Dovletxeberleri.Az
» » 5 regional turizm peşə məktəbi yaradılacaq

17-12-2016, 19:025 regional turizm peşə məktəbi yaradılacaq

5 regional turizm peşə məktəbi yaradılacaq

Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində yeni regional turizm peşə məktəblərinin yaradılacaq.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapıb.

Strateji Yol Xəritəsində qeyd edilib ki, Turizm Şurası aidiyyəti dövlət qurumlarının, turizm təhsili müəssisələrinin, özəl sektorun, vətəndaş cəmiyyətinin, Milli Turizm Təbliğat Bürosunun iştirakı ilə turizm sahəsində peşə təhsili və təlimi proqramları ilə bağlı işlərin əlaqələndirilməsi məqsədilə işçi qrup yaradacaq. İşçi qrupu tərəfindən Yerli və xarici ölkələrdən dəvət olunmuş mütəxəssislər işə cəlb ediləcək və təlimçilərin potensialının artırılması məqsədilə "təlimçilər üçün təlim” yanaşması tətbiq ediləcək. Bundan sonra digər ölkələrin təcrübəsindən yararlanmaqla, sektorda yeni və təcrübəli əməkdaşlar üçün təlim modulları müəyyən ediləcək. Hədəf ölkələrin dillərinin öyrənilməsi üçün dil kurslarının təşkilinə xüsusi diqqət yönəldilməsi nəzərdə tutulub. Daha çox Qəbələ və Quba kimi turizm regionlarında iri mehmanxanalarla əməkdaşlıq etməklə, pulsuz və ya uyğun qiymətə dil, qonaqlama və yerli ixtisas kursları təşkil ediləcək. Mövcud təhsil müəssisələrində turizm ixtisası üzrə illik kvota və turizm sahəsi üzrə peşə təhsili və təlimi müəssisələrində internatura proqramlarının, o cümlədən regiondakı mehmanxanalarda keçirilən yay təcrübə proqramlarının sayı artırılacaq. Eyni zamanda, turizm sahəsində elmi tədqiqatların aparılmasına dəstək məqsədilə bir sıra tədbirlərin görülməsi planlaşdırılır. Turizm sahəsində təhsil beynəlxalq standartlara uyğunlaşdırılacaq və müvafiq dövlət qurumları beynəlxalq akkreditasiya əldə etmək üçün tədbirlər həyata keçirəcəklər. Bundan sonra, peşə təhsili müəssisələri Azərbaycanda fəaliyyət göstərən yüksəksəviyyəli mehmanxana və restoranlarla bir araya gətirilməklə, məktəblər və özəl sektor arasında əməkdaşlıq gücləndiriləcək. Turizm təhsili alan bütün tələbə və şagirdlərin bu müəssisələrdə icbari təcrübə keçmələri təmin olunacaq, həmçinin işçi qrup bunlarla bağlı digər lazımi tədbirlər də həyata keçirəcək.

Turizm və rekreasiya zonalarında Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi ilə birlikdə Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində 5 regional turizm peşə məktəbinin yaradılması nəzərdən keçirəcək. Həmin məktəblərə öz təcrübə bazasını qurmaq üçün torpaq sahəsi ayrılacaq və həmin torpaq sahəsində dövlət–özəl tərəfdaşlığı modelinə əsaslanmaqla təcrübə üçün mehmanxana və restoranların yaradılması imkanları qiymətləndiriləcək. Belə ki, regional peşə məktəblərinin hər birində eyni zamanda təxminən 200 şagirdin təhsil alması, yaşaması və təcrübə keçməsi məqsədilə həmin məktəblərin yanında 100–150 yerlik yataqxananın, təcrübə mehmanxanasının və restoranın tikilməsi məsələsinə də baxılacaq.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Sona Əliyeva: Radikal müxalifətin təmsilçiləri xaricdəki havadarlarının sifarişlərini yerinə yetirirlər4 hakimə töhmət verildi, 2 hakim haqda intizam icraatı başladı - 1 hakimsə qovulduSabahdan məktəblərdə tətil başlayırErmənistan atəşkəsi 20 dəfə pozduNazilikdən işsizlərlə bağlı yenilik“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - Üç DEPUTATPrezident dünyanın dini liderlərinin şərəfinə rəsmi ziyafət verdi - FOTOLAR“18 yaşına çatmayan əlillərə ayrılan müavinətlər daha da artırılsın” – Qənirə PaşayevaABŞ-da Ərdoğanla Trampın görüşü başa çatıb.YenilənibMehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin borcu silindiBMT Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəldiİlham Əliyev Amerika Yəhudi Təşkilatlarının sədr müavinini qəbul edibLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiPrezident İranın nümayəndə heyətini qəbul edibRamiz Mehdiyev AMEA-da islahatlara başlayırVitse-spikerdən tələbə yataqxanaları ilə bağlı - TƏKLİF"Qarşıdakı illərdə biz irəliləyiş görəcəyik" - Mikayıl CabbarovNazir müavini Ucarda dərs prosesini izləyibOqtay Əsədov deputatlara XƏBƏRDARLIQ ETDİİnam Kərimov daha iki direktoru işdən çıxardıElşad Həsənov kollektivə təqdim olundu“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə Laçın rayon rəhbərliyinin görüşü keçirilmişdirAğcabədi rayonunda “ BAYRAQ GÜNÜ “qeyd edildiAmerikada milli musiqimizi təbliğ edən azərbaycanlı -“Facebook” onlayn ödəmə xidmətini işə saldı“Dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisə təqdim olunmalıdır”Prezident “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyi təsdiq etdiAğcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib.İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edibOrta məktəblərdə 5 gün dərs olmayacaqAzərbaycanın Xarici İşlər Nazirliyi Lavrova CAVAB VERDİMSK bələdiyyə seçkilərinə qatılacaq daha bir partiyanı qeydə aldıPrezident və birinci xanım ağacəkmə aksiyasındaOrta məktəblərdə çalışanların diaqnostik imtahanı keçiriləcəkParlament jurnalistlərindən 5 rayonda bayraq aksiyası – FOTOLARZakir Fərəcov Muğam Mərkəzində görülən son tamamlanma işləri ilə tanış olubRövnəq Abdullayev Əbu-Dabidə dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşüb - FOTOValideyn və şagirdlərin nəzərinə - Sabah bu məktəblərdə dərs olacaqİran yeni hərbi yük avtomobilini təqdim edibƏrdoğan bu məsələyə görə Putinə zəng etdiBakı bütünlüklə Azərbaycan bayrağı ilə bəzəndi - FOTO, VİDEOZakir Həsənov: “Hər bir Azərbaycan əsgəri döyüş hazırlığını daim artırmalıdır”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Pirallahı rayonunda keçirilmişdirElmar Məmmədyarov Türkiyədə işgüzar səfərdədirBakı Şəhər İcra Hakimiyyəti Dövlət Bayrağı Günü ilə bağlı iməclik keçiribAzərbaycan hər birimizin doğma evidir!“Yeni baş nazir Novruz Məmmədovun bir çox qərarlarını ləğv edəcək” – İDDİA“Dağlıq Qarabağın yekun statusuna gəldikdə...bu çox çətin məsələdir”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Pirallahı rayonunda keçirilmişdir9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdir