Dovletxeberleri.Az
» » Çalğın Məhəmməd.

5-03-2019, 08:35Çalğın Məhəmməd.

Çalğın Məhəmməd.

SEVGİLİMƏ BİR MƏKTUB

Sən,məndən böyüksən bilirəm
Və özündə bilirsən
Sən,məndən ucasan
Ama,
Sənin yanında duranda
Başım bulutlara söykənir
Və gözlərimdə hər şey kiçilir


Səni gördüyüm gündən bəri
Yuxularımda yol gedirəm gecələr
Qapılara söykənə söykənə yol gedirəm küçələrdə
Səsini iyliyirəm bu şəhərdə
Bəlkədə mənə güləcəksən bilmirəm
Sən,evə dönürsən
Çiçəklə qarşılayıram
Əllərindən öpürəm
Və saçlarını hörürəm yuxularımda


Qoy,göylərə qalxsın tənhalığım
Uçub,bulutlara sığınsın
Sən hardan bilirsən?
Nə çəkdiyimi
Bilsəydin!
Səyasətçi olmazdın
Və mən bilməsəydim
Şair olmazdım


Gözlərin,küləkli bir qış gecəsi
Hamı,yolun itirir gözlərində
Məni evimizə kim götürəcək?


Əllərin Nuhun gəmisi
Əllərinə sığınır bütün mevcudat
Saçların,mənimdə qibləgahımdır
Məndə sənə iman gətirmişəm
Mənidə əllərinə götür lütfən


Səsində bir şərab var
Onu içdikcə
Yağış yağır üstümə
Və mən aydınlaşıram


"Səni sevirəm"
Fırlanıram çevrəndə
"Səni sevirəm"
Yəni həyat var
"Səni sevirəm"
Eşidirsən???
SƏNİ
S
E
V
İ
R
Ə
M


Səni tanımamışdan öncə
Qaranlığıydım
Əlimi nəyə atardım boşa çıxardı
Səni tanıyandan sonra
Aman ALLAHım
Nə qədər işiqlanmışam
Səni tanıyandan sonra


Hara baxıram
Sən varsan
Həyatımın köynəyinin yaxasına sancılıbsan iynə kimi
Ucasan,ürkək bir ceyran boynu kimi
Qısasan,həyatın bir bəlgəsəl oyunu kimi
Durusan, su kimi
Vəhşisən, ahu kimi
Şeirlərimdən dişarı çıx lütfən
Nə yazıram
Sən varsan
Danışıram
Sən varsan
Susuram
Sən varsan
Nə yaxşı ki
Sən varsan


Peyğəmbər deyiləm sevgilim
Sənə xeyir öyrədim
Dünyanın ən böyük şairləri
Həməşə ŞƏR yazıblar


Saat 3:15 mələyim
Xatirələrin yaqut kimi parıldayır gözlərimin önündə
Milyonerlər məhəlləsindəyəm hala ac və susuz
Sənə məktub yazıram
Bu şeiri başdan oxuyuram təkrar
Və bu şeiri oxuduqca düşünürəm
Sən, nə qədər gözəlsən







MƏN GÜNƏŞİN TƏRƏFİNDƏYƏM

Dünya,bütün dişarıdaki azad insanların əlindən cana gəlibdir
Mən,səyasi məhbusların tərəfindəyəm

Yaxama fəxri kağazlar yapışdırmayın
Akademik insanlardan ağlım bir şey kəsmir
Mən,savadsız insanların tərəfindəyəm

Qaranlığın üstümüzə şərit sallamasından deyil
Mən,günəşin tərəfindəyəm

Ərkəklər,sizlərə güvənə bilmirəm artıq
Mən,qadınların tərəfindəyəm

Dünyanı bu günə salan çox bilənlərdir
Mən,bilməyənlərin tərəfindəyəm
Çox danışanların yox
Susanların tərəfindəyəm

İnsanlarda nə var ki?
Bə-şər gözəldir
Şeirdə nə var ki?
Şər gözəldir

Məhbub insanlar,iki üzlü olurlar
Mən,tanınmayanların tərəfindəyəm

Gözəlləri hamı sevir
Mən,çirkinlərin tərəfindəyəm

Adamsızların tərəfində
Uduzanların tərəfində
Sevilmiyənlərin tərəfindəyəm

Hey!!!
Sevilmiyənlər
Hey!!!
Uduzanlar
Hey!!!
Adamsızlar
Mən,sizlərin tərəfindəyəm
Yəni...
Sizləri çox sevirəm



QIZILI SAÇLARININ ƏTƏYİNDƏ

Qızılı saçlarının ətəyində
Enir qalxır dalğalar
Və günəş,
Özünü nümayiş etdirir qızılı saçlarının ətəyində

Qızılı saçlarının ətəyində
Gözəl bir musiqi çalınır
Doğulmamış uşaqlara

Qızılı saçlarının ətəyində
Kaş ki...
Bir qızım olaydı Günəş adında
Kaş ki...
Bir oğlun olaydı Çinar adında

Qızılı saçlarının ətəyində
Dar ağacı qurulur hər sabah çağı
Gündə neçə yol asılıram saçlarından

Qızılı saçlarının ətəyində
Özümü vururam dağlara
Quş qovalıyıram yamaclarda
Və yorğun arğın qayıdıram sürüsünü qaytaran bir çoban kimi

Qızılı saçlarının ətəyində
Əl izləri var
Hansı şair şeir oğurluğuna gəlmişimiş görəsən?

Kaş ki bir şikarçi olaydım
Bir tüfəngim olaydı kaş ki..
Hər gün ov ovlayaydım
qızılı saçlarının ətəyində

İNSAN

Həmən vəsf etməliyəm insanı
Həmən!
Yağışın məsumluğuna and olsun
Və kəpənəklərin qanadlarına
Bir baxış yetər
İnsanın 180 dərəcə dəyişilməsinə

Yüz irmi dörd min yol dəyişilib insan
Yüz irmi dörd min yollar
Bir gün...
Bir əndişəni yamsılayıb
Moskovada- Pekəndə
Bir gün...
Bir fitvanı daşıyıb
Çeçenistanda-Yəməndə
Və hala...
Səninləyəm!
Hey!!!
Süt satan qız
İnsanın yediyi çiy sütdür
Gizlənib sənin məməndə

Su həmən sudur
İnsan həmən insan deyil
Topraq həmən topraqdır
İnsan həmən insan deyil
Hava həmən havadır
İnsan həmən insan deyil
Günəş həmən günəşdir
İnsan həmən insan deyil
ALLAH həmən ALLAHdır
İnsan həmən insan deyil

Həmən vəsf etməliyəm insanı
Həmən!
Göyün maviliyinə and olsun
Və zeytunun yaşıllığına
Kiçik bir şərait yetər
İnsanın dəyişilməsinə

Calğın Məhəmməd.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Prezidentin yeni sosial paketi 2 milyondan çox insanı əhatə edəcək”Pensiyaçılara ŞAD XƏBƏR: Bu tarixdən 200 manat olacaqSosial dəyərlərə çevrilən iqtisadi dəyərlər...Azay Quliyev Prezidentə təşəkkür etdiVasif Talıbov Səfərbərlik Xidmətinə rəis təyin etdiRamiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşdüMinimum aylıq əməkhaqqı artırıldı - 250 manatSumqayıt bulvarının ərazisi genişləndirilir - REPORTAJRövşən Rzayev vətəndaşları qəbul edibAzərbaycan BMT-yə hesabat verəcək - Təhsil və səhiyyə ilə bağlıDaha 687 şəhidin vərəsəsinə ödəmə veriləcəkZakir Həsənov: “Mənim əsas vəzifəm ordunu müharibəyə hazır saxlamaqdır”Ermənistan atəşkəsə əməl etmirSumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilibŞəhid olduğundan 9 il ötür ALLAH böyük qardaşımıza rəhmət etsn AMIN“Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir” - Leyla AbdullayevaLeyla Əliyeva BMT səfiri ilə Xəzərlə bağlı müzakirə apardı“Qarabağ” ikinci qrupda yer aldıAğstafada bazarda 7 nəfər güllələndi, onlardan 4-ü öldüBakıda Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasına start verilibƏrdoğan Putin və Trampla bir araya gəlirABŞ dövlət katibi İranı ittiham etdiPrezidentlər Soçidə görüşəcəkYeni Zellandiya 7,2 ballıq zəlzələ ilə silkələndiErmənilər cəbhədə təxribatlara davam edirBu gün 32 mindən çox şagird buraxılış imtahanı verirUkrayna dünya çempionu olduVII Muğam müsabiqəsi yekunlaşdı: QALİBLƏRBU GÜN Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi- Elburus Allahverdiyev anım günüdürMikayıl Cabbarov yenidən federasiya prezidenti seçildiTürkiyədə tayfa davası: 6 ölüBakıdan Şarm-əş-Şeyxə birbaşa uçuşlar olacaqSlovakiyanın ilk qadın prezidenti and içdiBakı Konqres Mərkəzində məzun gecəsi keçirildiZakir Həsənov generalları topladı, müharibə mesajı verdiMədət Quliyev: "Heydər Əliyev Azərbaycanı əsarət altına düşməkdən xilas etdi"Mehriban Əliyeva: “Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir”34 saylı məktəbdə "SON ZƏNG"15 İyun - Milli Qurtuluş Günü laçınlılar tərəfindən təntənəli şəkildə qeyd olunmuşdur.Bu qürurverici müstəqillik üçün Heydər Əliyevə borcluyuqDahi liderimizə sevgi məndə uşaq yaşlarımdan başlamisdi!Novruz Məmmədov Tacikistan prezidenti ilə görüşdüAzərbaycanda Milli Qurtuluş GünüdürVətən naminə qayıdışElsevər Əliyev:”ÜMUMMILLI LIDERIMIZIN TARİXİ FƏALIYYƏTI AZƏRBAYCANIN GƏLƏCƏYINƏ HESABLANMIŞ FƏALIYYƏTDIR”.Minlərlə sahibkarın borcu silinibAğcabədi rayon Poladlı kəndində səyyar qəbul-görüş keçirilmişdir.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli məktəblilərin “Son zəng” tədbirində iştirak etmişdirSaleh Səmədov:”Ümummilli liderimizin TARİXİ fəaliyyəti Azərbaycanın gələcəyinə hesablanmış fəaliyyətdir”.Məmmədyarovla Mnatsakanyan Vaşinqtonda görüşəcək – Tarix AÇIQLANDI