Dovletxeberleri.Az
» » Bakıda türk filmləri həftəsinin açılışı olub

24-11-2018, 07:46Bakıda türk filmləri həftəsinin açılışı olub

Bakıda türk filmləri həftəsinin açılışı olub
Noyabrın 23-də Nizami Kino Mərkəzində türk filmləri həftəsinin açılışı olub.
Dovletxeberleri.Az” AZƏRTAC-a istinadən xəbər verir ki, film həftəsi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı ilə reallaşıb.

Açılış mərasimində kinorejissor Ayaz Salayev ənənəvi olaraq keçirilən film həftəsinin əhəmiyyətindən söz açıb : “Bu gün türk filmlərinin dünya miqyaslı izləyici auditoriyası var. Bu, bizim üçün sevindirici haldır. Türk filmlərinə baxdıqda, sanki öz filmlərimizə baxırıq. Türkiyə istehsalı olan filmlərin uğurlarını biz öz uğurlarımız hesab edirik”.

Türk filmləri həftəsinin baş əlaqələndiricisi, rejissor Öner Kılıç həftə ərzində baxılacaq ekran əsərləri barədə məlumat verib. Vurğulayıb ki, filmlər beş gün ərzində 9 dəfə izləyicilərə pulsuz təqdim olunacaq. Filmlərin nümayişindən sonra türkiyəli rejissorlarla, filmdə rol almış aktyorlarla izləyicilərin görüşü təşkil ediləcək. Layihə iki ölkə arasında mədəni əlaqələrin kino sahəsi vasitəsilə daha da möhkəmləndirilməsi məqsədi daşıyır.

Qonaqları Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın adından salamlayan Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu film həftəsinin önəmini qeyd edib. Bildirib ki, türk filmləri yalnız Azərbaycanda deyil, digər qardaş türkdilli ölkələrdə də nümayiş olunmalıdır.Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral iki qardaş xalq arasında əsrlər boyu davam edən sarsılmaz dostluq əlaqələrindən söz açıb. “Bu gün Türkiyə ilə Azərbaycan arasında yeni mədəniyyət körpüsü qurulur. Bizi bir-birimizə bağlayan çox səbəblər var, ancaq bunlardan ən önəmlisi könül bağlarıdır. Bizlər bir millət, iki dövlət olaraq, bir-birimizi hər sahədə tanımalı, yaxınlaşmalıyıq, bunun üçün mədəniyyətlərimizi qarşılıqlı surətdə təbliğ etməliyik”.

Tədbirdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib: “Biz qardaş ölkə Türkiyə ilə mədəniyyət sahəsindəki əməkdaşlığımızdan məmnunuq. Bu sahədə strateji konsepsiyamız olmasa da, bunun yaxın gələcəkdə reallaşdırılması üçün çalışmalıyıq”.

Sonra türkiyəli rejissor Mehmet Günün “Güllər” filmi nümayiş olunub.

Noyabrın 27-dək davam edəcək türk filmləri həftəsi çərçivəsində “Güllər”, “Səni sevirəm, adamım”, “Can fəda”, “Hay” və “Anons” filmləri nümayiş ediləcək.
Bakıda türk filmləri həftəsinin açılışı olub
Bakıda türk filmləri həftəsinin açılışı olub
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Tanınmış prodüsser-rejissor Minarə Əskərova beyin əmməliyatı olunmalıdırSahil Babayevə daha bir səlahiyyət verildi - Baş nazirdən sərəncamRövşən Rzayev məcburi köçkünlərlə görüşdüAnkarada Azərbaycan-Türkiyə 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir - FOTOLARKonstitusiya Məhkəməsi Ali Məhkəmənin daha bir qərarını ləğv ETDİQənirə Paşayeva Türkiyədə özəl ödülə layiq görülübAMEA-nın Rəyasət Heyəti toplandı - Yeni təyinatlar“Milan” klubu cəzalandırıldıİlham Əliyev və Birinci xanım Tahir Salahovun 90 illik yubiley sərgisində - FOTOLARXələf Xələfov yeni vəzifədə nə iş görəcək?Prezident rektorlarla bağlı fərman imzaladıSumqayıt şəhərində Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib - FOTOLAR.VİDEOKənd Təsərrüfatı Nazirliyi ilə bağlı YENİ FƏRMANNazir struktur islahatı apardı - Bakıda TSEK-lərin sayı azaldıldıAzərbaycanda yeni qurum yaradıldıBərdə rayonunun Təhlə məcburi köçkün qəsəbəsində laçınlı məcburi köçkünlərlə görüş-səyyar qəbul keçirilmişdir.“Qaçqınkom”un sədri Şüvəlandakı köçkünlərlə görüşübBaş nazir Maliyyə Sabitliyi Şurasının iclasını keçirdi"Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri bu gün ən yüksək səviyyədədir"Dövlət qurumunun normativ aktları ilə bağlı qaydalar təsdiqləndiИдеи Гейдара Алиева будут жить, пока существует АзербайджанErmənstan atəşkəsi 26 dəfə pozduABŞ-ın Azərbaycandakı yeni səfiri təsdiqləndi"Qarabağ" son oyunda "Arsenal"a məğlub olduBakıdakı lift qəzasına görə daha bir nəfər həbs edildiNovruz Məmmədov sosial müdafiə ilə bağlı qərarlarda dəyişiklik etdiRəşad Məciddən maraqlı AÇIQLAMA: “Qələmsizlər...”Texniki Universitetin 15 tələbəsinin təhsilhaqqını Gənclər Fondu ödəyəcək - SİYAHIİlham Əliyev: “2019-cu ilin Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə yeni impuls verəcəyinə ümid edirik”Xanım prezidentin andiçməsinə 1800 qonaq qatılacaqSəbailin icra başçısı köhnə müavini işdən azad etdi, yenisini gətirdi - TƏYİNATİlham Əliyev Xələf Xələfovu İŞDƏN ÇIXARTDITamerlan Qarayev Azərbaycanın Litvada səfiri təyin edilibXətai rayonunun icra başçısı işdən çıxarılıbBankların dollarla kredit verməsi məhdudlaşdırıldı – 3 halda veriləcəkÖzəl klinikalarda şok qanunsuzluq - Nazirlik açıqladı: 231 milyon manat gizlədilibİlham Əliyev Ərdoğana başsağlığı verdi"2018 Hərəkatı” ulu öndər Heydər Əliyevin xatirəsini anıb - FOTOLARDaha 1509 şəhid ailəsinə birdəfəlik ödəmə veriləcəkErmənistan rəsmisi Bakıya gəlirAzərbaycanda dollar kreditlərinin verilmə qaydası DƏYİŞDİLavrov bu gün Bakıya gəlirAzərbaycanda AES tikilə bilərBu gün hava necə olacaq?Günün qoroskopu: ailədə problemlər yaranacaq...Düşmən bölmələrimizi ATƏŞƏ TUTDU“Azərbaycan Dəmir Yolları” QSC-yə səlahiyət verildi - Baş nazirdən qərarManat günə bu MƏZƏNNƏ ilə başladıƏli Həsənov: Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaq"Paşinyan ətraf rayonları qaytaracaq, Qarabağa iki dəhliz və aralıq status əldə edəcək..." - Rus politoloq