Dovletxeberleri.Az
» » Pekində “Azərbaycan musiqi gecəsi”

24-11-2019, 08:56Pekində “Azərbaycan musiqi gecəsi”

Pekində “Azərbaycan musiqi gecəsi”
Pekində “Azərbaycan musiqi gecəsi” adlı konsert proqramı təşkil edilib.


Dovletxeberleri.az xəbər verir ki, tədbir Heydər Əliyev Fondunun və Azərbaycanın Çindəki səfirliyinin təşkilatçılığı, Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının dəstəyi ilə baş tutub.



Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin xaricdə tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi tədbirlərdən olan konsertin tamaşaçıları arasında Çin Kommunist Partiyasının, Xarici İşlər Nazirliyinin, Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının rəhbər və məsul şəxsləri, Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Vladimir Norov, Türkiyə, Rusiya, Avstriya, Lüksemburq və başqa bir neçə ölkənin Pekindəki səfirləri, diplomatlar, elm adamları, Pekin ictimaiyyətinin nümayəndələri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar olublar.

Konsertdən əvvəl çıxış edən ölkəmizin Pekindəki səfiri Əkrəm Zeynallı bildirib ki, son illər Azərbaycan-Çin ikitərəfli münasibətləri bütün istiqamətlər üzrə yüksələn xətlə inkişaf edir.

İki ölkə arasında humanitar sahədə əməkdaşlığa toxunan səfir Ə.Zeynallı iki il əvvəl Heydər Əliyev Fondu ilə Xarici ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasında imzalanmış Anlaşma Memorandumu ilə əsası qoyulmuş əməkdaşlıqdan danışıb. Diqqətə çatdırılıb ki, həmin sənəd dost xalqlarımızın bir-birinə daha da yaxınlaşdırılması, mədəniyyətlərin qarşılıqlı tanıdılması məqsədilə müxtəlif tədbirlərin keçirilməsini də özündə ehtiva edir. Təsadüfi deyil ki, bu çərçivədə ötən ilin dekabrında Assosiasiyanın və Fondun birgə təşkilatçılığı ilə Pekində Azərbaycan-Çin dostluq konserti uğurla baş tutub. “Azərbaycan musiqi gecəsi” adlı konsert də bu xoş ənənənin davam etdirilməsi və Azərbaycan mədəniyyətinin Çində daha geniş təbliğ olunması işinə töhfə verir.

Bildirilib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin xaricdə layiqincə təqdim və təbliğ edilməsində əvəzsiz rol oynayır.

Sonra səhnə Azərbaycan incəsənət ustalarının ixtiyarına verilib. Azərbaycanın tanınmış “Amarok” instrumental və “Talant” rəqs qruplarının ifalarında Azərbaycanın xalq və bəstəkar mahnıları, ecazkar milli rəqslərimiz təqdim olunub.

Tamaşaçılar Azərbaycan incəsənət ustalarının ifasını sürəkli alqışlarla qarşılayıblar
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Laçınlı məktəblilər üçün modul tipli məktəb binalarının quraşdırılması yekunlaşmaq üzrədirYeni Azərbaycan Partiyası Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirakı ilə bağlı qərar qəbul edibZakir Fərəcov əsaslı təmirdən sonra istifadəyə verilən bağçanın açılışında iştirak edibVilayət Eyvazov mayora vəzifə verdiAğcabədililər öz millət vəkilərini seçirDünyanın ən gənc baş naziri seçildi - FOTOMüqabil Baxışovun özünü intihar etməsinin Laçın Rayon İcra Hakimiyyətinin başçısı və Laçın Rayon Təhsil Şöbəsinin müdiri ilə heç bir bağlığı yoxdur.İlham Əliyev rusiyalı naziri qəbul edib - YENİLƏNİBAvropa Tıbbı Assosiasiyası Milana VİP Hospitala İnstitut üzvlüyü təqdimatında xatirəPrezident Administrasiyasının məsul işçiləri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyiblərErmənistan ordusu sərhəd rayonlarımızı atəşə tutubMilli Məclisin deputatları AŞPA-nın büro və komitə iclaslarına gediblərErməni əsir və girovluğundakı azərbaycanlılar - 29 uşaq, 98 qadın, 112 qoca, 604 hərbçi...Azərbaycan taekvondoçuları Avropa birinciliyində 7 medal qazanıbSumqayıtda daha bir tibb müəssisəsi təmirdən sonra istifadəyə verilib – FOTOLARYAP-ın deputatlığa namizəd siyahısı nə vaxt açıqlanacaq? – Rəsmilərdən CAVABBaş nazir Şahin Mustafayevə yeni vəzifə verdiBaş nazir magistratura ilə bağlı qaydalara dəyişiklik etdi - QƏRAR"Prezidentimizi yalnız televizorda görmüşdüm" - VİDEODeputatlığa namizəd olmaq istəyənlərin nəzərinə - Müddət açıqlandıTürkmənistan Prezidenti 528 məhkumu əfv etdi - FƏRMANLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Taxta Körpü ərazisindəki Mişni obasında keçirilmişdirSumqayıtlılar bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə qoşuldu - FOTOLARLaçınlılarda nəcib təşəbbüsə həvəslə qoşuldularBu gün Azərbaycanda 650 min ağac əkiləcək - Birinci vitse-prezidentin TƏŞƏBBÜSÜŞənlik kənd inzibati ərazi vahidində vətəndaşlarla səyyar qəbul keçirmişdir.Məleykə Abbaszadə kadr islahatlarından DANIŞDIAzərbaycan Dillər Universitetinə “yeni rektor” seçildiAzTV bu ölkələrdə müxbir məntəqələri yaradıb: Amerika, Türkiyə, Çin…Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiNazirlər Kabinetinə iki şöbə müdiri təyin olundu - ADLARPREZİDENT İKİ İCRA BAŞÇISI TƏYİN ETDİ - Deputata yeni vəzifə verildiSumqayıt şəhərində qışa hazırlıqla bağlı geniş iclas keçirilibMilli Məclis qanunvericilik fəaliyyətini dayandırıb - Səfa MirzəyevAğcabədi rayonunda Beynəlxalq Əlillər Günü qeyd edildi.Konstitusiya Məhkəməsi bu gün deputatların məsələsinə BAXACAQDekabrda son 8 gün ardıcıl iş günüdür – Nazirlər Kabinetindən dəyişiklikNazirlər Kabinetində yeni təyinat - Baş Nazirin köməkçisi rəis olduSəyyar qəbul : Vətəndaşlarla birbaşa ünsiyyət Kəhrizli kəndiMilli Məclis icbari tibbi sığorta haqlarını müəyyən etdiElmar Məmmədyarov Sergey Lavrovla GÖRÜŞÜRSəadət Yusifovaya Prezident Administrasiyasında yeni vəzifə verildi“Aprel şəhidi”nin xanımı bələdiyyə seçkisinə QATILIB“Şəhidimiz” kampaniyasına qoşulan könüllü gənclər Ağcabədidə şəhid ailələrinə baş çəkiblərSOCAR vitse-prezidenti vəzifədən AZAD EDİLDİRus deputat Dilqəmlə Şahbaza görə yeni Ombudsmanla görüşəcəkBakı şəhərində “Məişət zəminində baş verən zorakılıqlara susmayaq” adlı layihəsi çərçivəsində tədbir başa vurulduPrezident Administrasiyasına yeni şöbə müdiri təyin olundu - DOSYEİlham Əliyev əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına 20 milyon ayırdı - SƏRƏNCAM“Lavrov İrəvanda imzaldığının eynisini Bakıda imzalayacaq” - ŞƏRH