sovet dövrünün son illərində həbsxanada cərəyan edir.
C.Qasımov deyib ki, ekran əsərinin çəkilməsində məqsəd istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətini geniş kütləyə göstərməkdir.
“Ekran əsərində məhkum olunmuş bir dustağın kamerada yaşadığı həyəcanlı anlar əks olunub. Filmin ssenarisini yazarkən Bayıl həbsxanasında keçmiş sovet dövründə işləmiş işçilərlə görüşüb maraqlı məlumatlar toplamışam”, - deyə ssenari müəllifi bildirib.
Filmdə rolları Rövşən Kərimduxt, Sabir Məmmədov, Məmməd Əliyev, Nazil Ağalarov, Ramin Şıxəliyev, Soltan Qasımov, Hikmət Məmmədov, Vüqar Qurbanov və digərləri canlandırıblar. Filmin quruluşçu operatoru Mehdi Yaqubovdur. “SPP Production” tərəfindən istehsal edilən ekran əsərinin xronometrajı 95 dəqiqədir.
Вернуться назад