Главная > Manşet > Taxta Körpü ərazisindəki Fingə obasında müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüş-səyyar qəbul keçirilmişdir.

Taxta Körpü ərazisindəki Fingə obasında müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüş-səyyar qəbul keçirilmişdir.


8-11-2018, 18:51. Разместил: dovletxeberleri.az
Taxta Körpü ərazisindəki Fingə obasında müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüş-səyyar qəbul keçirilmişdir.Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki Fingə obasında müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüş-səyyar qəbul keçirilmişdir.

2018-ci il 8 noyabr tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Ağcabədi rayonu Taxta Körpü ərazisindəki Fingə obasında müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə Laçın rayonunun şəhid İslam Quliyev adına Fingə kənd tam orta məktəbin binasında görüşü-səyyar qəbulu keçirilmişdir. 62 nəfər laçınlı məcburi köçkünün qatıldığı görüş-səyyar qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin məsul işçisi cənab Ağa-Əli Əhmədov iştirak etmişdir. Görüşdə çıxış edən Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə və rayonda görülən işlərdən ətraflı söhbət açaraq, qarşıda duran vəzifələrdən danışmış, ərazidəki laçınlı məcburi köçkünlərin gündəlik qayğıları ilə maraqlanmışdır. Rayon rəhbəri çıxışında, ölkə üzrə məcburi köçkünlərin xüsusilə laçınlı köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlər görüldüyünü yüzlərlə laçınlı köçkün ailəsini yeni mənzillərlə təmin edildiyini qeyd etmiş, laçınlılar adından ölkə başçısına minnətdarlığını bildirərək, bu sahədə işlərin davam etdiriləcəyini də görüş iştirakçılarının nəzərinə çatdırmışdır. Rayon İcra Hakimiyyəti başçısı çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu istiqamətində görülən işləri , diplomatiya sahəsindəki uğurları qeyd edərək işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə əminliyini bildirdi.
Səyyar qəbulda 3 nəfər məcburi köçkünün müraciəti dinlənilmiş, həmin müraciətlərə baxılması üçün aidiyyəti idarə, müəssisə rəhbərlərinə konkret tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür.
Səyyar qəbulda Laçın Rayonu İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayon prokuroru, rayon Polis şöbəsinin rəisi, rayonun xidmət təşkilatlarının rəhbərləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları iştirak etmişlər. Səyyar qəbulda iştirak edən rayon sakinləri təşkil edilmiş görüşə və onların müraciətlərinə həssaslıqla yanaşdığına görə Laçın Rayonu İcra Hakimiyyəti başçısına öz minnətdarlıqlarını bildirmişlər.
Dovletxeberleri.az
Вернуться назад