Dovletxeberleri.Az

8-03-2019, 10:07Əliyar Fədai

Əliyar Fədai
***
Gördüm yar qarşımda qəmgin dayanıb
Deyir: "Səndən mənim şikayətim var.
Sən bir başqasına meyil salmısan,
Mənim bundan sonra qiyamətim var.

Baxdım siyah gözlü gözəl yarıma,
Bu sözlə, sanki, duz səpdi yarama.
Dedim namusuma, qeyrət, arıma-
Bu heç yaraşarmı? Ləyaqətim var.

Sən varkən baharı, yazı neynirəm?
Özgə bir işvəni, nazı neynirəm ?
Hər şirin avazlı qızı neynirəm ?
Mənim bülbül dilli məlahətim var.

Gözəli gözələ heç vaxt qatmaram,
Yalan sevgi kölgəsində yatmaram.
Lap dünya dağıla, səni atmaram,
Səndə ürək adlı əmanətim var.

Fədaiyəm, öz eşqimə sadiqəm,
Tək sənə vurğunam, sənə laiqəm.
Hamı bilir ki, mən necə aşiqəm
Mənim xalq içində sədaqətim var.

***
Aşiq öz qəlbini yarə açanda
Təbii ki çöhrəsi al olmalıdır .
Füsunkar kəlmələr... romantik sözlər...
Dili zəhər deyil, bal olmalıdır .

Ürəyi titrəyib döyünməlidi,
Öz məhəbbətilə öyünməlidi
Əgər yar razısa, sevinməlidi,
O dəyişib duyğusal olmalıdır.

Fədai, qulaq as qəlbdəki səsə,
Bağlanma yarından ayrı bir kəsə.
Dil əgər yalandan "sevirəm" desə,
O dil həmin anda lal olmalıdır.



***
İnsan son nəfəsində nəsə demək istədi,
Titrək dodaqlarından çıxan səs hara getdi ?
Sonunda ruh bədəni ömürlük tərk elədi,
Sağlığını bildirən o nəfəs hara getdi ?

Dünənin cavanları bu gün lap "ulu" oldu,
Onların düşdüyü yol lovğalıq yolu oldu.
Yaz gəldi...
Dağ başında qarlar dönüb su oldu,
Aşaraq dağ-dərəni sular bəs hara getdi ?

Cavanlıqda sınanır insan məhəbbət ilə,
Qovuşmağa can atır əzab,əziyyət ilə.
Bəzən güclü sevgilər tükənir nifrət ilə...
Heç özün də bilmirsən o həvəs hara getdi ?

Bu dünya insan üçün sən demə, ağır yükmüş,
Həyatın dərd-kədəri sevincindən böyükmüş.
Vəfalı sandığımız öz əhdinə dönükmüş,
O inam, o sədaqət, hörmət məhz hara getdi ?

Bülbül güldən ayrılıb dar bir qəfəsə girdi,
Qəfəs düşməni oldu, çoxaldı onun dərdi.
Sonunda o həsrətdən zarıyaraq can verdi,
Bülbül torpağa gömdü...
Bəs qəfəs hara getdi ???


***
Mən bu dünyaya gəlmişəm,
Gəlmişəm çaş-baş olmağa...
Zalimlərə naşı, düşmən,
Məzluma yoldaş olmağa...

Bu dərd kimə qalasıdı ?
Vətən, torpaq yarasıdı.
Bir şəhidin anasının-
Gözlərində yaş olmağa...

Gəlmişəm məhəbbət olub,
Ürəkdən-ürəyə dolum.
Gəlməmişəm nifrət olub,
Dillərdə qarğış olmağa...

Mən baharam, sənsə bülbül,
Hələ tərdi bağçada gül.
Çalış mənim qədrimi bil !
Həvəsim var qış olmağa...

Kim baxacaq azarıma ?
Mənim giley-güzürıma...
Gedin qazın məzarımı !
Gəlirəm baş daş olmağa...
Əliyar Fədai.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İsrail hərbçiləri ilə fələstinlilər arasında qarşıdurma: 2 nəfər öldüAzərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın inkişafı müzakirə olunubABŞ Suriyanın terrorçulardan təmizləndiyini açıqladıTəhsil Nazirliyi 8 şagirdi ABŞ-a göndərir - ƏMRKasprşik Paşinyanla Qarabağ münaqişəsini müzakirə etdiTürkiyədə ABŞ dolları kəskin bahalaşdıAdil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLARİran XİN başçısı Türkiyəyə getdiBu şəxslərə gələn aydan Prezidentin təqaüdü veriləcəkNazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdiMəkanların artması seçimlərin artması deməkdir.Ərdoğan Trampın bəyanatını sərt tənqid etdiMoskvada möhtəşəm Novruz şənliyi keçirilirPakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdiƏdalətli qələm dostumRusiyadan NATO açıqlamasıKredit qaydaları dəyişir: faiz dərəcələri"İşğal ərazilərdəki rejim Ermənistanın dəstəyi hesabına mövcuddur" - XİN-dən AÇIQLAMANATO-nun baş katibi Gürcüstana gəlirAzərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİBUşaq pulu ilə bağlı nazirlikdən vacib açıqlamaKamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdiƏsgərlərin Novruz bayramı - FOTOLARAtılan addımlar milli birliyə xidmət edir“Əli İnsanov həddini aşıb” – YAP-çı deputatdan sərt reaksiyaAzərbaycana yaz fəsli gəldiTürkiyədə zəlzələ oldu, məktəblər bağlandıBank rəhbəri vəzifəsindən azad edildi - TəyinatPrezident İlham Əliyev Azərbaycan xalqını təbrik edibİlham Əliyev Nursultan Nazarbayevə zəng elədi"Dragon"- kikboksinq idman klubunun açılışı oldu.Zakir Həsənov Pakistana rəsmi səfərə gedəcəkPrezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanırKənd təsərrüfatı üçün kreditlərin verilməsi qaydası ləğv olunduMehriban Əliyeva Azərbaycan xalqını təbrik etdiBAHAR GƏLİRPrezident və birinci xanım Novruz şənliklərindəAzərbaycanda bank faizləri ilə bağlı yeni qərar qəbul olunacaqBu gün Azərbaycanda ilaxır çərşənbə qeyd olunurAzərbaycan demokratiya yolunda inamla irəliləyirFizuli Məmmədov növbəti dəfə Qarabağ qazilərinə mənzil hədiyyə etdi - FotolarPrezidentdən 20 Yanvar, Çernobıl və müharibə veteranları ilə bağlı - SərəncamPrezident Səhiyyə Nazirliyinə vəsait ayırdı - MəqsədAğcabədi rayonunda əhalinin tibbi müayinəsi davam etdirilir.İlham Əliyevdən xalqa Novruz TƏBRİKİNovruz bayramı laçınlılar tərəfindən yüksək əhval-ruhiyyə ilə qeyd edilmişdir.Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Sadınlar obasında görüş-səyyar qəbul keçirilmişdirFüzulidə Novruz şənliyi keçirildi - Bahar Muradova Horadizə getdiSumqayıt bulvarında möhtəşəm Novruz şənliyi - FOTOLARAzərbaycanda övladlığa götürmə qaydaları DƏYİŞİR