Dovletxeberleri.Az
» » Məryəm Aslanqızının şerləri

24-02-2019, 19:06Məryəm Aslanqızının şerləri

Məryəm Aslanqızının şerləri
Məryəm Aslanqızı.

Sən məni sevəcəksən

Qaralacam köz kimi
Əriyəcəm buz kimi,
Bir çiçəkli yaz kimi
Sən məni sevəcəksən.

Sarı salıb kəməndə,
Şeh olacam çəməndə
Özün istəməsən də,
Sən məni sevəcəksən.

Arzum, eşqim təhərsiz,
Qəm yeyəcəm qəhərsiz,
Öz-özündən xəbərsiz,
Sən məni sevəcəksən.

Dəli- dolu bir ürək,
Açacaq çiçək-çiçək,
Mən səni sevdiyim tək,
Sən məni sevəcəksən.
Məni dəli hesab etmə

Məni dəli hesab etmə,
Mən dəlilər dəlisiyəm.
Sən çağırsan məni əgər,
Ölsəm geri dönəsiyəm.

Həyat şirin, həyat acı,
Məryəm oldu eşq möhtacı,
Mən eşqimin taxtı-tacı,
Mən eşqimin köləsiyəm.

Dilin şirin, dilin şəkər,
Yar sevənlər acı çəkər,
Mən öləsi olsam əgər,
Bil səninçün öləsiyəm.

Anama bir şeir yazım

Bir qələm ver, bir də dəftər,
Anama bir şeir yazım.
Bircə şər söz yazammaram,
Nə yazıram xeyir yazım.

Bircə kəlmə şər demədi,
Nə dedisə xeyir dedi.
Sinədəftər anam mənim,
Hər dinəndə şeir dedi.

Oxşamalar, bayatılar,
Bal yerinə süzülürdü,
Ağlımıza həkk olurdu,
Sinəmizə düzülürdü.

Sinədəftər anam mənim,
Saatlarla söz deyərdi.
Hər işində səbirli ol,
Hər ağrıya döz deyərdi.

Gün batanda günəş ilə,
Qızlar evdə batsın gərək,
Bax beləcə arzusuna,
İstəyinə çatsın gərək.

Cehiz kimi aparsınlar,
Ər evinə ismətini.
Qızlar özü yazsın gərək,
Taleyini, qismətini.

Sinədəftər anam mənim,
Belə yazdı nağılların.
Sözü ilə, söhbətiylə,
Kiridərdi ağrıların.


Tanrı sevərəmmi görəsən birdə.

Tanrı sevərəmmi görəsən birdə,
Birdə yanarammı bu oda, Allah.
Qoy mənim üstümdən əskik olmasın
Bu xata, bu bəla, bu qada, Allah.

Dalğalı dəniz mən, aynalı göl mən,
Sevdalı ürək mən, sığallı tel mən.
Ölləm sevilməsəm, sevməsəm ölləm
Yet mənim dadıma, yet dada, Allah.
Məryəməm, istəməm mən belə ömrü
Sən verdin a Tanrım, sən belə ömrü
Neynirəm sevgisi kəm belə ömrü,
Sevgisiz bir ömrü ver bada, Allah.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Qarabağ” ikinci qrupda yer aldıAğstafada bazarda 7 nəfər güllələndi, onlardan 4-ü öldüBakıda Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasına start verilibƏrdoğan Putin və Trampla bir araya gəlirABŞ dövlət katibi İranı ittiham etdiPrezidentlər Soçidə görüşəcəkYeni Zellandiya 7,2 ballıq zəlzələ ilə silkələndiErmənilər cəbhədə təxribatlara davam edirBu gün 32 mindən çox şagird buraxılış imtahanı verirUkrayna dünya çempionu olduVII Muğam müsabiqəsi yekunlaşdı: QALİBLƏRBU GÜN Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi- Elburus Allahverdiyev anım günüdürMikayıl Cabbarov yenidən federasiya prezidenti seçildiTürkiyədə tayfa davası: 6 ölüBakıdan Şarm-əş-Şeyxə birbaşa uçuşlar olacaqSlovakiyanın ilk qadın prezidenti and içdiBakı Konqres Mərkəzində məzun gecəsi keçirildiZakir Həsənov generalları topladı, müharibə mesajı verdiMədət Quliyev: "Heydər Əliyev Azərbaycanı əsarət altına düşməkdən xilas etdi"Mehriban Əliyeva: “Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir”34 saylı məktəbdə "SON ZƏNG"15 İyun - Milli Qurtuluş Günü laçınlılar tərəfindən təntənəli şəkildə qeyd olunmuşdur.Bu qürurverici müstəqillik üçün Heydər Əliyevə borcluyuqDahi liderimizə sevgi məndə uşaq yaşlarımdan başlamisdi!Novruz Məmmədov Tacikistan prezidenti ilə görüşdüAzərbaycanda Milli Qurtuluş GünüdürVətən naminə qayıdışElsevər Əliyev:”ÜMUMMILLI LIDERIMIZIN TARİXİ FƏALIYYƏTI AZƏRBAYCANIN GƏLƏCƏYINƏ HESABLANMIŞ FƏALIYYƏTDIR”.Minlərlə sahibkarın borcu silinibAğcabədi rayon Poladlı kəndində səyyar qəbul-görüş keçirilmişdir.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli məktəblilərin “Son zəng” tədbirində iştirak etmişdirSaleh Səmədov:”Ümummilli liderimizin TARİXİ fəaliyyəti Azərbaycanın gələcəyinə hesablanmış fəaliyyətdir”.Məmmədyarovla Mnatsakanyan Vaşinqtonda görüşəcək – Tarix AÇIQLANDIMilli Məclisdə beynəlxalq konfrans – 7 saat davam edəcəkAvropa Mərkəzi Bankı Rəsulzadənin şəkli olan evro pul nişanı buraxdıTəhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDIAğ Evin mətbuat katibi vəzifəsindən gedirSumqayıtda Muğam Mərkəzinin tikintisi sürətlə aparılırBu gün 81 minə yaxın şagird üçün “son zəng” çalınacaqBirinci vitse-prezident 2 nömrəli Uşaq İncəsənət Məktəbindəki şəraitlə tanış oldu - FOTOLaçınlı tibb işçiləri öz peşə bayramlarını qeyd etdilərQida Təhlükəsizliyi Agentliyinin işçiləri təltif edildi - SƏRƏNCAMHeydər Əliyev Fondu Qarabağ müharibəsi əlili üçün yeni ev tikibSevinc Fətəliyeva: Qazanılan bütün nailiyyətlərin əsasında qurtuluş məfkurəsi, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanırAzərbaycanda 5 km 100 m uzunluqda Dövlət Bayra­ğı hazırlandı"O yerdə ki, sahibkarlıq münasibəti var, ona kommersiya məhkəmlərində baxılacaq"Baş Prokurorluğun mətbuat xidmətinə yeni prokuror təyin edildiAzərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi cənab Aga-Əli Əhmədov Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində vətəndaşları qəbul etmişdir."ASAN-Xidmət", komitə, məhkəmələr... - Bu qurumlarda 103 vakant vəzifə varMilli Məclisdə bu gün növbədənkənar iclas - Gündəlikdə 36 məsələ var - SİYAHI