Dovletxeberleri.Az
» » Zakir Həsənov hərbiçiləri təbrik etdi

19-03-2020, 15:02Zakir Həsənov hərbiçiləri təbrik etdi

Zakir Həsənov hərbiçiləri təbrik etdi
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.



Dovletxeberleri.az xəbər verir ki, təbrikdə deyilir:



"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, çavuşlar, əsgərlər, matroslar və mülki əməkdaşlar!



Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.



Təbiətin əbədi qanunları və kainatın dəyişməz nizamı ilə əlaqədar olan Novruz bayramı ənənələrinin qorunub saxlanılması milli-mənəvi dəyərlərimizə hörmət və sevginin təzahürüdür.



Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsi olaraq bu gün Novruz ümumxalq və dövlət bayramı səviyyəsində ölkəmizdə böyük ruh yüksəkliyi ilə qeyd edilir.



Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmiz dünya dövlətləri sırasında ən layiqli yerlərdən birini tutub, iqtisadiyyatımızın fasiləsiz inkişafı təmin olunub, dövlətçilik ənənələrimiz daha da möhkəmlənib.



Ordu quruculuğu həmişə dövlət üçün prioritet olub. Böyük tarixi şəxsiyyət Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Ordusu nizami ordu kimi formalaşmağa başladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ordu quruculuğunu dinamik inkişaf etdirdi. İndi Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır.



Hərtərəfli iqtisadi inkişaf ordu quruculuğunun daha geniş miqyasda inkişafını təmin edib. Həyata keçirilən irimiqyaslı islahatlar, genişmiqyaslı təlimlər şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksəltməklə ölkəmizin müdafiə qüdrətini daha da artırıb.



İnanıram ki, Vətən qarşısında borcunuzu bundan sonra da vicdanla yerinə yetirəcəksiniz. Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və Nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlıqda yeni uğurlar əldə etməklə Ali Baş Komandanın hər bir əmrinə hazır olacaqsınız.



Bu bayram günlərində şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailə üzvlərini, Vətən uğrunda sağlamlıqlarını itirən döyüşçülərimizi, veteranları təbrik edirəm.



Bir daha hər birinizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram.



Novruz bayramınız mübarək!".
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Azərbaycanda 200 min şəxsə birdəfəlik ödəniş veriləcəkAzərbaycanda 50 min ictimai iş yeri yaradılır - 300 manat maaş veriləcəkƏli Əsədov koronavirusa görə Tədbirlər Planını TƏSDİQLƏDİAzərbaycanda 300 min nəfərə 215 manat kompensasiya veriləcəkBaş Nazir sahibkarlıq subyektləri ilə bağlı SƏRƏNCAM verdiMədət Quliyev Prezidentə MÜRACİƏT ETDİAzərbaycana giriş-çıxış dayandırıldı - RəsmiKİVDF-nin yeni rəhbəri kimdir? - DOSYETəhsil Nazirliyinin yeni "Qaynar xətt"i istifadəyə verildiPrezidentdən MTRŞ-ə yeni üzv təyinatıMilli Məclisin Toponomiya Komissiyasına sədr seçildiİlham Əliyev KİVDF-yə yeni icraçı direktor təyin etdiAprel qələbəsinə dair onlayn konfrans keçirildiTəhsil Nazirliyinin yeni 146-3 "Qaynar xətt" xidməti fəaliyyətə başlayacaqİnsanları xilas etmək lazımdır yoxsa İQTİSADİYYATI ? - Millət vəkili yazırHeydər Əliyev Mərkəzinin binasında həmrəylik mesajı - FotoEvdə qal və əməliyyatları Müştəri Bank-la et!“Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var” - Distant təhsilə əngəlDİN karantin rejimi ilə bağlı suallara aydınlıq gətirdiTürk PA Dağlıq Qarabağdakı qondarma seçkiləri qınadıQənirə Paşayeva seçicilərinə yardım göndərdiBazarlarda qiymətlər niyə qalxır... - REPORTAJABŞ-dakı vətəndaşlarımıza onlayn konsulluq xidməti göstəriləcəkCəbhədə gərgin gecə - Pulemyotlar susmadıHeydər Əliyevlə dost olan Xalq şairi - VİDEOİngiltərə Premyer Liqası bu gtarixdən bərpa olunacaqTürkiyədə 20 yaşadək gənclərin də küçəyə çıxması qadağan edildi - ƏrdoğanKİV nümayəndələri üçün evdən çıxma icazəsi tələb edilməyəcəkYaxın günlərdə bank kreditləri ilə bağlı qərar AÇIQLANACAQAzərbaycanda koronavirusa yoluxanlar bu ərazilərdəndir - SİYAHI“Çörək puluna işləyən fəhlələrə yardım edilməlidir...” — Deputatdan hökumətə ÇAĞIRIŞRamiz Mehdiyevin kürəkəni Koronovirusla Mübarizə Fonduna bu qədər ianə etdiGürcüdtanda: Deputat: “Əhali 3 aylığa işıq, qaz və digər kommunal xidmətlərdən azad olunub”Təhsil Nazirliyindən müəllimlərə - “Sizinlə birlikdə güclüyük”Ramiz Mehdiyev maaşının 50 faizini fonda ianə etdiKoronavirus əleyhinə tədbirlər laçınlıların məskunlaşdığı Taxta Körpüdə də gücləndirilib.Azərbaycanda nazirdən yeni TƏYİNATPrezident Bakı-Sumqayıt yolundakı vəziyyətlə tanış oldu - FOTOLAR (YENİLƏNİB)Nazir həbs olunan drektorun yerinə TƏYİNAT ETDİLaçın Taxta körpü Qəsəbəsində İmtiyazlı xəstələr göstərilən dövlət qayğısından razıdırlar.Evdən çıxma icazəsi üçün hazırlanan sistem təqdim olunduGəncədə karantin rejimini pozanlar cərimələnibCavab SMS-i olmadan evdən çıxmaq olmayacaqPrezidentdən 15373 nəfəri sevindirəcək SƏRƏNCAMSubsidiya alan fermerlerə şad xəbər!Nazirlər Kabinetindən daha bir XƏBƏRDARLIQ: “Sərnişinə görə də icazə olmalıdır”Karantin rejiminin qaydalarını pozanları bu CƏRİMƏ VƏ CƏZALAR gözləyirAprelin 4-ü Çində ümumxalq hüzn günü elan edildiVətəndaşlar iki halda yaşayış yerini İCAZƏSİZ tərk edə biləcəkAzərbaycanda evdən çıxmaq üçün bu nömrəyə SMS göndərmək lazımdır