Главная > Manşet / Gündəm > 2019-cu ilin birinci yarısında Laçın rayonu üzrə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair Laçın Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilmişdir.

2019-cu ilin birinci yarısında Laçın rayonu üzrə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair Laçın Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilmişdir.


8-08-2019, 18:26. Разместил: dovletxeberleri.az
 2019-cu ilin birinci yarısında Laçın rayonu üzrə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair Laçın Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilmişdir.
2019-cu il 8 avqust tarixdə laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatında rayon üzrə 2019-cu ilin birinci yarısında görülmüş işlərə və qarşıda duran vəzifələrə dair geniş Şura yığıncağı keçirilmişdir.
Yığıncaq iştirakçıları əvvəlcə Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət etmiş, büstün önünə tər güllər düzərək hörmət və ehtiramlarını bildirmişlər. Yığıncaqda ilin birinci yarısında görülən işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə dinlənilmişdir. Məruzədə əvvəlki illərdə olduğu kimi 2019-cu ilin birinci yarısında da laçınlı köçkünlərin məskunlaşdıqları şəhər və rayonlarda rayon sakinlərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması və sosial-rifah halının yüksəldilməsi istiqamətində görülmüş işlər, habelə rayonun sosial-iqtisadi inkişafı öz əksini tapmışdır.
Ölkə başçısı cənab İlham Əliyevin məcburi köçkünlərə davamlı diqqət və qayğısının nəticəsi olaraq cari ilin may ayında Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki Qarakeçdi, Şeylanlı və Vağazin obalarında müvəqqəti məskunlaşmış 645 köçkün ailəsi üçün bütün infrastruktura malik 3 yeni qəsəbənin inşasına başlanılmasının bütün rayon sakinləri tərəfindən razılıqla qarşılandığı bildirilmişdir.
Qeyd olunmuşdur ki, hesabat dövrü ərzində Taxtakörpü ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin fasiləsiz normal elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq məqsədilə 10 və 0.4 kvt-lıq elektrik verilişi xətləri cari təmir olunmuş, 5500 metr naqil yenisi ilə əvəz edilmişdir. Qayğı qəsəbəsində və Şeylanlı, Fingə, Qoşasu, Ağbulaq, Ərdəşəvi, Qarakeçdi, Qarıqışlaq, Alxaslı obalarında istismar müddətini başa vurmuş 204 elektrik dayağı dəyişdirilmiş, Vağazin obasında bir ədəd 160, bir ədəd 250 kva-lıq transformator quraşdırılmışdır. Müxtəlif gücə malik 10 ədəd transformator əsaslı təmir edilmişdir. Taxta Körpü ərazisində olan abonentlərin müraciəti əsasında 130 ədəd smart tipli sayğac quraşdırılmışdır.
Eyni zamanda bildirilmişdir ki, cari ilin ötən dövründə əhalinin içməli suya olan tələbatını ödəmək məqsədilə Qaradolaq və Mişni nasos stansiyasında təmir işləri aparılmış, 25-110 mm-lik su xətlərinin 118 p/m hissəsi yenisi ilə əvəz olunmuş, obalarda və qəsəbələrdə daxili su xətlərində cari təmir aparılmışdır.
Həmçinin qeyd olunmuşdur ki, 2019-cu ilin ötən dövrü ərzində rayonun Taxta Körpü ərazisindəki obalarda taxıl məhsulunu itkisiz və vaxtında yığmaq məqsədilə 11 kombayn cəlb edilməklə 1100 ha taxıl sahəsi biçilmiş, 1021 ha arpa sahəsindən 2355,6 ton, 79 ha buğda sahəsindən isə 189,8 ton buğda, cəmi 2545,4 ton məhsul əldə edilmişdir. Rayon üzrə hər hektardan orta məhsuldarlıq 23,1 sentner təşkil etmişdir. Rayonda heyvandarlığın inkişafı və yem bazasının yaradılması məqsədi ilə ərazidə hazırda 1400 hektar yonca sahəsinin becərildiyi də vurğulanmışdır.
Məruzədə xüsusilə o da vurğulanmışdır ki, vətəndaşların qəbulu və müraciətlərinin dinlənməsi həmişə olduğu kimi yenə də ön plana çəkilmiş, məcburi köçkünlərlə görüş və səyyar qəbullar qrafikə uyğun keçirilmişdir. 2019-cu ilin birinci yarısı ərzində Laçın Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayon sakinlərinin müvəqqəti məskunlaşdıqları ayrı-ayrı rayonların 23 yaşayış məntəqəsində 23 görüş və səyyar qəbul keçirilmiş, həmin görüş-səyyar qəbullarda ümumilikdə 1772 nəfər laçınlı məcburi köçkün iştirak etmiş, 266 nəfərin müraciəti dinlənilmişdir. Səyyar qəbullar zamanı qaldırılan məsələlərlə bağlı verilən tapşırıqların icrası nəzarətə götürülmüş, ümumilikdə 266 məsələdən 104-ü müsbət həllini tapmışdır.
Şura iclasında məruzə və çıxışlarda görülmüş işlərlə yanaşı mövcud problem və çatışmazlıqlar da qeyd olunaraq, qarşıda duran vəzifələrdən danışılaraq, 2019-cu ilin birinci yarısında müxtəlif sahələrdə xeyli işlər görülməsinə baxmayaraq il ərzində də Taxta Körpü ərazisindəki obalarda müvafiq Dövlət Proqramı ilə nəzərdə tutulmuş 1202 ailəlik qəsəbələrin, 550 ailəlik yaşayış komplekslərinin tikintisi ilə bağlı görüləcək işlərin mərhələli həlli, 552 ailəlik qəsəbənin suvarma suyu ilə təmin edilməsi, xalça sexinin tikintisi, ərazidə nəzərdə tutulmuş abadlıq işlərinin vaxtında başa çatdırılması, obalarda daxili avtomobil yollarının təmiri, əhalinin məşğulluğunun artırılması və özünüməşğulluq proqramlarına cəlb olunması qarşıda duran vəzifələrdən hesab edilmişdir.
Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə rayon üzrə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Rzayev Səxavət Hüseynalı oğlu və Mustafayev Natiq Məhyəddin oğlunun, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Laçınlı ziyalılardan “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunmuş İsmayılov Əsəd Fərman oğlu və Hüseynov Murad İmran oğlunun təltifləri Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən təqdim olunmuşdur.
 2019-cu ilin birinci yarısında Laçın rayonu üzrə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair Laçın Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilmişdir.
 2019-cu ilin birinci yarısında Laçın rayonu üzrə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair Laçın Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilmişdir.

Вернуться назад