Dovletxeberleri.Az
» » “İlk maaşımı bütövlükdə Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürəcəyəm” – Eldar İbrahimov

21-03-2020, 19:06“İlk maaşımı bütövlükdə Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürəcəyəm” – Eldar İbrahimov

“İlk maaşımı bütövlükdə Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürəcəyəm” – Eldar İbrahimov
Milli Məclisin (MM) İntizam komissiyasının sədri, professor Eldar İbrahimov müsahibə verib. Dovletxeberleri.az həmin müsahibəni təqdim edir.



-Eldar müəllim, dünyanı başına götürmüş koronavirus bəlası, koronavirus təhlükəsi bizim ölkəmizdən də yan keçməyib. Bu təhlükənin, bu bəlanın qarşısının alınması istiqamətində də artıq bir sıra mühüm addımlar atılıb və atılmaqdadır. Bu addımlardan biri də Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasıdır. Siz atılan addımları necə qiymətləndirirsiniz?

-Çox təəssüflər olsun ki, 21-ci əsrdə, elmin, tibbin, səhiyyənin bu qədər inkişaf etdiyi bir dövrdə dünya, bəşəriyyət koronavirus adlı bəla, təhlükə ilə üz-üzə və aciz durumda qalıb. Bu bəla elə bir dövlət yoxdur ki, gedib ona çatmasın, onun qapısını döyməsin. Çində, İranda, İtaliyada, İspaniyada, digər inkişaf etmiş Avropa ölkələrində, o cümlədən, səhiyyə sahəsində lider ölkələrdən olan qardaş Türkiyədə, ətrafımızda yerləşən dövlətlərdə yaşananlar, baş verənlər gözümüzün önündədir, hamımız bundan çox böyük kədər, dərin narahatlıq hissi keçiririk.

Rəsmi statistikaya görə, dünyada artıq 200 mindən çox insan koronavirusa yoluxub, 10 mindən çox insan bu bəladan, bu xəstəlikdən dünyasını dəyişib. Biz də təbii ki, dünyadan təcrid olunmamışıq, bizdə də koronavirusa az da olsa, yoluxanlar var. Amma sevindirici haldır ki, bizdə koronavirusa yoluxanların sayı çox deyil, artıq bir neçəsi də sağalaraq, evlərinə buraxılıblar. Burada da təbii ki, Azərbaycan dövlətinin, ölkə Prezidentinin iradəsi, qətiyyəti, ilk gündən məsələni ciddi şəkildə nəzarətdə saxlaması öz sözünü dedi. Əgər digər ölkələr də vaxtında bu məsələdə ciddiyyət, qərarlılıq göstərsəydilər, bütün addımları atsaydılar təhlükənin, bəlanın miqyası bu qədər böyük olmazdı. Azərbaycan isə bu məsələdə dünyaya bir növ nümunə oldu, Azərbacan dövləti bir daha atdığı addımlarla vətəndaşının, insanının yanında olduğunu nümayiş etdirdi.

Özünüz də görürsünüz ki, hər gün bir bir neçə fərman və sərəncam imzalanır, insanlarımızın bu bəladan qorunması üçün bütün zəruri addımlar atılır. Bu addımlardan biri də ölkə Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fondundur. Hesab edirəm ki, vaxtında atılan və təqdirəlayiq bir addımdır. Bu Fondun yaradılması hər bir Azərbaycan vətəndaşı tərəfindən dəstəklənir və dəstəklənməlidir. Bu, yalnız və yalnız xalqımızın sağlamlığının qorunması, koronavirus təhlükəsinin qarşısının daha effektiv şəkildə alınması ilə bağlı zəruri bir addımdır…

-Yeri gəlmişkən, Fonda vəsait köçürmək istəyənlər arasında MM üzvləri də fəallıq nümayiş etdirirlər…

-Belə də olmalıdır. Dünyada xalqlar fəlakətlərlə, böyük təhlükələrlə üz-üzə qalanda həmrəylik, birlik nümayiş etdirirlər. Bu, tarixən belə olub. Koronavirus da bir bəladır, bir fəlakətdir və bu bəlanın, bu fəlakətin qarşısının alınması, önlənməsi üçün kimliyindən asılı olmayaraq, hər bir kəs bir nəfər kimi səfərbər olunmalı, birlik, milli həmrəylik nümayiş etdirməlidir, populizmlə məşğul olmamalıdır.

Təkcə hər şeyi dövlətdən gözləmək, dövlətin üzərinə atmaq olmaz, hamı təşəbbüskar olmalı, hamı öz xidmətini ortaya qoymalıdır. Dövlət onsuz da üzərinə düşəni edib, edir və edəcək, buna şübhə ola bilməz. Eyni zamanda, bizlər də bu məsələdə öz məsuliyyətimizi dərk etməli, əlimizdən gələni etməyə çalışmalıyıq. Bir Azərbaycan vətəndaşı, bir millət vəkili olaraq, mən də bu prosesdən kənarda qala bilməzdim.

Odur ki, 6-cı çağırışdakı ilk aylıq məvacibimi bütövlükdə Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürməyə qərar verdim. Bu, mənim insanlıq, vətəndaşlıq borcumdur. Hesab edirəm ki, imkanı olan hər bir şəxs bu Fonda vəsait köçürməlidir. Bu, ümumu işimizin xeyrinə olan bir məsələdir. Bir sözlə, bir olaq, birlikdə olaq, güclü Azərbaycan olaq!
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Əli Əsədov koronavirusa görə Tədbirlər Planını TƏSDİQLƏDİAzərbaycanda 300 min nəfərə 215 manat kompensasiya veriləcəkBaş Nazir sahibkarlıq subyektləri ilə bağlı SƏRƏNCAM verdiMədət Quliyev Prezidentə MÜRACİƏT ETDİAzərbaycana giriş-çıxış dayandırıldı - RəsmiKİVDF-nin yeni rəhbəri kimdir? - DOSYETəhsil Nazirliyinin yeni "Qaynar xətt"i istifadəyə verildiPrezidentdən MTRŞ-ə yeni üzv təyinatıMilli Məclisin Toponomiya Komissiyasına sədr seçildiİlham Əliyev KİVDF-yə yeni icraçı direktor təyin etdiAprel qələbəsinə dair onlayn konfrans keçirildiTəhsil Nazirliyinin yeni 146-3 "Qaynar xətt" xidməti fəaliyyətə başlayacaqİnsanları xilas etmək lazımdır yoxsa İQTİSADİYYATI ? - Millət vəkili yazırHeydər Əliyev Mərkəzinin binasında həmrəylik mesajı - FotoEvdə qal və əməliyyatları Müştəri Bank-la et!“Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var” - Distant təhsilə əngəlDİN karantin rejimi ilə bağlı suallara aydınlıq gətirdiTürk PA Dağlıq Qarabağdakı qondarma seçkiləri qınadıQənirə Paşayeva seçicilərinə yardım göndərdiBazarlarda qiymətlər niyə qalxır... - REPORTAJABŞ-dakı vətəndaşlarımıza onlayn konsulluq xidməti göstəriləcəkCəbhədə gərgin gecə - Pulemyotlar susmadıHeydər Əliyevlə dost olan Xalq şairi - VİDEOİngiltərə Premyer Liqası bu gtarixdən bərpa olunacaqTürkiyədə 20 yaşadək gənclərin də küçəyə çıxması qadağan edildi - ƏrdoğanKİV nümayəndələri üçün evdən çıxma icazəsi tələb edilməyəcəkYaxın günlərdə bank kreditləri ilə bağlı qərar AÇIQLANACAQAzərbaycanda koronavirusa yoluxanlar bu ərazilərdəndir - SİYAHI“Çörək puluna işləyən fəhlələrə yardım edilməlidir...” — Deputatdan hökumətə ÇAĞIRIŞRamiz Mehdiyevin kürəkəni Koronovirusla Mübarizə Fonduna bu qədər ianə etdiGürcüdtanda: Deputat: “Əhali 3 aylığa işıq, qaz və digər kommunal xidmətlərdən azad olunub”Təhsil Nazirliyindən müəllimlərə - “Sizinlə birlikdə güclüyük”Ramiz Mehdiyev maaşının 50 faizini fonda ianə etdiKoronavirus əleyhinə tədbirlər laçınlıların məskunlaşdığı Taxta Körpüdə də gücləndirilib.Azərbaycanda nazirdən yeni TƏYİNATPrezident Bakı-Sumqayıt yolundakı vəziyyətlə tanış oldu - FOTOLAR (YENİLƏNİB)Nazir həbs olunan drektorun yerinə TƏYİNAT ETDİLaçın Taxta körpü Qəsəbəsində İmtiyazlı xəstələr göstərilən dövlət qayğısından razıdırlar.Evdən çıxma icazəsi üçün hazırlanan sistem təqdim olunduGəncədə karantin rejimini pozanlar cərimələnibCavab SMS-i olmadan evdən çıxmaq olmayacaqPrezidentdən 15373 nəfəri sevindirəcək SƏRƏNCAMSubsidiya alan fermerlerə şad xəbər!Nazirlər Kabinetindən daha bir XƏBƏRDARLIQ: “Sərnişinə görə də icazə olmalıdır”Karantin rejiminin qaydalarını pozanları bu CƏRİMƏ VƏ CƏZALAR gözləyirAprelin 4-ü Çində ümumxalq hüzn günü elan edildiVətəndaşlar iki halda yaşayış yerini İCAZƏSİZ tərk edə biləcəkAzərbaycanda evdən çıxmaq üçün bu nömrəyə SMS göndərmək lazımdırMəleykə Abbaszadə builki qəbul imtahanları ilə bağlı müraciət YAYDIAzərbaycanda yaşayış yerini İCAZƏSİZ tərk etmək olmayacaq - Tarix AÇIQLANDI