Dovletxeberleri.Az
» » Ana öz oğlunu niyə tilsimə saldı? – Maraqlı

5-05-2017, 23:21Ana öz oğlunu niyə tilsimə saldı? – Maraqlı

Ana öz oğlunu niyə tilsimə saldı? – Maraqlı

Bu gün Vasiflə rastlaşdım (ad şərtidir). Köhnə tələbəlik xatirələrimizi yada salıb xeyli gülüşdük. Onunla həm qrup yoldaşı, həm yerli, həm otaq yoldaşı, həm də yaxın dost idik (indi də dostuq) Onunla aramızda bir xatirəmiz var ki, heç vaxt unuda bilmirəm. Hər yadıma düşəndə həm gülürəm, həm də heyrətlənrəm. İstəyirəm həmin xatirəni oxucularımla bölüşüm ki, onlar da həm gülsünlər, həm də düşünsünlər.

Deməli, vasif 35 yaşına çatmasına baxmayaraq hələ də evlənmək istəmirdi. Ailələri və işlədiyi dövlət orqanının rəhbəri özünə deməkdən bezikib, axırı mənə deyirdilər ki, səninlə yaxın dostur, sən de, bəlkə sənin sözünə baxıb evlənə. İşlədiyi dövlət orqanı da sovet ənənələrinə sadiq qaldığından qarşısında şərt qoymuşdular ki, ya evlənməlisən, ya da işdən çıxmalısan. Qoçağım Vasif də yaz olanda hamıya deyirdi payızda evlənəcəm, payız olanda da deyirdi yazı gözləyirəm...

Bir gün bir dostum zəng elədi ki, filan yerdəyəm, gəl bir çay içək, söhbət eləyək. Həmin vaxt Vasiflə birlikdəydim, dedim maşınla məni apar dostumuzla görüşək.

Nə isə, söhbət əsnasında dostuma dedim ki, sən bəsirətli adamsan, deyə bilərsənmi ki, bu Vasif niyə evlənmir?

Dedi Vasif yazıq necə evlənsin, ona öz anası tilsim etdirib, bağlatdırıb!?

Dedim qardaşım, bu çox qəliz söhbət oldu; heç inana bilmədim axı. Ana öz oğlunu niyə tilsimə salsın ki? O ki, hər gün məndən xahiş edir ki, Vasifə de evlənsin. Bu necə ola bilər? Dedi getsin anasından soruşsun, boynuna alacaq.

Dostumuzdan aralananda Vasifə dedim axşam bu söhbəti ananla dəqiqləşdir, sabah mənə danış görüm nə məsələdir?

Səhər tezdən gördüm Vasif gülə-gülə girdi ofisə. Dedim nə xəbər var, niyə gülürsən?

Dedi demərsənmi anam boynuna aldı hər şeyi.

-Necə yəni, boynuna aldı? Nəyi boynuna aldı?

- Mən tələbə olan vaxtı gedib qonşu kənddəki falçının yanına ki, kəndimizdə filankəsin oğlu tələbə vaxtı özüylə qız gətirdi, valideynlərinin razılığı olmadan evlndi. Qorxuram Vasif də şəhərdən qız gətirə. Elə elə ki, o gələndə özüylə qız gətirməsin. Falçı da “yaxşı” deyib nəsə eləyib. Anam deyir bu əhvalatı unutmuşdum; dedin, indi yadıma düşdü.

Vasif bu söhbəti danışdıqca, xəyalım bir anlıq tələbəlik illərinə qayıtdı. Yadıma düşdü ki, həmin illərdə biz qrup qızları, qonşu qızlarla danışıb-gülərkən, ad günlərinə gedərkən, Vasif heç vaxt qızlar olan məclislərə getməzdi, onlarla danışıb-gülməzdi; həmişə qızlardan qaçardı. O vaxtlar mən bunu utancaqlıq əlaməti hesab edirdim. Sən demə vəziyyət başqa cürə imiş. Anası müvəqqəti bağlamaq istəsə də falçı kökündən vurubmuş.

Bu gün həmin xatirələri Vasiflə birlikdə yenidən yada salıb, xeyli güldük.

Söz ardı: bu xatirəni bölüşdüm ki, oxucularım da həm gülüb, həm düşünsünlər. Bilsinlər ki, falçıdan, cadugərdən heç vaxt insana xeyir gəlməz.

Paşa Yaqub – psixoloq
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Qənirə Paşayeva afrikalı siyasətçilərə köçkün qadınlardan danışıbMehriban Əliyevadan şəhidlərə böyük ehtiramMüdafiə Nazirliyi: "Bu kimi xəbərlər gülüş doğurur"ALLAH RƏHMƏT ELƏSİNVilayət Eyvazovdan yeni rəis TƏYİNATIBirinci vitse-prezidenti: "Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm"Azərbaycan Kendo Təşkilatı Beynəlxalq Kendo seminarında iştirak etdi.Azərbaycan Sərhəd Mühafizəsinin 100 yaşı tamam olubLaçın rayon Nurəddin kənd tam orta məktəbinin məzunu, bu il keçirilən qəbul imtahanlarında 660,1 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olUbBir şəklin tarixçəsi: Milli Ordumuz Xankəndinə girməyə hazırlaşırdı - FOTOBayrağımız altındakı günəşəmiz – MüstəqillikBu gün dövlət qulluğuna qəbul imtahanı keçirilirNazir Azərbaycan tankçılarının uğurlarını şərh etdi“Azərbaycan tankçıları güclü və uğurlu çıxış etdi” - Belarus müdafiə nazirilayihə davam edir..Leyla Əliyeva Müslüm Maqomayevin anım tədbirinə qatılıbVilayət Eyvazovdan YENİ TƏYİNATLARErmənistan vətəndaşları Gürcüstanda qəzaya düşüb, ölənlər varABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilərUcarın Çiyni kəndində "sirli varlığın" axtarışları səngimirPaşinyan “Qarabağ klanı”na son zərbəni endirməyə hazırlaşırBakıda yol polisləri belə formalarda olacaqSabah Azərbaycanda 40 dərəcə isti olacaqPolis dövlətin ən etibarlı dayağıdırİstanbulda partlayışda ölən varTramp bank rəhbərlərini təcili iclasa çağırdıAzərbaycan, Rusiya və İran prezidentləri Rusiyada görüşəcəkYol polisinin saxladığı sərxoş sürücü hansı nazirin qızıdır? - AÇIQLAMAQazax və Ağstafa ərazisində 75 sərhəd döyüş məntəqəsi yaradılıb - GENERALAli Baş Komandan sərhədçiləri təltif etdi: hərbi rütbə, orden-medal, fəxri adlar... - SİYAHINərimanovun icra başçısı sakinlərin proqlemlərini dinlədiAzercell-in Rəqəmsal Dünyası Cocuq MərcanlıdaRusiyanın “Vostok” televiziyası Azərbaycanla bağlı layihələrə başlayırLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qəbələ rayonunda keçirilmişdir.ZAMANI QABAQLAMIŞ DAHİ ŞƏXSİYYƏT, MÜDRİK RƏHBƏR VƏ ƏBƏDİYAŞAR LİDERBir “Aprel Şəhidi”nin qardaşı digər “Aprel Şəhidi”nin bacısı ilə ailə qurduQəza mərkəzi prospektdə tıxac yaratdı“Neftçi” səfərdə məğlub olur - YENİLƏNİRBu ölkədə Daxili İşlər Nazirliyinə giriş bağlandıQarabağın azərbaycanlı icmasından Avstraliya hökumətinə etiraz MƏKTUBULeyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldıBakıda bu ərazidəki evlər söküləcək - SiyahıCəbhədə Ermənistanın təxribatları davam edir“Abituriyent” jurnalının 8-ci sayı çıxdıKöçkün məktəbini bitirən 34 məzunun hamısı tələbə OLDURəqib baş məşqçi "Neftçi"yə meydan oxuduŞagirdlərin elektron yerdəyişməsi başlayır“Ramil Səfərov hərəkətlərinin nəticəsini dərk edə bilməyib” - VƏKİL SİRLƏRİ AÇIR“Paşinyanın son bəyanatı vəziyyəti daha da gərginləşdırir” – XİNKöçkün məktəbini bitirən 34 məzunun hamısı tələbə oldu