Dovletxeberleri.Az
» » Xatirə FƏRƏCLİ.Yeni şeirlər

21-10-2019, 12:26Xatirə FƏRƏCLİ.Yeni şeirlər

Xatirə FƏRƏCLİ.Yeni şeirlər
Göylərdən gəlmişdi

Demişdim soyutma özündən məni,
hədər deməmişdim,
hədə deyildi.
Bir yolda ki,
yoldaşın eşq olarsa,
Fərq etməz, yolçuluq an, ya yüz ildi.

Mən ürək quluyam, mən ruh adamı,
Mən bu eşqi arzum kimi yaşadım.
Tam təslim olmuşdum duyğularıma,
Ürəklə, istəklə mən baş-başaydım.

Dünyama gün kimi doğmuşdu bu eşq,
Göylərdən gəlmişdi bu hiss, bu istək.
Ürək olan yerdə hər şey səadət,
Pərvanə olardın bu eşqə gərək.

***
Könlüm
yaşanmamış sevgilər,
yalançı sevdalar məzarlığı,
baş daşları fərqli,
sən də qoşuldun onlara,
elə bil
çox illər öncə çıxmışdın qarşıma,
elə bil
çox illər öncə
bu sevgi yaşanıb və bitib,
mamır basıb o günləri,
mamır basıb sənli xatirələri,
heyif, çox heyif,
qəlbimdə sənə qurduğum
o boyda taxtı
dəyişdin baş daşına.

Bəlkə

Elə narahatam, elə gərginəm,
Görəsən, nədir bu içimə dolan?!
Belədə, deyirlər, darıxanın var,
Doğruysa, odurmu düşünən, anan?

Mənim andığımtək anıb adımı,
O da mənim kimi darıxır bəlkə?!
Bir ad qoya bilmir baş verənlərə,
Qırılan bağlara yanıxır bəlkə?!

Bəlkə dar ağacı qurub içində,
Edam kötüyünə qoyub başımı?!
Yarıb,
yarğılayır duyğularını,
Bu çökən bir eşqin son təlaşımı?!

Canım dar qəfəsdə girinc,
giriftar,
Gümanlar, şübhələr çapır azad, hürr.
Bu kömköhnə dünya, təzə dünyada
Çox gizlinlər aşkar, hər aşkarda sirr.

Bir qucaq açmışdım

Özüm də bilmirəm nədən küsmüşəm,
Ömrəmi, bəxtəmi, şəxsəmi küsdüm?!
Bir qucaq açmışdım ürəyim boyda,
Elə o boyda da boşluğa düşdüm.

Mən hansı zamana, hansı məkana,
Hara aid olub, düşmüşəm hara?!
Bu dünya mənə yad, o dünya yalan,
Başqa dünya varmı, köç edəm ora?!

Yaşayıb keçdiyim yırtıq günləri,
Bu yamaq həyatı boşlayıb gedəm.
Ancaq acı verən bu karsız ömrü
Bircə bayatıyla oxşayıb gedəm.

Özüm də bilmirəm nədən küsmüşəm,
Əslində səbəb var, əslində heç yox.
İynə ucu boyda işıq gəzirəm,
Olmayan işığa pərvanəyə bax.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Ağbulaq obasında keçirilmişdir.Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunmuşdurMilli Məclis Ombudsman vəzifəsinə namizədlərin müzakirəsinə başladıABŞ Senatı “soyqırımı”ı tanımadı – Ermənilərin ümidləri puç olduAbşeronda şəhid ailələri və Qarabağ əlillərinə yeni evlər verildiXəstəxanalarda vətəndaşlardan şəxsiyyət vəsiqəsi TƏLƏB OLUNACAQNazirlər Kabineti ixtiralarla bağlı yeni qaydanı təsdiq etdiƏli Əsədov londonda: Baronessa Emma Nikolson ilə görüş olubAzərbaycan səfirinin xanımı diplomat xanımlarına milli çay süfrəsi açdıErməni snayperlər mövqelərimizi atəşə tutduOqtay Gülalıyevdən yeni xəbər var - Komadan ayılma ehtimalı artıbBələdiyyə seçkilərində namizədlərin qeydə alınması bu gün başa çatırPrezident Ədliyyə Nazirliyinin əməkdaşlarına ali rütbələr verdi - SƏRƏNCAMSumqayıtda yeni “ASAN xidmət” mərkəzi tikiləcək - SƏRƏNCAMBu şəxslərə prezidentin fərdi təqaüdü veriləcək - SƏRƏNCAMPrezident Sumqayıtla bağlı üç sərəncam imzaladıPrezident Zakir Fərəcovu ordenlə təltif etdiSəlim Müslümovun daha bir dayısı işdən çıxarıldı - Nöqsanlara görəİCRA BAŞÇISI 250 MİNƏ YENİ MAŞIN ALIB - FOTOLARMehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib - FOTOPrezident İlham Əliyev Sumqayıtda Ulu Öndərin abidəsini ziyarət edibSumqayıtın şəhər statusu almasının 70 illik yubileyi münasibəti ilə möhtəşəm şəhər tədbiri keçirilibATƏT sədri Azərbaycana gəlirFərid Şəfiyev: “Dağlıq Qarabağ ermənilərin son arzusu deyil”Yeni Azərbaycan Partiyası 27 yaşına çatdıYeni Azərbaycan Partiyasının yaranmasının 27 illiyi qeyd olunmuşdurLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiAzərbaycanda pensiyaların orta məbləği 240,6 manata çatıbTürkiyəli həkimlər Oqtay Gülalıyevi ƏMƏLİYYAT ETDİLƏRBaş Prokurorluqdan vəzifəli şəxslərlə bağlı xəbərə REAKSİYAMehriban Əliyeva Dmitri Medvedevlə görüşəcəkPrezident iki icra başçısının yerini dəyişdi - SƏRƏNCAMBu il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 9310-a çatıbMikayıl Cabbarov MDB vergi xidmətləri rəhbərlərinə sədrlik edəcəkPrezidentin nəzarətə götürdüyü borc məsələsi həll edildimi? - Bankdan AÇIQLAMAAğcabədi rayon Mədəniyyət və Turizim idarəsinin tabeçiliyində fəaliyyət göstərən Mirik kənd klubunun heç bir fəaliyyəti yoxdurRamiz Mehdiyev Mirzə Cəlilin nəticəsinə hədiyyə verdi - FOTOLARLeyla Əliyevanın iştirakı ilə Atatürk parkına 10 tutuquşu buraxıldı - FOTO"Qarabağ münaqişəsinin həlli bizim üçün də mühüm məsələdir" - ABŞ səfiriAzərbaycanın rəsmi şəxslərinin həlak olduğu Qarakənd faciəsindən 28 il ötürMilli Qəhrəmanın “sonuncu zəngi” - Arzuları ürəyində qalan HƏRBÇİ80 yaşını qeyd etməli olan 70 yaşlı Sumqayıt"Gəncə-Ağstafa sürətli dəmir yolunun işə salınması istiqamətində işlər gedir" - PrezidentMəcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTONovruz Məmmədov prorektor TƏYİN OLUNDUPrezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edibEldar Əzizov direktoru işdən çıxardı - Meriyada yeni təyinat“Məktəb seminarları” başa çatıbƏli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaqMüdafiə Nazirliyi cəbhədən xəbər yaydı