Главная > Manşet / Tədbirlər > Xaçmaz rayonunda müvəqqəti məskunlaşmış laçınlı köçkünlərlə görüş-səyyar qəbul keçirilmişdir

Xaçmaz rayonunda müvəqqəti məskunlaşmış laçınlı köçkünlərlə görüş-səyyar qəbul keçirilmişdir


28-06-2018, 20:54. Разместил: dovletxeberleri.az
Xaçmaz rayonunda müvəqqəti məskunlaşmış laçınlı köçkünlərlə görüş-səyyar qəbul keçirilmişdir
28.06.2018-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Xaçmaz rayonunda məskunlaşmış laçınlı köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir. 42 nəfər laçınlı köçkünün iştirak etdiyi görüş-səyyar qəbul Xaçmaz rayon Nabran qəsəbəsindəki Xəzər istirahət mərkəzində açıq sahədə keçirilmişdir.
Görüşdə çıxış edən Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ölkəmizdə və rayonda görülən işlərdən və qarşıda duran vəzifələrdən danışmış, ərazidəki laçınlı məcburi köçkünlərin gündəlik qayğıları ilə maraqlanmışdır.
Rayon rəhbəri çıxışında, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin hərtərəfli inkişafına nəzər salaraq, xüsusilə ordu quruculuğu istiqamətində görülən işlərdən danışmış, ordumuzun işğalçılara qarşı 2016-cı ilin aprel döyüşlərinin davamı olaraq cari ilin may ayında da Naxçıvan istiqamətində zəbt edilmiş 11 min hektar ərazilərimizi azad etməsini, Milli Ordumuzun yaranmasının 100 iliyi münasibəti ilə 26 iyun 2018-ci il tarixdə keçirilən möhtəşəm paradın ölkə vətəndaşları kimi laçınlılarda da ruh yüksəkliyi yaratdığını, tezliklə ata-baba yurdlarına dönəcəklərinə inam hissini dahada artırdığını vurğulamışdır. Rayon İcra Hakimiyyəti başçısı çıxışında onu da vurğuladı ki, məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin, habelə rifah hallarının yaxşılaşdırılması, gündəlik qayğıları daim ölkə başçısı cənab ilham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət mərkəzində olduğunu bildirməklə əvvəlki illərdə olduğu kimi 2018-ci ilin ötən dövrü ərzində də yüzlərlə laçınlı köçkün ailəsinin yeni mənzillərlə təmin edildiyini, bu prosesin davamlı olacağını bildirərək, köçkünlərə ödənilən vahid aylıq müavinətin mütəmadi olaraq artırıldığını bildirdi.
Qəbulda Rayon Prokuroru Ceyhun Almasov, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etmişlər. Səyyar qəbulda 5 nəfər məcburi köçkünün müraciətləri dinlənilmiş, həmin müraciətlərə baxılması üçün Rayon İcra Hakimiyyətinin əməkdaşlarına və aidiyyəti rayon təşkilatlarının rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür.Səyyar qəbulda iştirak edən rayon sakinləri onların müraciətlərinə diqqətlə yanaşıldığına görə Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərliyə öz minnətdarlıqlarını bildirmişlər.
Xaçmaz rayonunda müvəqqəti məskunlaşmış laçınlı köçkünlərlə görüş-səyyar qəbul keçirilmişdir
Xaçmaz rayonunda müvəqqəti məskunlaşmış laçınlı köçkünlərlə görüş-səyyar qəbul keçirilmişdir
Xaçmaz rayonunda müvəqqəti məskunlaşmış laçınlı köçkünlərlə görüş-səyyar qəbul keçirilmişdir

Вернуться назад