Dovletxeberleri.Az
» » Cənazə namazında peyğəmbəri görüb...

20-01-2017, 09:29Cənazə namazında peyğəmbəri görüb...

Cənazə namazında peyğəmbəri görüb...

(“Qənirə Paşayeva ilə addım-addım Konya”)

Əvvəli burada

DƏRVİŞ KİMİ YAŞAR,

PADŞAH KİMİ UYUYARAM!..

Konyada göz önündə olanlardan çox abidələşib tarixə gömülənlərin xatirəsi çəkir adamı. Alaəddin türbəsinin özündə ehtiva etdiyi tarix atdığım hər qədəmdə “mənə dön, ruhumu oyat” səslənişi edirdi. Böyük şairəmiz Məhsəti xanımın rübaisindən deyimlər keçir yaddaşımdan: “Küzə dilə gəlib dedi ki, mən də sənin kimi idim, bu günə qaldım...” Konya tarixinin qızıl səhifələrində yer almış bir çox tarixi şəxsiyyətlərin ruhu Alaəddin camisində bir arada uyuyur. Xəyal məni yenə Mövlanə, Şəms, Konəvi böyüklüyünün iç dünyasına çəkir. Bu cami önündə dayanıb da Şəms, Mövlanə, Konəvi düşüncəsinin dərkinə varmamaq mümkün deyil. “Dərviş kimi yaşar, padşahlar kimi uyuyaram...” - bunu Mövlanə həzrətləri vəsiyyət olaraq buyurub. Konəvi isə bir başqa tərzdə, ancaq eyni əxlaq ucalığıyla ifadə edib münasibətini: “Padşahlar kimi yaşar, dərviş kimi uyuyaram...” Hər iki halda ruhun əbədi paklığına sığınır bu dahi şəxsiyyətlər. Biri o birini təkzib etmir. Sadəcə olaraq, eyni müstəvinin fərqli tərəflərindən bəhs edirlər.

Alaəeddin təpəsi və camisi önündə dayanıb bu eyni anlamlı, fərqli biçimli deyimləri dönə-dönə xəyal edirəm... Bu təpənin lap əlyetərində II Kılınc Arslan köşkü yer alıb. İncə minarə mədrəsəsi sol üzdədir. Kültür parkı, kitabxana, Ağ cami də buralara yaxındır... Qaratay Mədrəsəsi, Sakahani Xızır İlyas məscidi, Tarixi Dədə Bağçası, Hacı Veyiszadə camisi və külliyyəsi, Tacül Vəzir türbəsi, Fatma Hatun Ferhudə Süt təkkəsi, Yazarlar Birliyi Evi, Səlimiyə çörəkxanası, Alqav zaviyəsi və Mahmudiyyə mədrəsəsi bir aradadır. Zindanqala bir az aşağıda, solda yer alıb. Hacı Veyiszadə camisindən bir az solda Konya Böyük Şəhər Bələdiyyəsi qərar tutub. Buradan Xalçaçı camisinə keçən yol İstanbula aparır. Necə ki, Hacı Həsən camisindən sol tərəfə aparan yol Kazım Qarabəkir camisi istiqamətində Tarixi Meram Körpüsünə aparır. Konya Böyük Şəhər Bələdiyyəsinin sol səmtindən az məsafə var ki, Bəyşəhər, Xoca Cihan, Quruçeşmə və Qızılörən sarayları səmtinə yetə biləsən. Alaeddin təpəsinin və camisinin sağ çevrəsini Qazi Mustafa Kamal ilk öyrətim məktəbi, Mərkəzi Bank, Sənaye məktəbi, Şərafəddin camisi, İplikçi cami, Ziyarət Bankı, Konya valiliyi, Əski Osmanlı Bankı, Şəms camisi, Zənburi məscidi qapayır. Xınaçı məscidi, Əmir İshaak bəy, Səyfəddin Qarasüngür türbələri, Kiçik Qaratay mədrəsələri də bu səmtdədir. Yan tərəfində də Qız məktəbi. Dönüb bir də yenidən baxıram; Tacül Vəzir, Piri Məhməd, Kadı Mürsel, Kanı, Səlimiyyə, Cıvıloğlu, Senhevan, Ahu Baba Kadılar, Kürkçü, Abdulazaz, Asri camilərini ehtiramla ziyarət etdimmi? Etdim! Tarixi Dədə Bağçasını seyr etdimmi? - etdim... Yusufağa kitabxanasına baş çəkdimmi? Ayrı cür ola bilərmi? Balıqlı, Fuar, Buğday Bizarı, Məhməd Ağa, Devri Cedid çeşmələrinin dupduru, abi-kövsər suyundan içdimmi? - içdim...

İxtiyarəddin, Qaraeli, Çuxur Məhəllə, Sarı Çimilli, Nuh Əfəndi, Həsən Əfəndi, Hacı Veys camilərini göz, könül, düşüncə yaddaşıma köçürdümmü? – köçürdüm.

Bütün bunlar öz tarixi məqamında unudulmaz, doyulmaz və əzizdir. Ancaq Sədrəddin Konəvi Camisi və türbəsinin yaddaşımda oyatdığı unudulmaz duyğunu ayrıca qeyd etməyə bilmirəm...

BU O SƏDRƏDDİN KONƏVİDİR Kİ...

Ömrünün son anlarına qədər Mövlanə həzrətlərinin qəlbi bu mömin şəxsiyyətə qarşı səmimi bir məhəbbət hissi ilə dopdolu olmuşdu! Mövlanənin ən ağır durumlu vaxtlarında ona Allahdan sağlamlıq təmənnası umanların ilki, birincisi Sədrəddin Konəvi idi. Mövlanənin son nəfəsində göz yaşı tökənlərə məhz Sədrəddin Konəvi səslənmişdi: “Nurun Nura qovuşmasını, Ona yetməsini istəmirsinizmi?!”

Çələbi Husaməddin Həzrəti Mövlanənin vəfatına yaxın ondan sormuşdu ki, cənazə namazını kimin qılmasını istərdiniz...“

“Şeyx Sədrəddin hamısından evladır”, - söyləmişdi Mövlanə.

Mövlanənin vəsiyyəti üzrə bu özəl lütf Sədrəddin Konəvi həzrətlərinə nəsib olmuşdu. Vaxt yetdi, zaman çatdı. Konəvi cənazə namazına başlamaq üçün irəli yeridi... Bir-iki qədəm atdı və... hıçqıraraq özündən getdi. Gecdən-gec toparlandı, vəsiyyəti yerinə yetirdi. Rəvayətə görə o məqamda huşunu itirməsinin səbəbi cənazə namazında önündə mələklərin sıraya düzülməyi, məxsusi olaraq Həzrəti Peyğəmbəri görməsi olmuşdu. Digər bir rəvayətə görə isə Həzrəti Mövlanənin cənazə namazı zamanı Sədrəddin Konevi huşunu itirdiyindən onun əvəzinə Mövlanənin cənazə namazını Kadı Siracəddin qılmışdır. İmam Əbu Hənifənin buyurduğu kimi, saleh, alim və arif insanların yad edildiyi yerə rəhmət və bərəkət enər. Bu ölümsüz düşüncələrlə baş-başa ziyarət edirəm Sədrəddin Konəvi Camisini. Nəcdəddin bəy Anadolu Səlcuqluları dövləti xidmətində olmuş, bir neçə dəfə diplomat olaraq Bağdada getmiş, Mosul və Cizrədə tanınmış elm və din xadimləri ilə ünsiyyətdə olmuşdur. Belə bir şəxsiyyətin tərbiyəsini almış Konəvi uzun müddət Şamda yaşayan xocası İbn əl-Ərəbinin yanında qalmış, onun yetişdirdiyi ən tanınmış tələbələrindən olmuşdur. 1274-cü ildə vəfat etdikdən sonra vəsiyyətinə görə bugünkü türbəsi yapdırılmışdır. Manzumə içərisində zaviyə, məscid, kitabxana, türbə, çeşmə və şadırvan yer alıb. Mənbələrə görə bu məkanı Sədrəddin Konəviyə xəstə bir uşağı sağalda bildiyi üçün Səlcuqlu dövlət xadimi Xoca Cihan bağışlayıb. Bilirəm ki, Konyada Səlcuqlu kitabxanalarının ən önəmlisi 1274-cü ildə Daş qalanın Çeşmə Qapısı yaxınlığında qurulan Şeyx Sədrəddin Konəvi kitabxanası olub. Özündən və babasından qalan kitablar bu məqamda bir araya gətirilib. Sədrəddin Konəvinin babası Malatyalı

Xoca Fakih türbəsi və məscidi isə Konyada şəkər fabrikinin arxa qapısının qarşısında, əski Bəyşəhər yolu ilə Meram-Yaka yolunun ayrıldığı yerdə qərarlaşıb.

Mənbələr qeyd edir ki, Xoca Fakih Əhməd Mövlanənin babası Bahaəddin Vələdin həm tələbəsi, həm də müridlərindən biri olub və onun haqqında bilgi verən Hacı Bektaşi Vəlinin “Vilayətnamə”sində də bu barədə qeydlər var. Bektaşiyə görə Əhməd Fakih Emir Cem Sultanın xəlifəsidir. Konyada uyuyan övliyalar haqqında o qədər tarixi məxəzlər, bilgi və qaynaqlar var ki! “Konyada haqlarında bilgi bulunan-bulunmayan yüzlərcə elm adamı olan Vəli və Nəbiyi bağrında barındıran üç mərkəz qəzadan birisi Meramdır”.

Bu kutsal məkanla bağlı olan tarixi şəxsiyyətlərin təkcə adlarını sayası olsaq gərək cild-cild kitablar bağlayaq. Türbəsi Meram təpəsi yamaclarındakı yaşıllıqlar və Qaramanoğlu dönəmi tarixi abidələri arasında yer tutan Tavus Baba (Hatəmi Dədə) haqqında ayrıca bəhs edimmi? Nə yazıqlar ki, zaviyəsinin dəqiq yerini göstərməyimiz imkansızdı... Müridi Pirəvi Sultan sağ olaydı kaş! Halıncı Baba, Şeyx Osman Rumi, Həsən Dumi sağ olaydı kaş! Bu unudulmaz, dadlı nağılı yenidən, birər-birər dilə gətirəydilər, söyləyəydilər yerli-yataqlı: “Sultan Əhməd Yəsəvinin ağacdan bir qılıncı vardı. Gətirib hörmətlə Hacı Bektaşi Vəlinin belinə qurşadı. Və sonra ocaqda yanan tut ağacının bir budağını götürüb qovzayaraq Anadoluya doğru tulladı. “Rumda bunu tutarlar” dedi. O yanan budağı Konyada Sultan Xoca Fakih əl atıb tutdu və hücrəsinin önünə sancdı. O yanan tut budağı Allahın qüdrətindən göyərdi, bitdi, bar gətirdi”.

Bütün tarixi abidələr mübarək bir zatın mübarək əlləriylə dünəndən bu günə ünvanladığı o yanan, od tutan tut budağı kimidir. Həmişə müqəddəs məkanlara doğru ox kimi süzür. Gərəkdir ki, onu saxlaya bilən pak əlin ola, hücrənin qapısına saf niyyətlə sanca və göyərdə biləsən. Göyərdə bildinsə tarixinin barını gətirəcək, nəslin, nəcabətin, millətin barınacaq, sahib çıxacaq bu ömür ağacına... Kiçik Qaratay Məscidi belə səsləniş edir öz tarixi yaşantılarıyla... Məcidiyyə caminin minarəsindən yüksələn azan səsi bu həqiqəti anlatmaqdadır! Sahib Ata türbəsinin naxışları eyni düşüncəni daşıyır. Ərdənşah, Kömürçülər, Nuriyə və Sarı Cimili camilərində zikr edilən dualar belə qoxuyur...

SU GƏLƏN ARXA SU BİR DƏ GƏLƏR

Konya 1097-ci illərdə Səlcuqluların baş şəhəri olaraq tanındı, yüksəliş dövrünü yaşadı. XII-XV əsrlərin siyasi qovğaları sonucunda dövlət mərkəzi olmaq durumuna son qoyuldu, əvvəlki qüdrətini itirdi. Ancaq qos-qoca tarixi zaman-zaman Meramın ən ünlü əfsanələrinin mövzusu olan Qızlar qayası kimi ərdəmli, Daş Məscid kimi kutsal, Meram çayı qədər şəffaf qaldı. Yenə də müsafirləri sım-sıx gəlir. Yetər ki, Övliya Çələbinin məhrəm, doğmadan-doğma nəzərləriylə baxa biləsən, Şəms Təbrizi, Həzrəti Mövlanə, Sədrəddin Konəvi əxlaqıyla ziyarət edəsən. O da eyni doğmalıqla gəlişinə könül aça, “bəri gəl!” deyə:

Beri gel, daha beri, daha beri...

...Sen bensin işte, ben senim işte!

Şair Mühlisə məxsus olan sözlərdi; Mövlanə muzeyindəki bir lövhə üzərində həkk olunub. Ən doğru olanı budu. Fərmanı daşa təsir edənlərin izi əbədiyyət səhifəsinə düşər. Konya bir əbədiyyət səhifəsidi – onu ruhən, tam mənasıyla, anlamıyla yaşaya bilənlər üçün!.. Yenə də Mövlanə həzrətlərinin ruhunca səslənməkdədi: “Eğer dâima cennette olmak istersen, herkesle dost ol, hiç kimsenin kinini yüreğinde tutma! Fazla bir şey isteme ve hiç kimseden de fazla olma! Merhem ve mum gibi ol, iğne gibi olma. Eğer hiç kimseden sana fenalık gelmesini istemezsen fena söyleyici, fena öğretici, fena düşünceli olma! Çünkü bir adamı dostlukla anarsan, daima sevinç içinde olursun, iste o sevinç Cennetin tâ kendisidir. Eğer bir kimseyi düşmanlıkla anarsan, dâima üzüntü içinde olursun, işte bu gam da Cehennemin tâ kendisidir. Dostlarını andığın vakit içinin bahçesi, çiçeklenir, gül ve fesleğenlerle dolar. Düşmanları andığın vakit, için dikenler ve yılanlarla dolar, canın sıkılır, içine pejmürdelik gelir. Bütün peygamberler ve velîler, böyle yaptılar, içlerindeki karakteri dışarı vurdular. Halk onların bu güzel huyuna mağlup olup tutuldu, hepsi gönül hoşluğu ile onların ümmeti ve müridi oldular”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Prezidentdən baş nazirə ciddi tapşırıq. Gənclər üçünAzərbaycanda gələn il inflasiya neçə faiz olacaq?Bazar günü Bakıya yağış yağacaqHeydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalandıParlament bu MƏSƏLƏLƏRİ müzakirəyə çıxaracaqƏhalinin özünüməşğulluğunun təmin edilməsi üçün davamlı tədbirlər görülürYeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib.Niyə bizə zootexnik, baytar, aqronom lazım deyil? - Gələcəyin faydalı ixtisasları barədə nə bilirsiniz…Qlobal Jurnalistlər Şurasının Bakı Bəyannaməsi - Dünya jurnalistlərinə Qarabağla bağlı MÜRACİƏTƏli Əhmədov Dövlət Müstəqilliyi Gününə belə qiymət verdiVilayət Eyvazov iki rayona rəis təyin etdiPrezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilərAzərbaycan bu təşkilata üzv qəbul edildiLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiTürkdilli dövlətlərin prezidentləri bu gün bir araya gələcək - Bakıda Zirvə GörüşüErmənilər cəbhədə pulemyotları işə saldılarLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Bərdə rayonunda keçirilmişdir.YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri ilə görüşübƏrdoğan Bakıda belə qarşılandı - FOTOLARAkademik Vasim Məmmədəliyev vəfat edibTürkdilli ölkələrin prezidentləri Bakıya toplaşırNazirlik təftiş etdi: 1068 vətəndaşa təyin edilən sosial yardım dayandırıldıAzərbaycan millisi hesabda geri düşdü - YENİLƏNİBAzərbaycanda köhnə maşınlar yığışdırılacaq - Qərar qüvvəyə minirPrezident ailəsinin istirahətdən səmimi - FOTOLARIPrezident şahmatçı Aydın Süleymanlını təbrik etdiCeyhun Bayramov yeni şöbə müdiri təyin etdiZakir Qaralov Gəncə şəhərinə yeni prokuror TƏYİN ETDİYeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilib“İlham Əliyev Paşinyanı yerində oturtdu” – Sevinc FətəliyevaMəmməd Məmmədov dünya çempionu olduGəncənin prokuroru daha yüksək vəzifəyə gətirildiSəyyar həkim briqadasının yerlərdə məcburi köçkünlərə tibbi xidməti göstərməsi sakinlər tərəfindən böyük razılıqla qarşılanmışdır.Müdafiə naziri əmr etdi: “Düşmənin snayper və PUA-larının qarşısı sərt şəkildə alınsın”İlham Əliyev Paşinyanı tarixi faktlarla susdurdu - YENİLƏNİBLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Xətai rayonunda keçirilmişdirDekabrda əfv olacaq? – Komissiya üzvündən AÇIQLAMAƏflatun Amaşov XVI Cənubi Qafqaz media konfransında iştirak edibLeyla Əliyeva Füzuli küçəsi boyunca salınan Mərkəzi ParkdaSumqayıtda keçirilən Mədəniyyət festivalından Fotolor“Məcburi köçkünlər ölkə başçısının siyasətinə arxalanırlar” – Bəxtiyar Əliyev“İlin sonuna qədər köçkünlər üçün 3700-ə yaxın mənzil təhvil veriləcək”UNEC-də əmək haqları artırıldı“Bizim cəmiyyətimizdə qeyri-bərabərlik, təbəqələşmə, kasıblar olmamalıdır” - PrezidentLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiNazirlik xüsusi şərtlərlə pensiya təyinatını da avtomatlaşdırırƏrdoğanla Trampın görüşəcəyi TARİX bəlli olduRövşən Rzayev köçkünləri qəbul etdiSumqayıtda təkəlduz ustası, I qrup əlili ziyarət ediblər-VİDEOPrezident İlham Əliyev Əli Əsədovun Azərbaycanın Baş naziri təyin edilməsi haqqında Sərəncam imzalayıb