Dovletxeberleri.Az
» » Fikrət Şahbazlı.

4-03-2019, 19:43Fikrət Şahbazlı.

Fikrət Şahbazlı.
Bir sinə daşı

Yaxşı adamlara daş atma bala,
Şeytanı nişan al, at cinə daşı.
Yanlış atanların özünə dəyə,
Kaş döndərən ola tərsinə daşı.
Künc-bucaq ölçüyə gəlsin deyibən,
Daş-daşa söykənib qalsın deyibən,
Məzar yaraşıqlı olsun deyibən,
Qoyurlar üst-üstə hər tinə daşı.
Gözəllər gözəli yarlı dünyadan,
Hər cürə nemətli barlı dünyadan,
Ölsək qazancımız varlı dünyadan,
Beş arşın ağ olar, bir sinə daşı.


Məni sevmədin
(Bir dostumun harayı)

Qanım qaynamışdı ilk görən gündən,
Qəlbimi yandıran qanı sevmədin.
Sənə qurban dedim şirin canımı,
Sənə qurban olan canı sevmədin.
Ürəyimdə alov, od çıxarmışdım,
Sənə pis deyəni yad çıxarmışdım,
Səni sevməyimlə ad çıxarmışdım,
Çıxartdığım adı, sanı sevmədin.
Bilmədim qazana, itirə kimi,
Taleyim önümə gətirə kimi,
-Ötən ömür-gündən xatirə kimi,
Yadda qalan şirin anı sevmədin.
Həsrətin əlindən cana gəlmişdim,
Quzeydən bezmişdim, günə gəlmişdim,
Yüz sevəni qoyub sənə gəlmişdim,
Bircə sevən qədər məni sevmədin.




GETDİ
Yaxşı adam yaxşılıqdan,
Sonunacan tutub getdi.
Olub qalan var yoxunu,
Sonunda da atıb getdi.
Qara günlər canla gəldi,
Sümüyündə qanla gəldi.
Kədəri batmanla gəldi,
Batman dərddə batıb getdi.
Nələr çəkdi duymadılar,
İncitməkdən doymadılar,
İt yerinə qoymadılar,
Bu dünyadan itib getdi.





ÜÇÜN
Şirin arzu yox, bizləri
Dünyaya bağlamaq üçün.
Təzə ömür harda, -bəxti
Təzədən yoxlamaq üçün.
Sevdik nəmli yağış günü,
Baharda gördük qış günü,
Ürəkdə yer yox, xoş günü,
Müsafir saxlamaq üçün.
Ağıl ölüb başda yoxdu,
Ümid dost, qardaşda yoxdu,
-Bir yiyəsiz daş da yoxdu,
Oturub ağlamaq üçün..



Sən yaratdığın bəndəyəm

Allahım, yada salmırsan,
Sən unutduğum bəndəyəm.
Ağ günləri yaşamadım,
Sən qaraltdığın bəndəyəm.
Qocaldım cavan olmamış,
Payızam payız gəlməmiş,
Soluram güllər solmamış,
Sən saraltdığın bəndəyəm.
Kimdi doğmam, kimdi yadım,
Nədi soyum, nədi adım,
Tanrım, məni tanımadın?,-
Sən yaratdığın bəndəyəm.

Fikrət Şahbazlı.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Azay Quliyev Prezidentə təşəkkür etdiVasif Talıbov Səfərbərlik Xidmətinə rəis təyin etdiRamiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşdüMinimum aylıq əməkhaqqı artırıldı - 250 manatSumqayıt bulvarının ərazisi genişləndirilir - REPORTAJRövşən Rzayev vətəndaşları qəbul edibAzərbaycan BMT-yə hesabat verəcək - Təhsil və səhiyyə ilə bağlıDaha 687 şəhidin vərəsəsinə ödəmə veriləcəkZakir Həsənov: “Mənim əsas vəzifəm ordunu müharibəyə hazır saxlamaqdır”Ermənistan atəşkəsə əməl etmirSumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilibŞəhid olduğundan 9 il ötür ALLAH böyük qardaşımıza rəhmət etsn AMIN“Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir” - Leyla AbdullayevaLeyla Əliyeva BMT səfiri ilə Xəzərlə bağlı müzakirə apardı“Qarabağ” ikinci qrupda yer aldıAğstafada bazarda 7 nəfər güllələndi, onlardan 4-ü öldüBakıda Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasına start verilibƏrdoğan Putin və Trampla bir araya gəlirABŞ dövlət katibi İranı ittiham etdiPrezidentlər Soçidə görüşəcəkYeni Zellandiya 7,2 ballıq zəlzələ ilə silkələndiErmənilər cəbhədə təxribatlara davam edirBu gün 32 mindən çox şagird buraxılış imtahanı verirUkrayna dünya çempionu olduVII Muğam müsabiqəsi yekunlaşdı: QALİBLƏRBU GÜN Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi- Elburus Allahverdiyev anım günüdürMikayıl Cabbarov yenidən federasiya prezidenti seçildiTürkiyədə tayfa davası: 6 ölüBakıdan Şarm-əş-Şeyxə birbaşa uçuşlar olacaqSlovakiyanın ilk qadın prezidenti and içdiBakı Konqres Mərkəzində məzun gecəsi keçirildiZakir Həsənov generalları topladı, müharibə mesajı verdiMədət Quliyev: "Heydər Əliyev Azərbaycanı əsarət altına düşməkdən xilas etdi"Mehriban Əliyeva: “Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir”34 saylı məktəbdə "SON ZƏNG"15 İyun - Milli Qurtuluş Günü laçınlılar tərəfindən təntənəli şəkildə qeyd olunmuşdur.Bu qürurverici müstəqillik üçün Heydər Əliyevə borcluyuqDahi liderimizə sevgi məndə uşaq yaşlarımdan başlamisdi!Novruz Məmmədov Tacikistan prezidenti ilə görüşdüAzərbaycanda Milli Qurtuluş GünüdürVətən naminə qayıdışElsevər Əliyev:”ÜMUMMILLI LIDERIMIZIN TARİXİ FƏALIYYƏTI AZƏRBAYCANIN GƏLƏCƏYINƏ HESABLANMIŞ FƏALIYYƏTDIR”.Minlərlə sahibkarın borcu silinibAğcabədi rayon Poladlı kəndində səyyar qəbul-görüş keçirilmişdir.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli məktəblilərin “Son zəng” tədbirində iştirak etmişdirSaleh Səmədov:”Ümummilli liderimizin TARİXİ fəaliyyəti Azərbaycanın gələcəyinə hesablanmış fəaliyyətdir”.Məmmədyarovla Mnatsakanyan Vaşinqtonda görüşəcək – Tarix AÇIQLANDIMilli Məclisdə beynəlxalq konfrans – 7 saat davam edəcəkAvropa Mərkəzi Bankı Rəsulzadənin şəkli olan evro pul nişanı buraxdıTəhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI