Главная > Manşet / Cəmiyyət > Zakir Fərəcov növbəti səyyar qəbul keçirdi - FOTOLAR

Zakir Fərəcov növbəti səyyar qəbul keçirdi - FOTOLAR


21-12-2018, 18:27. Разместил: dovletxeberleri.az
Zakir Fərəcov növbəti səyyar qəbul keçirdi - FOTOLAR
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü dekabrın 21-də Sumqayıt şəhər 9-cu mikrorayon ərazisində keçirib.

Dovletxeberleri.az xəbər verir ki, görüşdə vətəndaşların təklif, müraciət və şikayətləri şəhər rəhbəri tərəfindən dinlənilib.

Qəbula gələn vətəndaşların müraciəti əsasən sosial müdafiə, mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması, məşğulluq, istilik sisteminin quraşdırılması, məhəllədaxili yolların asfaltlanması, uşaqlar üçün əyləncə meydançasının tikilməsi və digər məsələlərlə bağlı olub.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.

Görüşdə iştirak edən şəhər sakinləri Sumqayıtda həyata keçirilən abadlıq- quruculuq və yenidənqurma işlərindən razılığını ifadə ediblər, onların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığına görə şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
Zakir Fərəcov növbəti səyyar qəbul keçirdi - FOTOLAR
Zakir Fərəcov növbəti səyyar qəbul keçirdi - FOTOLAR

Вернуться назад