Dovletxeberleri.Az

11-03-2019, 10:29SƏYYAD MƏCİD

SƏYYAD MƏCİD

Səyyad Məcid

***

Məchul bir sabahın,
susmuş bir eşqin
həsrət sazağı vurur üzümüzə,
Ruhumuzu qaraldan dərdimizi
eləcə
əziz-əziz salmışıq ürəyimizə,
Çöldə yağa bilməyən qar
içimizdə çıxıb dizə...
Nə vaxtdır
təmirə dayanan yolların səssizliyində
xatirələr bolluğunda
boşluğa düşən sözlər
üşüyür, diksindirir bizi,
ruhumuzu donduran bu şəhərdə,
bir yol var,
darısqal, soyuq, narahat,
vuruşaraq getdiyimiz o yolu,
sevə-sevə getməyi
öyrədir bizə həyat…

Darıxıram

darıxıram sənsiz...
havalar da isti
darıxıram,
alışıram həsrətindən
ancaq hərarətin soyudar məni,
bu susuz vadinin quraqlığında
isti dodaqların
sərinlədər içimi.
...sən demə,
həsrətin istisi, soyuğu varmış,
sənin soyuqluğun yandırır məni.
günəşli gündə də günəş axtaran,
sevgidən alışan,
nisgildən yanan
bu ürək neyləsin,
alışır axı.
donma,
həsrətinin buzlaqlarında
donan sevgiləri günəş yandırar,
buxara çevrilər
günün birində
sonra,
sonra
buludlar da həsrət yağdırar.
***

Bir məbəd yaratdım sənsizliyimdən
Səssizlik azan tək yüksəldi göyə.
Ölməyən eşqimə bir büt ucaltdım,
Yoxluğunda səjdəgah olsun deyə.


Narıncı şərf

Fərq dedin,
yadima fərqli şərfin düşdü,
dünən bağlamışdın.
Boynuna narıncı şərf bağlayan qadın,
sənin boynunu qucaqlayan,
sənə istilik verən o şərf
azadlığa üsyandır…
bu gün mənə qaldırdığın üsyan kimi…
özündən çıxarır səni üsyanlar,
boğ üsyanları,
səni boğan o şərfi də çıxar at,
qayıt özünə,
özün ol….

***

Darıxmadın mənimçün?
...uzaqda üşüyən xatirələrin üstünə
qar kimi yağır yoxluğun,
heçmi eşitmirsən pıçıltısını
ilk baharda cücərən eşqin.
payız rənginə boyanan sevgimizin
vida marşının sözlərini yazıram indi,
diqqətlə dinlə,
sənin çox sevdiyin o baharda
şəninə oxuyan quşların
payız köçü zamanı
qanadlarından düşən lələklə yazıram
bu solğun sətirləri,
bizi görmədən uçub gedən,
eşqimizin vida mərasiminə qoşulmayan
o quşları deyirəm.
baharda
yağmurlu gündə başlamışdı eşqimiz,
yağış necə də sənə bənzəyir
mənə dolu tək yağdın son dəfə,
eşqin
payız yarpağı kimi
qopur içimdən bir-bir,
həzin-həzin,
hüzün - hüzün
indi xəzəldir xatirələr
əzab çəkir ayaq altda, sızıldayır,
gözləmədə qışını.
uzaqdan gələn bir səs səslənmək istəyir onlara
lakin…
çıx, get,
səni dəfn etdiyim yerə
içimə,
qəlbimə,
uzaqlara...
sevgiyə ölüm hökmü oxumaq istəyirəm
səbəbsiz,
məqsədsiz
özüm-öz eşqimin hakimi olaraq.
ah, bu çılğın darıxmaq…
…axı, mən səni sevirdim



Sus və danış

Hər gün
ədalət dərsi keçir bizə zaman
hər kəsin haqqını tanıyaq deyə
susmaqla tanınmaz haqq
danışmaq hüququndur, danış,
danış ki,
haqq, ədalət tanınsın,
yaz,
sözün gücü ilə şeriyyət tanınsın.
bəzən də,
susmaq çox şey qədər dərin,
çox şey susmaq qədər dərin
səsi içində boğulan bəşərin
susmağın hüquq kimi
tanıtdı bizə qanun
dağılmasın deyə bu müəmmalı cahan,
o dağıntıda batmasın insan
susqunluğu ibadət kimi
qəbul etdi ki, Tanrı
içində boy atsın,
özünü tanısın,
tapsın insan
Tanrıdan başqa haqq yox ki, cahanda
gümanlar, ümidlər boğulduğu anda
həqiqət axtaran hər kəs
Tanrıya tapınır sonda.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İsrail hərbçiləri ilə fələstinlilər arasında qarşıdurma: 2 nəfər öldüAzərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın inkişafı müzakirə olunubABŞ Suriyanın terrorçulardan təmizləndiyini açıqladıTəhsil Nazirliyi 8 şagirdi ABŞ-a göndərir - ƏMRKasprşik Paşinyanla Qarabağ münaqişəsini müzakirə etdiTürkiyədə ABŞ dolları kəskin bahalaşdıAdil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLARİran XİN başçısı Türkiyəyə getdiBu şəxslərə gələn aydan Prezidentin təqaüdü veriləcəkNazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdiMəkanların artması seçimlərin artması deməkdir.Ərdoğan Trampın bəyanatını sərt tənqid etdiMoskvada möhtəşəm Novruz şənliyi keçirilirPakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdiƏdalətli qələm dostumRusiyadan NATO açıqlamasıKredit qaydaları dəyişir: faiz dərəcələri"İşğal ərazilərdəki rejim Ermənistanın dəstəyi hesabına mövcuddur" - XİN-dən AÇIQLAMANATO-nun baş katibi Gürcüstana gəlirAzərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİBUşaq pulu ilə bağlı nazirlikdən vacib açıqlamaKamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdiƏsgərlərin Novruz bayramı - FOTOLARAtılan addımlar milli birliyə xidmət edir“Əli İnsanov həddini aşıb” – YAP-çı deputatdan sərt reaksiyaAzərbaycana yaz fəsli gəldiTürkiyədə zəlzələ oldu, məktəblər bağlandıBank rəhbəri vəzifəsindən azad edildi - TəyinatPrezident İlham Əliyev Azərbaycan xalqını təbrik edibİlham Əliyev Nursultan Nazarbayevə zəng elədi"Dragon"- kikboksinq idman klubunun açılışı oldu.Zakir Həsənov Pakistana rəsmi səfərə gedəcəkPrezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanırKənd təsərrüfatı üçün kreditlərin verilməsi qaydası ləğv olunduMehriban Əliyeva Azərbaycan xalqını təbrik etdiBAHAR GƏLİRPrezident və birinci xanım Novruz şənliklərindəAzərbaycanda bank faizləri ilə bağlı yeni qərar qəbul olunacaqBu gün Azərbaycanda ilaxır çərşənbə qeyd olunurAzərbaycan demokratiya yolunda inamla irəliləyirFizuli Məmmədov növbəti dəfə Qarabağ qazilərinə mənzil hədiyyə etdi - FotolarPrezidentdən 20 Yanvar, Çernobıl və müharibə veteranları ilə bağlı - SərəncamPrezident Səhiyyə Nazirliyinə vəsait ayırdı - MəqsədAğcabədi rayonunda əhalinin tibbi müayinəsi davam etdirilir.İlham Əliyevdən xalqa Novruz TƏBRİKİNovruz bayramı laçınlılar tərəfindən yüksək əhval-ruhiyyə ilə qeyd edilmişdir.Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Sadınlar obasında görüş-səyyar qəbul keçirilmişdirFüzulidə Novruz şənliyi keçirildi - Bahar Muradova Horadizə getdiSumqayıt bulvarında möhtəşəm Novruz şənliyi - FOTOLARAzərbaycanda övladlığa götürmə qaydaları DƏYİŞİR