Главная > Manşet / Cəmiyyət > Birinci vitse-prezident Mehriban Əliyeva şəhid pilotun ailəsinə başsağlığı verib

Birinci vitse-prezident Mehriban Əliyeva şəhid pilotun ailəsinə başsağlığı verib


21-08-2019, 15:14. Разместил: dovletxeberleri.az
Birinci vitse-prezident Mehriban Əliyeva şəhid pilotun ailəsinə başsağlığı veribAzərbaycan Respublikasının Birinci vitse-prezidenti pilotun vida mərasiminə əklil də göndərib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Silahlı Qüvvələrin «MiQ-29» təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin ailəsinə başsağlığı verib.

Mehriban Əliyeva pilotun vida mərasiminə əklil də göndərib.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın «MiQ-29» təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Avqustun 20-də «MiQ-29» təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi tapılaraq dənizdən çıxarılıb.

Pilot bu gün II Fəxri Xiyabanda torpağa tapşırılıb.
Вернуться назад