Главная > Manşet / Cəmiyyət > Vilayət Eyvazov vətəndaşlarla bağlı göstəriş verdi

Vilayət Eyvazov vətəndaşlarla bağlı göstəriş verdi


7-11-2019, 18:33. Разместил: dovletxeberleri.az
Vilayət Eyvazov vətəndaşlarla bağlı göstəriş verdi
“Vətəndaşların müraciətlərinə baxılmasına, qəbuluna daim xüsusi həssaslıqla yanaşılmalıdır”.
Dovletxeberleri.az-ın məlumatına görə, bunu Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bildirib.
Nazir qeyd edib ki, cinayətlərdən zərər çəkmiş şəxslərin hüquqlarının bərpası ilə bağlı məsələlərin həllində hər zaman operativlik göstərilməlidir:
“İnsanların hüquqları, azadlıqları, qanuni mənafeləri yüksək səviyyədə qorunmalı, bu iş bütün struktur qurumlarda rəhbər heyətin şəxsi nəzarəti altında gündəlik həyata keçirilməlidir”.
Вернуться назад