Dovletxeberleri.Az
» » Şeytanın qisası

12-03-2020, 11:35Şeytanın qisası

Şeytanın qisasıŞeytanın qisası
Bu yazını yazmağa vadar oldum. Nədən ki, bir dini dükanda ilk dəfə gördüyüm qəribəmi deyim, yaramazmı deyim olay ayaqlarım altında yeri oynatdı. Dükanda üstündə “ZƏMZƏM” suyu yazılmış butulkalar vitrinə düzülmüşdü. Satıcıdan soruşdum: - Bu butulkalarda həqiqətən “ZƏMZƏM” suyudur? Dedi: - Bəli.
- Birini mənə verərsənmi?
- Buyurun.
- Təşəkkür edirəm. Allah razı olsun. – deyib, dükandan çıxmaq istədim. Satıcı arxamca. – Xanım, bəs pulunu vermirsiniz?
- Nə pul?
- Suyun pulunu. Beş manat verməlisiniz.
Özümə gəlib soruşdum: - Bu müqəddəs suyu satdığa qoyublar? Kim gətirib bunu?
- Bir hacı ziyarətdən gətirib.
Satıcıya bir cavab verə bilmədim. Onun nə günahı var axı? Amma həmin hacı qarşımda dayansa idi, bol-bol deyəcəklərim ola bilərdi. “ZƏMZƏM” suyunu satıcıya qaytarıb, lal-dinməz dükandan çıxdım.
Həcc ziyarəti şeytana daş atma ayini ilə sona çatır. Hacılar şeytanı daşlayır və bununla da onları şeytanı əməllərə sürükləyən günahkar səbəbkardan sanki, heyflərini çıxır.
Hər il bir neçə milyon insan müqəddəs Həcc ziyarətinə gedir və bütün günahlardan paklanıb, saflaşıb, ölkəsinə dönür. Dönür ki, günahlarına tövbə etdiyindən bir daha pis əməllərə özünü bulaşdırmasın. Allahına və insanlığa xidmət etsin.
Belə deyim də var ki, həm ziyarət, həm ticarət. Qəbul ediıləndir. Yol xərcini çıxartmaq istəyən hacılar var. Amma, bir halda ki, öz xərcinlə Allaha yaxın olub, ona dua etmək üçün müqəddəs torpağa ayaq basırsan və əziyyətinin də əvəzini həmən çıxartmaq istəyirsənsə, bu bir qədər anlaşılmazdır. Buna da bir sözümüz yox. Daha gətirdiyin müqəddəs suyu da satdığa qoyursansa, bax bu bağışlanılmazdı. Axı uca Rəbbimiz büllur kimi pak, saf suyu hər kəsin qəbul etməsi üçün çeşmədən qaynadır, satılmasına rəva görmür. Olmazmı ki, sən də bu müqəddəs suyu gətirib, insanlara pulsuz paylayıb, savab qazanasan?
Həmin gecə bir qorxunc yuxu gördüm. Yəqin bütün günü üzləşdiyim olayın təsirindən əsəblərimin pozulması ilə əlaqədar bir yuxu idi. Gördüm ki, bir dəstə şeytan əllərində iri daşlar şiddətli alovun dairəsi içində bağıran insanları daşlayır. Soruşdum ki, bu insanları nəyə görə daşlayırsınız? Dedilər ki, bunlar həmişə başımıza daş yağdırıb.
Mən əsəbi halda onlara cavab verdim:
- Ay sizi lənətə gələsiniz, şeytanlar! Axı, Allahın sevimli bəndələri olan insanları yolundan azdırıb, pis işlər görməyə coşduran, meyilləndirən sizlərsiz? Bəs siz Allaha nə cavab verəcəksiniz?
- Bİz Allaha sadiq insanları seçib-seçmələyirik. Əgər Allahımız gördüyümüz işlərdən narazı qalsaydı, çoxdan bizim kökümüzü kəsər, tamamən yer üzündən silərdi. Biz insanların əsl kimliklərini, imanını Allahın qarşısında üzə çıxardırıq. İnsanların isə nə Allahdan, nə də ki, cəhənnəmdən qorxusu var. Baxın görün bu vələduznalar Allahın yaratdığı gözəl təbiətin, onun nemətlərinin başına nə oyun açıblar? Yaşadığınız yer kürəsi vəhşi insanların ucbatından od tutub yanır. Törətdikləri müharibələrə, qırğın silahlarına, aclığa, səfalətə nə deyirsiniz? Bizmi günahkarıq?! Yer üzündə nə etibar qalıb, nə güvən. İnsanların qəlbləri pisliklərlə doludur: paxıllıq, acgözlük, tamah, riyakarlıq, yaltaqlıq, şərəfsizlik, xəyanət, öz mənfəəti üçün başqalarını əzərək, çeynəyərək keçmək. Dünya malından ötrü insan insanın qanını içir! Bizmi günahkarıq? Öz pisliklərini görməyə gözləri tamam kor olub! Quyruqları qapı arasında qalanda isə, - günahkar şeytandır! – deyə, bizi lənətləyib, daşqalaq edirlər. Onlar bizi dünyaları üçün həmişə daşlayıb. Amma biz onları Allah yolunda, axirətləri üçün daşqalaq edirik ki, insan olduqlarını unudublar! İndi deyin, daşlanmağa siz insanlarmı layiqsiniz, yoxsa biz şeytanlarmı?
Yuxunun qorxunc tərsliyindən qan-tər içində, keyimiş bir vəziyyətdə ayıldım. Hər tərəfindən alov saçan şeytanın dedikləri beynimdə bir uğultu yaratmışdı: - İndi deyin, daşlanmağa siz insanlarmı layiqsiniz, yoxsa biz şeytanlarmı?
Esmira ŞÜKÜROVA
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Milli Məclis TOPLAŞIRÇində koronavirusa yoluxanların 93 faizi sağalıbQənirə Paşayeva 200-dən çox ailəyə tibbi-gigiyenik vasitələr göndərəcəkAbituriyentlərə şad xəbər: Bu imtahanlar pulsuz oldu - SİYAHIKoronavirusla Mübarizəyə Dəstək Fonduna bu günə qədər 93 milyon 157 min 335 manat vəsait toplanıb.Kurdəmir Regional Mədəniyyət İdarəsi. Beyləqan rayon Tarix Diyaşünaslıq muzeyiVətəndaşlara minimum əməkhaqqı məbləğində yardım edilməsi gözlənilir – ÖZƏLGenerallar Elçin Quliyev və Kəmaləddin Heydərov karantin bölgəsindəMəcburi köçkünlərin müvəqqəti məskunlaşma yerləri dezinfeksiya olunurPlenar iclasda deputatlara maskadan istifadə üçün sərbəstlik verilibAlternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirildiVirusun QƏNİMİ - Bu yolla “koronavirusun atası”nı yandıra bilərsiniz! - Loğmandan TÖVSİYƏDİM şagirdlərə müraciət etdiDüşmən pulemyotlardan kəndlərimizə atəş açdıBu gün iki Milli Qəhrəmanın doğum günüdürKoronavirusdan sağalan azərbaycanlı DANIŞDIDolların bu günə olan MƏZƏNNƏSİBirinci sinfə elektron qeydiyyat başlayırRayon və şəhərlərarası nəqliyyatın hərəkəti tam DAYANDIRILDI“Koronavirus xəstələrinin müalicəsi ən vacib məsələdir” - İlham ƏliyevKarantin rejimi qaydalarını pozanlar həbs edildi“Dərs vaxtı”nın 30 mart cədvəliLaçınlı məcburi köçkünlərin sıx məskunlaşdığı Ağcabədi rayonu Taxta Körpü ərazisində koronavirus təhlükəsinə qarşı işlər aparılır.VİDEOPostlardan hansı avtomobillər və şəxslər buraxılacaq? - SİYAHIPrezident və Mehriban Əliyeva “Yeni klinika” tibb müəssisəsinin AÇILIŞINDAAzərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 101 illiyidirİrşad Electronics müştərilərinin kredit ödəmələrinə fasilə verdiTürkiyənin yeni nəqliyyat və infrastruktur naziri təyin edilibNazir vəzifəsindən azad edildi - TürkiyədəOnlayn supermarket yaradıldıVətəndaşlar təcili tibbi yardım avtomobilində keçməyə cəhd etdilər - Polisdən açıqlama“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti xüsusi iş rejimində davam edəcəkGənclər Fondunun əməkdaşları bir aylıq əməkhaqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdiAzərbaycanda bu işdə çalışanların maaşı artacaq - RƏSMİSabah bu dövlət orqanları və qurumlarda İŞ GÜNÜDÜR-SİYAHIPolşadan 90 Azərbaycan vətəndaşı Bakıya gətirildiTürkiyə beynəlxalq uçuşları tamamilə dayandırdı - Ərdoğandan xalqa müraciətAzərbaycanda xüsusi karantin rejimi gücləndirildi - RƏSMİAzərbaycanda yeni tibbi spirt istehsalına başlanılıbPrezident və Mehriban Əliyeva Xalq artistinin vəfatı ilə bağlı nekroloq imzalayıblarYaşı 65-dən yuxarı olan deputatlar: İclasa qatılmayacağıqDeputatlar iclas zalında bir-birindən iki metr aralıda oturacaqlar - Spikerdən göstərişDüşmən təxribatının qarşısı alındı - DSX məlumat yaydıKapital Bank-dan təqaüdçülərə güzəştSürücülərə tibbi maska və spirt paylanırMilli Məclisin iclaslarının internet vasitəsilə keçirilməsi proseduru məlum olduİcbari tibbi sığortanın tətbiqi müddəti dəyişdirilibBiz sizin üçün xidmətdəyik, siz də bizim üçün evdə qalın! - Azərbaycan əsgərindən xalqa MÜRACİƏTLaçın Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi qayğıya ehtiyacı olan ailələrə ərzaq bağlaması paylanmışdırKoronavirusa görə dustaqların bəziləri azadlığa buraxılır - Azərbaycanda