Dovletxeberleri.Az
» » Naxçıvan Dövlət Universitetində görkəmli dövlət xadimi Əziz Əliyevin 120 illik yubileyi qeyd olunub

19-01-2017, 10:13Naxçıvan Dövlət Universitetində görkəmli dövlət xadimi Əziz Əliyevin 120 illik yubileyi qeyd olunub

Naxçıvan Dövlət Universitetində görkəmli dövlət xadimi Əziz Əliyevin 120 illik yubileyi qeyd olunub

Xeberpress.az xəbər verir ki, Naxçıvan Dövlət Universitetində görkəmli dövlət xadimi Əziz Əliyevin 120 illik yubileyi qeyd olunub

Naxçıvan Dövlət Universitetində (NDU) görkəmli dövlət xadimi, əməkdar həkim, tibb elmləri doktoru, professor Əziz Əliyevin 120 illik yubileyi münasibətilə “Görkəmli ictimai və elm xadimi Əziz Əliyev: həyat və fəaliyyəti” mövzusunda elmi konfrans keçirilib. NDU-nun beynəlxalq münasibətlər fakültəsinin akt zalında keçirilən konfransda Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşları və Naxçıvan şəhərindəki tibb müəssisələrinin baş həkimləri, Naxçıvan Dövlət Universitetinin tibb fakültəsinin müəllim və tələbələri, eləcə də “Naxçıvan” Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Tibb Kollecinin müəllim və tələbə heyəti iştirak edib.

NDU-nun rektoru Saleh Məhərrəmov Azərbaycan səhiyyəsində xüsusi yeri olan Əziz Əliyevin həyat və fəaliyyəti barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il noyabrın 18-də imzaladığı Sərəncam alimin dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə yanaşı, respublikada səhiyyə sisteminin inkişafı istiqamətindəki fəaliyyətinə verilən yüksək qiymətdir. Görkəmli alimin yubileyi ilə əlaqədar muxtar respublikada tədbirlər planı təsdiq edilərək icra olunur.

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov bildirib ki, Əziz Əliyev İkinci Dünya müharibəsi illərində Azərbaycanda səhiyyənin təşkili məsələsinə xüsusi diqqət yetirib. Qeyd olunub ki, Əziz Əliyev müxtəlif məsul vəzifələrdə çalışaraq dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyət göstərib, respublikada səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasına layiqli töhfələr verib. Nazir görkəmli dövlət xadiminin Azərbaycan səhiyyəsinə verdiyi töhfələrdən ətraflı danışıb.

Konfransda Naxçıvan Müəllimlər İnstitutunun rektoru Oruc Həsənli, “Naxçıvan” Universitetinin prorektoru İbrahim Kazımbəyli və Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının baş həkimi Rəhim Rəhimov görkəmli ictimai və elm xadimi Əziz Əliyevin zəngin ömür yolundan və fəaliyyətindən söhbət açıblar. Vurğulanıb ki, Azərbaycan və Dağıstan xalqları arasında dostluq, qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsində Əziz Əliyevin əvəzsiz xidmətləri olub.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Prezidentdən baş nazirə ciddi tapşırıq. Gənclər üçünAzərbaycanda gələn il inflasiya neçə faiz olacaq?Bazar günü Bakıya yağış yağacaqHeydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalandıParlament bu MƏSƏLƏLƏRİ müzakirəyə çıxaracaqƏhalinin özünüməşğulluğunun təmin edilməsi üçün davamlı tədbirlər görülürYeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib.Niyə bizə zootexnik, baytar, aqronom lazım deyil? - Gələcəyin faydalı ixtisasları barədə nə bilirsiniz…Qlobal Jurnalistlər Şurasının Bakı Bəyannaməsi - Dünya jurnalistlərinə Qarabağla bağlı MÜRACİƏTƏli Əhmədov Dövlət Müstəqilliyi Gününə belə qiymət verdiVilayət Eyvazov iki rayona rəis təyin etdiPrezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilərAzərbaycan bu təşkilata üzv qəbul edildiLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiTürkdilli dövlətlərin prezidentləri bu gün bir araya gələcək - Bakıda Zirvə GörüşüErmənilər cəbhədə pulemyotları işə saldılarLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Bərdə rayonunda keçirilmişdir.YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri ilə görüşübƏrdoğan Bakıda belə qarşılandı - FOTOLARAkademik Vasim Məmmədəliyev vəfat edibTürkdilli ölkələrin prezidentləri Bakıya toplaşırNazirlik təftiş etdi: 1068 vətəndaşa təyin edilən sosial yardım dayandırıldıAzərbaycan millisi hesabda geri düşdü - YENİLƏNİBAzərbaycanda köhnə maşınlar yığışdırılacaq - Qərar qüvvəyə minirPrezident ailəsinin istirahətdən səmimi - FOTOLARIPrezident şahmatçı Aydın Süleymanlını təbrik etdiCeyhun Bayramov yeni şöbə müdiri təyin etdiZakir Qaralov Gəncə şəhərinə yeni prokuror TƏYİN ETDİYeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilib“İlham Əliyev Paşinyanı yerində oturtdu” – Sevinc FətəliyevaMəmməd Məmmədov dünya çempionu olduGəncənin prokuroru daha yüksək vəzifəyə gətirildiSəyyar həkim briqadasının yerlərdə məcburi köçkünlərə tibbi xidməti göstərməsi sakinlər tərəfindən böyük razılıqla qarşılanmışdır.Müdafiə naziri əmr etdi: “Düşmənin snayper və PUA-larının qarşısı sərt şəkildə alınsın”İlham Əliyev Paşinyanı tarixi faktlarla susdurdu - YENİLƏNİBLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Xətai rayonunda keçirilmişdirDekabrda əfv olacaq? – Komissiya üzvündən AÇIQLAMAƏflatun Amaşov XVI Cənubi Qafqaz media konfransında iştirak edibLeyla Əliyeva Füzuli küçəsi boyunca salınan Mərkəzi ParkdaSumqayıtda keçirilən Mədəniyyət festivalından Fotolor“Məcburi köçkünlər ölkə başçısının siyasətinə arxalanırlar” – Bəxtiyar Əliyev“İlin sonuna qədər köçkünlər üçün 3700-ə yaxın mənzil təhvil veriləcək”UNEC-də əmək haqları artırıldı“Bizim cəmiyyətimizdə qeyri-bərabərlik, təbəqələşmə, kasıblar olmamalıdır” - PrezidentLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiNazirlik xüsusi şərtlərlə pensiya təyinatını da avtomatlaşdırırƏrdoğanla Trampın görüşəcəyi TARİX bəlli olduRövşən Rzayev köçkünləri qəbul etdiSumqayıtda təkəlduz ustası, I qrup əlili ziyarət ediblər-VİDEOPrezident İlham Əliyev Əli Əsədovun Azərbaycanın Baş naziri təyin edilməsi haqqında Sərəncam imzalayıb