Главная > Manşet / Banner > “İlham Əliyev Paşinyanı yerində oturtdu” – Sevinc Fətəliyeva

“İlham Əliyev Paşinyanı yerində oturtdu” – Sevinc Fətəliyeva


12-10-2019, 18:04. Разместил: dovletxeberleri.az
“İlham Əliyev Paşinyanı yerində oturtdu” – Sevinc Fətəliyeva
“Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş nazirinin iddialarını darmadağın etdi”.



Bunu açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva bildirib. Deputat qeyd edib ki, Ermənistan hakimiyyətinin və təcavüzkarlığı, separatizmi təbliğ edən erməni millətçilərinin faşizm ideologiyasından qidalanması nəinki postsovet ölkələrinə, bütövlükdə dünya ictimaiyyətinə məlumdur.



“Bununla bağlı çoxsaylı faktlar mövcuddur. Bu reallığın bariz nümunələrindən biri işğalçı Ermənistanın əvvəlki hakimiyyəti tərəfindən İkinci Dünya müharibəsində faşizmin qulluqçusu olmuş, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana Yerevanın mərkəzində heykəl qoyulmasıdır. Faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə MDB məkanında, postsovet ölkələrinin rəhbərləri tərəfindən çıxışlar edilib. Lakin göründüyü kimi, bu gün Ermənistanda hələ də belə hallar qabarıq nəzərə çarpır. Xatırlatmaq lazımdır ki, MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu bu addıma qarşı dəfələrlə ciddi etirazını bildirib, belə halın yolverilməz olduğunu bəyan ediblər. Bütün beynəlxalq kürsülərdən Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin nəzərinə çatdıran Prezident İlham Əliyev Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında bu məqamları önə çəkərək Ermənistanın siyasi rəhbərliyinin faşizm ideologiyasına xidmət edən mövqeyini bir daha ifşa etdi. Dövlətimizin başçısı mühüm tarixi faktları diqqətə təqdim edib, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer olmadığını bildirdi. Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidentinin çıxışında səslənən əsaslı arqumentlərə cavab vermək cəhdi isə uğursuz oldu. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş nazirinin iddialarını darmadağın etdi, Nikol Paşinyanı yerində oturtdu. Dövlətimizin başçısı “özünü demokratik seçilmiş təqdim edən yeni hakimiyyət, ilk növbədə, bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməli və həmin heykəli sökməlidir”, -deyə toplantı iştirakçılarının diqqətinə çatdırdı”.



S.Fətəliyeva hesab edir ki, beləliklə, Prezident İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunun toplantısıın ardınca MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında da Ermənistanın terrorçu mahiyyətini ifşa edərək reallıqların nədən ibarət olmasını bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.



“Bütün bunlar Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi ilə yanaşı, Azərbaycanın qüdrətini, Ermənistanın isə cılızlığını, iç üzünü – işğalçı simasını bir daha nümayiş etdirmiş oldu”, -deyə deputat bildirib.
Вернуться назад