Главная > Mədəniyyət > Laçın.

Laçın.


16-05-2019, 21:25. Разместил: dovletxeberleri.az
Laçın.
Könlümün yarısı səndə qalıbdır,
Əllərim uzanıb yoluna Laçın.
Girib aramıza neçə dağ-dərə,
Qayıda bilmirəm yanına Laçın.

Qaldım uzağında illərdir sənin,
Tutdu gözlərimi dumanın,çənin.
Zalıma yurd oldu hər qarış yerin,
Mənsə həsrət qaldım qoynuna Laçın.

Sən bizə, biz sənə intizar qaldıq,
Laçın deyə-deyə ömür yaşadıq.
Düşmür torpağına izimiz artiq,
Sığınıb qalmışıq adına Laçın...
Вернуться назад