Dovletxeberleri.Az

5-03-2019, 11:07Sənan Cəlili.

Sənan Cəlili.
Dərddən süzülən QADIN
Həmin qadındırmı bu? Hə, özüdür, deyəsən
Nə gözəldir siması, qələm çəkənə əhsən!
Sən ki, adi biriydin, nə oldu birdən-birə?!
Nədir bu gözəlliyin, sığışmır göyə, yerə?!

Son vaxtlar pərişandın, dərdli – dərdli gəzirdin
Sanki, fani dünyadan usanırdın, bezirdin
Gözündə sonsuz kədər, sakitcə ağlayırdın
O füsinkar simanı gizlədir, bağlayırdın

Dərdin ağırlığından çatılırdı qaşların
Gilə-gilə axırdı üzündən göz yaşların
Demək, möcüzə imiş səninlə baş verənlər
Yuyub, təmizləyibdir səni o qəm, o kədər

Bənizində qalmayıb sünilikdən əlamət
Yuyub, silib, paklayıb içində çağlayan dərd
Bax indi sən özünsən, göstər özünü ona
Daha bu gözəlliyə qoyma bir ləkə qona

Qaldır məğrur başını, o gözlərə sərrast bax
Aləmi sehrə bürü, dünyanı yandırıb yax
Fəxr et ANA deyirlər, ANA çəkilir adın
Sən müqəddəs varlıqsan, dərddən süzülən QADIN!





Ovqat nəğməsi

Mən istərdim bir dağ ola
Gül - çiçəkli sol-sağ ola
Arzumdakı o bağ ola
Min çalarlı, boya-boya
Burax gedim, Qoca dünya

Orda yox bir yalqız, tənha
Orda yer yox nalə, aha
Burda qalmaq olmur daha
Qüsurları saya-saya
Burax gedim, Qoca dünya

Ruh oxşayır sazın səsi
El-obamın xəzinəsi
Bax, gözəllik İlahəsi
Boy veribdi qaya-qaya
Burax gedim, Qoca dünya

Nur çiləyən o Kəhkəşan
Səslər gəlir - salam, Sənan
Axıb getmə, dayan zaman
Qoy dincəlim doya-doya
Burax gedim, Qoca dünya.





Fələk​

Çəkilib guşənə susub durubsan
Oyan varlığını car eylə, Fələk!
Özünə xəlvətdə ximə qurubsan
Daha gizlənməkdən ar eylə, Fələk!

Ələ, üzə çıxart pisi, yaxşını
Dostu başa çıxart, düşməni tanı
Bəs etsin məzlumun tökülən qanı
Zalıma meydanı dar eylə, Fələk!

Bol eylə hamının sevgi payını
Xoş keçir ilini, günü, ayını
Hökm ver ki, tapsın taylı – tayını
Yaxşını yaxşıya yar eylə, Fələk!

Bizdən uzaq eylə xəstəlikləri
Qoru bəlalardan ulu Bəşəri
Abad et hər kəndi, hər bir şəhəri
Barsız bağçalarda bar eylə, Fələk

Bəsdir gülüstanı eylədin viran
Əsdirdin qara yel, tökdün qar-boran
Səndən də haqq-hesab olacaq soran
Xeyir əməlləri var eylə, Fələk!

Agah deyil bir çox işlər Sənana
Namərdlər atını çapır hər yana
Nadanlar hökm edir indi qanana
Haqqı, ədaləti car eylə. Fələk!




Yenə Fələk...

Yenə zillət verərək çəkdin məni dara, Fələk!
Verdiyin dərdin əlindən gəlmişəm zara, Fələk!

Ömrün ahıl çağında rahətimə baxmaq ikən
Gətirdin ayı, günü bir-birindən qara, Fələk!

Görəsi deyil idim yuxuda da o məkanı
Salmısan güzarımı gör haradan hara, Fələk!

Nola ki, yetirəsən verdiyinin dərmanını
Deyirlər eyləyirsən min mərəzə çara, Fələk!

Zalımdan kənar gəzib nə tutmusan mən fağırı?
Bəs deyilmi vurduğun bu sinəmə yara, Fələk?!

Çətini, keçilməzi çox göstəribsən Sənana
İndi də cəhd edirsən ta gələ zinhara, Fələk!

Sənan Cəlili.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İsrail hərbçiləri ilə fələstinlilər arasında qarşıdurma: 2 nəfər öldüAzərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın inkişafı müzakirə olunubABŞ Suriyanın terrorçulardan təmizləndiyini açıqladıTəhsil Nazirliyi 8 şagirdi ABŞ-a göndərir - ƏMRKasprşik Paşinyanla Qarabağ münaqişəsini müzakirə etdiTürkiyədə ABŞ dolları kəskin bahalaşdıAdil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLARİran XİN başçısı Türkiyəyə getdiBu şəxslərə gələn aydan Prezidentin təqaüdü veriləcəkNazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdiMəkanların artması seçimlərin artması deməkdir.Ərdoğan Trampın bəyanatını sərt tənqid etdiMoskvada möhtəşəm Novruz şənliyi keçirilirPakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdiƏdalətli qələm dostumRusiyadan NATO açıqlamasıKredit qaydaları dəyişir: faiz dərəcələri"İşğal ərazilərdəki rejim Ermənistanın dəstəyi hesabına mövcuddur" - XİN-dən AÇIQLAMANATO-nun baş katibi Gürcüstana gəlirAzərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİBUşaq pulu ilə bağlı nazirlikdən vacib açıqlamaKamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdiƏsgərlərin Novruz bayramı - FOTOLARAtılan addımlar milli birliyə xidmət edir“Əli İnsanov həddini aşıb” – YAP-çı deputatdan sərt reaksiyaAzərbaycana yaz fəsli gəldiTürkiyədə zəlzələ oldu, məktəblər bağlandıBank rəhbəri vəzifəsindən azad edildi - TəyinatPrezident İlham Əliyev Azərbaycan xalqını təbrik edibİlham Əliyev Nursultan Nazarbayevə zəng elədi"Dragon"- kikboksinq idman klubunun açılışı oldu.Zakir Həsənov Pakistana rəsmi səfərə gedəcəkPrezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanırKənd təsərrüfatı üçün kreditlərin verilməsi qaydası ləğv olunduMehriban Əliyeva Azərbaycan xalqını təbrik etdiBAHAR GƏLİRPrezident və birinci xanım Novruz şənliklərindəAzərbaycanda bank faizləri ilə bağlı yeni qərar qəbul olunacaqBu gün Azərbaycanda ilaxır çərşənbə qeyd olunurAzərbaycan demokratiya yolunda inamla irəliləyirFizuli Məmmədov növbəti dəfə Qarabağ qazilərinə mənzil hədiyyə etdi - FotolarPrezidentdən 20 Yanvar, Çernobıl və müharibə veteranları ilə bağlı - SərəncamPrezident Səhiyyə Nazirliyinə vəsait ayırdı - MəqsədAğcabədi rayonunda əhalinin tibbi müayinəsi davam etdirilir.İlham Əliyevdən xalqa Novruz TƏBRİKİNovruz bayramı laçınlılar tərəfindən yüksək əhval-ruhiyyə ilə qeyd edilmişdir.Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Sadınlar obasında görüş-səyyar qəbul keçirilmişdirFüzulidə Novruz şənliyi keçirildi - Bahar Muradova Horadizə getdiSumqayıt bulvarında möhtəşəm Novruz şənliyi - FOTOLARAzərbaycanda övladlığa götürmə qaydaları DƏYİŞİR