Dovletxeberleri.Az
» » Fuad Muradov: "Azərbaycan-Türkiyə Mədəniyyət Fondunu yaradacağıq"

5-01-2020, 14:42Fuad Muradov: "Azərbaycan-Türkiyə Mədəniyyət Fondunu yaradacağıq"

Fuad Muradov: "Azərbaycan-Türkiyə Mədəniyyət Fondunu yaradacağıq"
"Qloballaşan dünyada Azərbaycan dilinin, milli kimliyin və mədəniyyətin qorunması məsələsi Azərbaycan diasporu üçün də aktual məsələlərdəndir. Bu məsələ ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə xaricdəki soydaşlarımız üçün “Azərbaycan dili” dərsliyi hazırlanıb. Kitabın müxtəlif ölkələrdəki Azərbaycan dili məktəblərində paylanılması, daha bir neçə ölkədə “Qarabağ” məktəblərinin açılması nəzərdə tutulub".

Dovletxeberleri.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 2020-ci ildə komitənin məqsədləri haqqında müsahibəsində deyib. Sədr qeyd edib ki, komitə müxtəlif ölkə və şəhərlərdə Azərbaycan evlərinin yaradılması prosesini davam etdirməyi və gələn il daha 8 məkanda belə mərkəzlərin təsis olunmasını planlaşdırır:

"Vahid loqo ilə fəaliyyət göstərən Azərbaycan evləri xaricdəki hər bir soydaşımız üçün açıq məkan olacaq. Onlar burada toplaşaraq müxtəlif səpkili tədbirlər keçirə, müzakirələr apara biləcəklər.
Amerika Birləşmiş Ştatları və Rusiya Federasiyasında keçirilməsi nəzərdə tutulan çox sayda mədəni layihələr üzərində iş aparılır. 2020-ci ilin fevralından bu layihələrin reallaşdırılmasına start veriləcək. Növbəti ildə həmvətənlərimizin də səbirsizliklə gözlədiyi “Soydaşlar haqqında Qanun” layihəsinin yeni parlamentdə qəbul olunacağına ümid edirik.

“Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası”nın formalaşdırılması üzərində işlər aparılır".

F.Muradovun sözlərinə görə, komitə xaricdə yaşayan soydaşlarımızın ünsiyyəti üçün yeni unikal bir platforma üzərində işləyir:

"Hazırda işlər yekunlaşmaq üzrədir, böyük ehtimalla fevral ayından həmvətənlərimizin istifadəsinə verə biləcəyik. Daha bir böyük layihələrimizdən biri Azərbaycan-Türkiyə Mədəniyyət Fondunun yaradılmasıdır. Bununla bağlı bütün texniki məsələlər həll olunub, gələn il açılışını etməyi planlayırıq. Bu, Türkiyədə işləyəcək ən böyük fondlarımızdan biri olacaq. Türkdilli ölkələrin diaspor gənclərinin yay düşərgəsinin keçirilməsi ilə bağlı təkliflər müzakirə olunur, yaxın vaxtlarda bununla bağlı konkret qərarların veriləcəyi gözlənilir. Azərbaycanlı alimlərin şəbəkələşməsi ilə bağlı layihələrimiz var, hazırda bunun da üzərində işlənilir.


Bir sözlə, planlarımız çoxdur və bütün işlərimiz Dövlət Komitəsi olaraq Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi, lobbi quruculuğunda aktiv iştirak, Azərbaycanın tarixi və mədəni irsinin təbliği istiqamətində bir-birindən maraqlı və səmərəli layihələrin həyata keçirilməsinə yönəlib.
Hədəfimiz ondan ibarətdir ki, yaşadığı ölkədən asılı olmayaraq hər bir soydaşımız müstəqil, qüdrətli Azərbaycan dövlətini öz yanında görsün".
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Azay Quliyevin 4 illik fəaliyyətinə dair HESABAT. VİDEODünya İqtisadi Forumunun saytında Prezident İlham Əliyevin məqaləsi dərc edilibNazir əmr imzaladı - Daxili işlər orqanları gücləndirilmiş iş rejimində çalışacaqYeni Azərbaycan Partiyasının Laçını rayon təşkilatı Sumqayıt şəhərində məskunlaşan laçınlı seçiciləri ilə təbliğat –təşviqat kompaniyası çərçivəsində ilk görüşü keçirildi.5 ədliyyə məmuru işdən çıxarıldı, 2 nəfərin işi prokurorluğa göndərildiBu ay pensiyalarda növbəti artım ediləcək - Nazirdən ŞAD XƏBƏRCəbhədə düşmən TƏXRİBATIİstanbulda: Uşaqlı analar gediş haqqı ödəməyəcəkXalq 20 Yanvar faciəsini necə xatırlayır? – VİDEO SORĞUQənirə Paşayeva seçicilərlə görüşdüAzərbaycanda dövlət idarəçiliyində kadr islahatları, gənc kadrların rolu və dövlətimizin qarşısında məhsuliyyətiVüqar Bayramov seçicilərlə ilk görüşünü Sumqayıtda keçirdiCeyhun Bayramovdan yeni TƏYİNATYasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov “Sovetski”də yaşayan sakinlərlə görüşüb.Azay Quliyevlə ilk görüşdə böyük izdiham yaşandı - FOTOLaçın rayon Çıraqlı kənd tam orta məktəbində "Qanlı tarix" yad edildi..Mərkəzi Bankda daha 3 dəyişiklik - Yeni direktorlar təyin olunduDYP-nin mətbuat katibi dəyişdi - Polkovnikə yeni vəzifə verildiƏLİ ƏSƏDOV NAZİR və KOMİTƏ SƏDRLƏRİNİ TOPLADI - MüşavirəBakıda tikilən 3 mərtəbəli metro stansiyasının istifadəyə veriləcəyi — VAXT BİLİNDİBMT Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı sənəd dərc edibLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Bakı şəhərinin Binəqədi rayonunda keçirilmişdir.Prezident Cənnət Səlimovaya “Şərəf” ordeni verdiPolkovnik idarə rəisi təyin edildi - Vilayət Eyvazovdan daha bir əmr“Azərişıq” işə qəbulla bağlı interaktiv müsahibələrin tətbiqinə start veribBərdə rayonuna yeni prokuror təyin edilib.MSK mətbuat qrupunun tərkibini dəyişdirdiVilayət Eyvazov paytaxt polisindəki müşavirədə: nazir konkret tapşırıqlar verdi - FOTOLARCeyhun Bayramov olimpiada qalibləri ilə görüşdü - Foto20 Yanvar əlillərinə birdəfəlik maddi yardım ayrılıbZakir Həsənov Anjey Kaspşik ilə təmas xəttindəki vəziyyəti müzakirə etdiÖlkə başçısının qayğısı ilə inşa edilmiş modul tipli məktəblər laçınlı şagirdlərin istifadəsinə verildi.Rayonlarımız atəşə tutulduDeputatlığa namizədlərin seçkiqabağı təşviqatı başladı - Bu gündən...Bu şəxslərin maaşları 50 faiz artırıldıƏLİLLİK DƏRƏCƏLƏRİ NECƏ MÜƏYYƏN EDİLƏCƏK?Nazir "Bandotdel"ə yeni müavin təyin etdiMəcburi köçkün məktəbinin olimpiada qalibi olan şagirdi – Güclü ölkələri necə qabaqladı?Gəncə Şəhər İcra Hakimiyyətinə birinci müavin təyin edildiRamiz Mehdiyevdən YENİ TƏYİNATLARPensiyaçılara ŞAD XƏBƏR - Yanvar ayının ödənişləri bu gün veriləcəkOqtay Şirəliyev daha bir Baş direktoru işdən çıxardı - Yeni direktor dərhal bəzi həkimlərin ərizəsini alıbMədət Quliyev Baş direktoru vəzifədən çıxardı - Yeni təyinatLaçınlı Məcburi köçkünlər yeni qəsəbələrə köçürülür - FOTOLARRusiyada: Analar doğuşdan dərhal sonra 13 min pul alacaqBakı meriyasında yeni TƏYİNATLaçınlı köçkünlərin məskunlaşdığı Ağcabədi rayonu Taxta körpü ərzisində icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilibLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2020-ci il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiOmbudsman bəyanat VERDİNazirlik rəhbər vəzifələrə işçi axtarır