Dovletxeberleri.Az
» » Azərbaycanda qeyri-adi qala: kimsə onun içərisinə daxil ola bilmir

13-11-2016, 20:13Azərbaycanda qeyri-adi qala: kimsə onun içərisinə daxil ola bilmir

 Azərbaycanda qeyri-adi qala: kimsə onun içərisinə daxil ola bilmir

Tarixən bir çox xalqlar yadellilərin hücumundan qorunmaq üçün yaşadıqları ərazinin ətrafına sədd çəkib. Azərbaycanın müxtəlif bölgələrində də müdafiə məqsədilə tikilmiş sədlərə - istehkam qalalarına və ya onların qalıqlarına rast gəlmək olar.

Sputnik.az bildirir ki, ki, bunlardan biri də Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndinin şimal-qərb hissəsində yerləşən Pəri qalasıdır. Tarixçi Məhəmməd Hacıəhmədovun sözlərinə görə, qala haqqında çoxlu rəvayətlər söylənilir. Belə rəvayətlərdən birində deyilir ki, Pəri qalası IV-V əsrlərə aid bir qaladır - Sasanilər dövründə inşa olunub.

Respublikamızın ərazisində, yüksək yerlərdə qalalar çoxdur. Pəri qalasının orijinallığı, özünəməxsus cəhəti ondan ibarətdir ki, digər qalalardan fərqli olaraq onu oyub dağın içərisinə tikiblər. Digər qalalar memarlar tərəfindən tikilib, amma Pəri qalası dağın içində oyulub.

Qalanın içində üç otaq yerləşir. Qala nə qədər möhtəşəm olsa da, oraya aparan yol-cığır elə vəziyyətdədir ki, qalanın içərisinə girmək qeyri-mümkündür.

"Vaxtilə gənclər bu qalanın içinə girməyi bacarmışdılar. Bu qalaya girdiklərini bildirmək üçün nişanə olaraq qaladan bayraq və ağ paltar asırdılar. Qalanın içində pilləkən var idi, amma sonradan o pilləkən uçub dağılıb", - deyir M.Hacıəhmədov.

Onun sözlərinə görə, bəzi tarixçilər qalanın XII-XIII əsrlərdə, Əmir Teymur dönəmində inşa olunduğunu qeyd edirlər: "Elə Çardaxlar kəndinin adı da bu qalanın adı ilə bağlıdır. "Çartak"-yəni "qaya üzərində od məbədi" deməkdir. Digər bir rəvayətə görə isə bu qalada Pəri adlı qız yadelli işğalçılardan qaçıb gizlənib. Sonra da yadelli işğalçıların əlinə keçməmək üçün özünü bu qaladan atıb. Ondan sonra bu qalanın adını Pəri qalası deyiblər".

"Bəzi məlumatlara görə, bu qalaya qamış borularla su və ya süd arxı çəkiblər. Hətta bu hekayə Nizami Gəncəvinin "Fərhad və Şirin" poemasının motivlərini xatırladır. Hələ Sovet dövründə, 1980-ci illərdə Pəri qalasının altında Nizami Gəncəvinin yubileyi qeyd olunmuşdu. Amma bu məlumatın dəqiq olub-olmaması şübhə altındadır. Çünki hələ də bu qala tarixçilər tərəfindən yaxşı tədqiq olunmayıb. Deyilənlərə görə, bu qalanın altında bir qəbir də olub, amma sonradan həmin qəbir sökülüb. Hətta qalanın içərisində qızıl da olduğu söylənilir", - tarixçi bildirir.

Qeyd edək ki, Azərbaycanın şimal-qərb bölgəsi turistlərin daha çox axın etdiyi məkandır. Belə bir abidə turizmə xüsusi önəm verən hansısa başqa bir ölkədə olsaydı, daha çox turist cəlb edərdilər. Uzaq keçmişin yadigarı olan bu abidələr xalqımızın tarixini, mədəniyyətini öyrənmək baxımından dəyərli mənbələrdir. Onları sevə-sevə qoruyub saxlamaq, təbliğ etmək, gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur!
Baxılıb 5 460
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Prezidentdən baş nazirə ciddi tapşırıq. Gənclər üçünAzərbaycanda gələn il inflasiya neçə faiz olacaq?Bazar günü Bakıya yağış yağacaqHeydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalandıParlament bu MƏSƏLƏLƏRİ müzakirəyə çıxaracaqƏhalinin özünüməşğulluğunun təmin edilməsi üçün davamlı tədbirlər görülürYeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib.Niyə bizə zootexnik, baytar, aqronom lazım deyil? - Gələcəyin faydalı ixtisasları barədə nə bilirsiniz…Qlobal Jurnalistlər Şurasının Bakı Bəyannaməsi - Dünya jurnalistlərinə Qarabağla bağlı MÜRACİƏTƏli Əhmədov Dövlət Müstəqilliyi Gününə belə qiymət verdiVilayət Eyvazov iki rayona rəis təyin etdiPrezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilərAzərbaycan bu təşkilata üzv qəbul edildiLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiTürkdilli dövlətlərin prezidentləri bu gün bir araya gələcək - Bakıda Zirvə GörüşüErmənilər cəbhədə pulemyotları işə saldılarLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Bərdə rayonunda keçirilmişdir.YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri ilə görüşübƏrdoğan Bakıda belə qarşılandı - FOTOLARAkademik Vasim Məmmədəliyev vəfat edibTürkdilli ölkələrin prezidentləri Bakıya toplaşırNazirlik təftiş etdi: 1068 vətəndaşa təyin edilən sosial yardım dayandırıldıAzərbaycan millisi hesabda geri düşdü - YENİLƏNİBAzərbaycanda köhnə maşınlar yığışdırılacaq - Qərar qüvvəyə minirPrezident ailəsinin istirahətdən səmimi - FOTOLARIPrezident şahmatçı Aydın Süleymanlını təbrik etdiCeyhun Bayramov yeni şöbə müdiri təyin etdiZakir Qaralov Gəncə şəhərinə yeni prokuror TƏYİN ETDİYeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilib“İlham Əliyev Paşinyanı yerində oturtdu” – Sevinc FətəliyevaMəmməd Məmmədov dünya çempionu olduGəncənin prokuroru daha yüksək vəzifəyə gətirildiSəyyar həkim briqadasının yerlərdə məcburi köçkünlərə tibbi xidməti göstərməsi sakinlər tərəfindən böyük razılıqla qarşılanmışdır.Müdafiə naziri əmr etdi: “Düşmənin snayper və PUA-larının qarşısı sərt şəkildə alınsın”İlham Əliyev Paşinyanı tarixi faktlarla susdurdu - YENİLƏNİBLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Xətai rayonunda keçirilmişdirDekabrda əfv olacaq? – Komissiya üzvündən AÇIQLAMAƏflatun Amaşov XVI Cənubi Qafqaz media konfransında iştirak edibLeyla Əliyeva Füzuli küçəsi boyunca salınan Mərkəzi ParkdaSumqayıtda keçirilən Mədəniyyət festivalından Fotolor“Məcburi köçkünlər ölkə başçısının siyasətinə arxalanırlar” – Bəxtiyar Əliyev“İlin sonuna qədər köçkünlər üçün 3700-ə yaxın mənzil təhvil veriləcək”UNEC-də əmək haqları artırıldı“Bizim cəmiyyətimizdə qeyri-bərabərlik, təbəqələşmə, kasıblar olmamalıdır” - PrezidentLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiNazirlik xüsusi şərtlərlə pensiya təyinatını da avtomatlaşdırırƏrdoğanla Trampın görüşəcəyi TARİX bəlli olduRövşən Rzayev köçkünləri qəbul etdiSumqayıtda təkəlduz ustası, I qrup əlili ziyarət ediblər-VİDEOPrezident İlham Əliyev Əli Əsədovun Azərbaycanın Baş naziri təyin edilməsi haqqında Sərəncam imzalayıb