Главная > Manşet / Gündəm > Prezident“Azərxalça”nın Xocalı filialı ilə bağlı sərəncam verdi

Prezident“Azərxalça”nın Xocalı filialı ilə bağlı sərəncam verdi


5-11-2019, 18:03. Разместил: dovletxeberleri.az
Prezident“Azərxalça”nın Xocalı filialı ilə bağlı sərəncam verdi
Prezident İlham Əliyev Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Xocalı filialı üçün xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Dovletxeberleri.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində Xocalı filialı üçün xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturun yaradılması məqsədilə “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.24.14-cü yarımbəndində göstərilmiş məbləğin 2,0 (iki) milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Вернуться назад