Dovletxeberleri.Az
» » Azərbaycan hər cür kritik vəziyyətdən çıxmağa hazır olduğunu isbat edir

25-03-2020, 21:39Azərbaycan hər cür kritik vəziyyətdən çıxmağa hazır olduğunu isbat edir

Azərbaycan hər cür kritik vəziyyətdən çıxmağa hazır olduğunu isbat edir
Bütün dünyanı təhdid edən koronovirus pandemiyası bizə necə təsir edəcək? Azərbaycan bu vəziyyətdən necə çıxacaq, əhalinin sağlamlığını, təhlükəsizliyini qorumaq mümkün olacaqmı? Ərzaq çatışmazlığı, ciddi sosial problemlərlə baş-başa qala bilərikmi və s.

Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirusu pandemiya elan etdikdən sonra bu qəbildən olan suallar əksər ölkə vətəndaşlarını düşündürməyə başladı. Əhalinin bir qismi ilk anlarda digər ölkələrdə olduğu kimi həyəcanla ərzaq mağazalarına axın etməkdə, müxtəlif şaiyələrə inanmaqda bəlkə də haqlı idi. Çünki pandemiyanın dünya üzrə gündəlik acı statistikası, Azərbaycanın coğrafi mövqeyi, paralel olaraq dünya bazarlarında neftin qiymətinin ən aşağı səviyyəyə enməsi, xarici ticarət əlaqələrində müşahidə olunan durğunluq narahatlıq doğurmaya bilməzdi. Üstəlik, Azərbaycanın 90-cı illərin əvvəllərində siyasi böhran nəticəsində (fərqli situasiyalar olsa belə) düşdüyü vəziyyət, qıtlıq, sosial fəlakət yaddaşlardan silinməyib...
Fəqət proseslərin sonrakı və hazırki gedişi tamamilə fərqli mənzərə yaratmaqdadır. Azərbaycan vətəndaşı çətinliklər vəd edən deyil, onu gözləyən çətinlikləri ustalıqla dəf edən güclü dövlətlə, bu dövlətin başında duran güclü Prezidentlə üz-üzədir.
Düzdür, İlham Əliyevin prezidentliyi dönəmində Azərbaycan müəyyən sınaqlar içərisinə girib və prosesdən güclənərək çıxa bilib. Amma ilk dəfədir ki, onun zamanında Azərbaycan özündən asılı olmayan səbəblərdən bu cür ağır sınaqla baş-başa qalıb. Pandemiyanın və paralel baş verən proseslər bütün dünyanı necə təhdid etdiyi göz önündədir və onu üçüncü dünya müharibəsinə bənzədənlər heç də yanılmırlar.

Belə bir durumda İlham Əliyev ölkəsini qoruyacağını təkcə əməlləri ilə nümayiş etdirmir. Prezident özünün son müsahibəsində vəd edir ki, heç bir sosial öhdəlik təxirə düşməyəcək:
- yaranmış vəziyyətə baxmayaraq, bu il və bundan sonrakı illərdə bütün sosial öhdəliklər yerinə yetiriləcək, sosial infrastruktur layihələri icra ediləcək;
- sosial sahədə bəyan edilən bütün layihələrin və proqramların icrası təxirə düşməyəcək;
- bu il məcburi köçkünlər, şəhid ailələri üçün nəzərdə tutulan addımlar həyata vəsiqə qazanacaq, onlara rekord sayda mənzillər inşa ediləcək;
- xəstəliklə bağlı ən çox mənfi təsirə məruz qalan sahibkarlar qruplarına xüsusi maliyyə dəstəyi göstəriləcək, vergi güzəştləri ediləcək, digər imtiyazlar veriləcək;
- məşğulluq məsələləri ön planda olacaq, makroiqtisadi sabitlik təmin ediləcək.

İlham Əliyev öz ölkəsində xalq-iqtidar birliyinə tam nail ola bilib. Məhz bu faktor onun iqtidarını daha da gücləndirir, verdiyi vədləri icra etməyə və mövcud problemdən daha az itkilərlə çıxmağa şanslı edir. “Biz birlikdə güclüyük” şüarını irəli sürən İlham Əliyev iqtidarı öz gücünü məhz bu birlikdən alır.

Prezidentin bir təşəbbüsü ilə bütün cəmiyyət koronovirusla mübarizə məqsədilə yaranan fonda könüllü ianələr edirsə, Azərbaycanın daha ağır sınaqlara qalib gələcəyini əminliklə vurğulamaq mümkündür. Hansı ki, dövlət kimsəni bu kampaniyaya qoşulmağa məcbur etmir. Dövlət başçısının kiçik bir jesti, öz illik əməkhaqqını fonda köçürməsi bütün cəmiyyətin səfərbərliyi üçün yetərli oldu. Bu, Azərbaycanda iqtidarla xalqın həmrəyliyinin, milli birliyinin, sarsılmaz gücünün göstəricisidir. Xalq öz könüllü davranışı ilə nümayiş etdirir ki, iqtidarın yanındadır və sabah vəziyyət daha da pisləşərsə, onun çağırışına birmənalı səs verəcək. Əgər bu birlik olmasaydı, Azərbaycan indi daha ağır fəsadlarla baş-başa idi. Məhz bu birlik imkan verir və verəcək ki, üzləşdiyimiz çətin sınaqdan ciddi itkilər vermədən çıxaq.

Yaranmış vəziyyətdə Azərbaycan vətəndaşı öz iqtidarına güvənir və inanır, onun atdığı addımlara tam dəstək verir. Çünki İlham Əliyevin rəhbərliyi ilə hakimiyyətin real addımlarının şahididir:
- Azərbaycan pandemiya iləmübarizədə digər ölkələr tərəfindən buraxılan səhvləri təkrarlamadı, vacib zaman itirilmədi;
- Prezidentin göstərişi ilə Nazirlər Kabinetinin yanında xüsusi operativ qərargah yaradılıdı, informasiya açıqlığı təmin olundu, eyni zamanda lazımi tədbirlərin görülməsi üçün əlavə vəsait ayrıldı;
- qəbul edilmiş təxirəsalınmaz qərarlar və yol xəritəsi vəziyyəti nəzarətdə saxlamağa imkan yaratdı;
- pandemiyanln, həmçinin dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların milli iqtisadiyyata mənfi təsirlərinin qiymətləndirilməsi, zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin müəyyən edilməsi, yaranmış vəziyyətin yaxın və orta müddətlərdə ölkənin biznes mühitinə mənfi təsirinin azaldılması məqsədilə müvafiq təkliflərin hazırlanması üçün müvafiq İşçi Qruplar fəaliyyətə başladı;
- ən xırda detallar nəzərə alınmaqla prosesə tam nəzarət həyata keçirildi;
- xəstələrə qulluq edən həkimlərin maddi vəziyyətinin yaxşılaşdırılması və onların əməyinə layiqli qiymətin verilməsi üçün əməkhaqlarının artırılması məsələsi həll olundu və s.
Bu davamlı tədbirlərin sayəsində Azərbaycan pandemiya ilə mübarizədə tətbiq etdiyi bütün mümkün qabaqlayıcı və operativ tədbirlərlə hətta bir çox ölkələrdən önə keçmiş oldu. Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri Azərbaycanı hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biri olduğunu təsadüfən vurğumırlar. Hazırda Azərbaycanın irəli sürdüyü bəzi təşəbbüslər (Koronavirusa qarşı Mübarizəyə Dəstək Fondu) başqa ölkələr tərəfindən də tətbiq olunmaqdadır.
Digər nəticələrə baxsaq, Azərbaycanda təkcə koronavirusun daha geniş yayılmasının qarşısı alınmayıb. Pandemiyanın doğurduğu müəyyən şətinliklərə rəğmən əhalinin gündəlik yaşayışında (ərzaqla təminatı, zəruri tələbat mallarının qiymət artımının qarşısının alınması və s.) hiss etməməsi üçün də addımlar atılıb. Karantin rejiminin tətbiqi nəticəsində zərər görə biləcək təbəqələrin problemləri nəzarətə götürülüb və müvafiq işlər aparılmaqdadır. Yaşlı tənha insanların mövcud şəraitdən irəli gələn yeni sosial müdafiə elementləri ilə əhatə olunması həyata keçirilir.
Beləliklə, vəziyyətin mənfi istiqamətdə inkişafının qarşısının alınması üçün bütün qabaqlayıcı tədbirlərin görüldüyünü nəzərə alsaq, Azərbaycanın bu sınaqdan da şərəflə, daha az itkilərlə çıxacağını söyləyə bilərik. Vətəndaşların məsuliyyəti, nizam-intizamı pandemiya ilə mübarizəni daha məqsədyönlü və uğurlu edə bilər və hər birimiz xüsusi karantin rejiminə əməl etməklə aparılan işə əlavə töhfə vermiş olacağıq. Bir daha Azərbaycanın İlham Əliyevin rəhbərliyi ilə hər cür kritik vəziyyətdən çıxmağa hazır olduğunu sübuta yetirəcəyik...
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Yalnız bu avtomobillərlə sərnişin daşımağa icazə veriləcəkKoronovirusla mübarizə məqsədilə Şura yanında İctimai Qərargah yaradıldıAğdam Birliyi köməyə ehtiyacı olan sakinlərə ərzaq yardımı edibBu tələbələrin təhsil haqqını dövlət ödəyəcək - QƏRARƏhali üçün güzəştli işıq limiti 100 kvts. həcmində ARTIRILACAQHər birimiz bacardığımız qədər son dərəcə imkansız ailələrə bu çətin günlərdə dəstək olmalıyıq!Azərbaycanda sərnişindaşımaya 280 milyon manat ayrılacaqZəruri ərzaq və tibbi mallar idxal gömrük rüsumundan azad ediləcəkSahibkarlara vergi stimulları və tətilləri veriləcəkAzərbaycanda 200 min şəxsə birdəfəlik ödəniş veriləcəkAzərbaycanda 50 min ictimai iş yeri yaradılır - 300 manat maaş veriləcəkƏli Əsədov koronavirusa görə Tədbirlər Planını TƏSDİQLƏDİAzərbaycanda 300 min nəfərə 215 manat kompensasiya veriləcəkBaş Nazir sahibkarlıq subyektləri ilə bağlı SƏRƏNCAM verdiMədət Quliyev Prezidentə MÜRACİƏT ETDİAzərbaycana giriş-çıxış dayandırıldı - RəsmiKİVDF-nin yeni rəhbəri kimdir? - DOSYETəhsil Nazirliyinin yeni "Qaynar xətt"i istifadəyə verildiPrezidentdən MTRŞ-ə yeni üzv təyinatıMilli Məclisin Toponomiya Komissiyasına sədr seçildiİlham Əliyev KİVDF-yə yeni icraçı direktor təyin etdiAprel qələbəsinə dair onlayn konfrans keçirildiTəhsil Nazirliyinin yeni 146-3 "Qaynar xətt" xidməti fəaliyyətə başlayacaqİnsanları xilas etmək lazımdır yoxsa İQTİSADİYYATI ? - Millət vəkili yazırHeydər Əliyev Mərkəzinin binasında həmrəylik mesajı - FotoEvdə qal və əməliyyatları Müştəri Bank-la et!“Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var” - Distant təhsilə əngəlDİN karantin rejimi ilə bağlı suallara aydınlıq gətirdiTürk PA Dağlıq Qarabağdakı qondarma seçkiləri qınadıQənirə Paşayeva seçicilərinə yardım göndərdiBazarlarda qiymətlər niyə qalxır... - REPORTAJABŞ-dakı vətəndaşlarımıza onlayn konsulluq xidməti göstəriləcəkCəbhədə gərgin gecə - Pulemyotlar susmadıHeydər Əliyevlə dost olan Xalq şairi - VİDEOİngiltərə Premyer Liqası bu gtarixdən bərpa olunacaqTürkiyədə 20 yaşadək gənclərin də küçəyə çıxması qadağan edildi - ƏrdoğanKİV nümayəndələri üçün evdən çıxma icazəsi tələb edilməyəcəkYaxın günlərdə bank kreditləri ilə bağlı qərar AÇIQLANACAQAzərbaycanda koronavirusa yoluxanlar bu ərazilərdəndir - SİYAHI“Çörək puluna işləyən fəhlələrə yardım edilməlidir...” — Deputatdan hökumətə ÇAĞIRIŞRamiz Mehdiyevin kürəkəni Koronovirusla Mübarizə Fonduna bu qədər ianə etdiGürcüdtanda: Deputat: “Əhali 3 aylığa işıq, qaz və digər kommunal xidmətlərdən azad olunub”Təhsil Nazirliyindən müəllimlərə - “Sizinlə birlikdə güclüyük”Ramiz Mehdiyev maaşının 50 faizini fonda ianə etdiKoronavirus əleyhinə tədbirlər laçınlıların məskunlaşdığı Taxta Körpüdə də gücləndirilib.Azərbaycanda nazirdən yeni TƏYİNATPrezident Bakı-Sumqayıt yolundakı vəziyyətlə tanış oldu - FOTOLAR (YENİLƏNİB)Nazir həbs olunan drektorun yerinə TƏYİNAT ETDİLaçın Taxta körpü Qəsəbəsində İmtiyazlı xəstələr göstərilən dövlət qayğısından razıdırlar.Evdən çıxma icazəsi üçün hazırlanan sistem təqdim olundu