Dovletxeberleri.Az
» » Baş Nazirdən qərar - Xüsusi rejimdə işə keçilir

17-03-2020, 11:42Baş Nazirdən qərar - Xüsusi rejimdə işə keçilir

Baş Nazirdən qərar - Xüsusi rejimdə işə keçilir
Baş Nazir Əli Əsədov mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə xüsus rejimdə iş normalarına dair təlimatları imzalayıb.



Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən təlimatda deyilir:



Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkili məqsədilə aşağıdakıların təmin edilməsi və icrasına ciddi nəzarət olunması Sizə tapşırılır:



İclasların, müşavirələrin və toplantıların yalnız telefon (selektor) rabitəsi, mobil və internet rabitəsi vasitəsilə keçirilməsinə üstünlük verilsin;
Mümkün olduğu halda, əməkdaşların məsafədən işləmələri məsələsinə baxılsın;
60 yaşdan yuxarı şəxslərin və öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlər tətbiq edilsin;
İşçilərin və onların ailə üzvlərindən birinin qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi halları olduğu təqdirdə həmin işçilərin işə çıxması qadağan edilsin;
Xüsusi zərurət olduğu hallar istisna olmaqla, bütün ezamiyyətlər dayandırılsın. Ezamiyyətə xüsusi zərurət olduğu hallarda, razılıq alınması məqsədilə dövlət orqanlarının və qurumlarının rəhbərləri tərəfindən operativ qərargaha əsaslandırılmış rəsmi müraciət edilsin;
Əməkdaşların xarici ölkələrə şəxsi səfərləri məhdudlaşdırılsın;
Vətəndaş qəbulu ilə əlaqədar aşağıdakı qaydalara riayət edilsin:
7.1. qəbul otağında vətəndaşların qrup və fərdi surətdə qəbulları təxirə salınsın;

7.2. yerlərdə səyyar qəbulların keçirilməsi təxirə salınsın;

7.3. vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçirilsin, bu məqsədlə hər orqan və qurumda elektron və telefon əlaqə ünvanları və nömrələri müəyyən edilsin, habelə qaynar xətlərin fasiləsiz fəaliyyəti təmin edilsin;

7.4. vətəndaş müraciətlərinin yalnız elektron və telefon vasitəsilə qəbul edilməsi məqsədilə hər orqan və qurumda məsul əməkdaşlar müəyyən edilsin;

7.5. mümkün olduğu halda, vətəndaşlara səyyar xidmətlərin göstərilməsi təşkil edilsin;

7.6. görülən tədbirlər barədə vətəndaşların məlumatlandırılması təmin olunsun;

7.7. mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət qurumları vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla yanaşsınlar.

Əməkdaşlara sosial məsuliyyətli davranmaları, xüsusi zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq hər cür ehtiyat tədbiri görmələri tapşırılsın.
Yuxarıda qeyd olunan müddəalar hüquq mühafizə və hərbi xidmət orqanlarına, dövlət əhəmiyyətli və həyat təminatlı obyektlərə, fasiləsiz iş rejimində fəaliyyət göstərən müəssisələrə, səhiyyə və digər tibb müəssisələrinin işçilərinə şamil edilmir.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Azərbaycan vətəndaşı öz dövləti ilə birlikdə daha da güclü olacağına inanırAzərbaycan istehsalı olan tibbi maskalar bu tarixdən satışa çıxarılacaqBiz birlikdə güclüyük190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz - VideoNazirlik rəsmisi: “Bütün işsiz şəxslərə birdəfəlik ödəniş verilməyəcək”Mərkəzi Bank bu bankları qalib elan etdi - SİYAHIBMT baş katibi tibb işçilərinə təşəkkür etdiƏfv sərəncamı ilə iki ömürlük məhkum azadlığa çıxdıNeft yenidən bahalaşdıNuşirəvan Məhərrəmov fəaliyyətini bu qurumda davam etdirəcəkATƏT Dağlıq Qarabağda keçirilən “seçkiləri” tanımadığını konkret ifadə edib - Səməd SeyidovGecə cəbhədə nə başverib?Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! – XALQA SEVGİ NÜMUNƏSİNazirlik birdəfəlik ödəmələrin kimlərə ayrılacağını AÇIQLADIƏfv sərəncamının icrasına başlanılıbTəhsil nazirinin müşaviri teledərslərdən yazdı: "Azərbaycan öz zəngin təcrübəsini bölüşə bilər"Komitə sədri əhaliyə müraciət etdi: Hər şeydən vacib ailədaxili mühiti sahmana salmaqdırARB TV-yə yeni direktor təyin olunubAğdaban faciəsindən 28 il ötürAdil Əliyev: “Prezidentin göstərişi ilə çox vacib bir məsələ qısa zamanda həllini tapdı”Muzdlu işçilərə ödəmələr bu həftə ərzində veriləcəkMilli Teleradio Şurasının yeni sədri kimdir? - DOSYEPrezident əfv sərəncamı İMZALADIİlham Əliyev Akif Çovdarovu ƏFV ETDİAzərbaycan 600 min işçini dövlət hesabına maliyyələşdirəcək - İlham ƏliyevAhıl və tənha insanlara qayğı göstərmək xalqımızın adət-ənənəsidirİlham Əliyev karantin rejiminin qüvvədə qalacağı tarixi AÇIQLADIİşsizlərin nəzərinə - qeydiyyat yalnız bu qaydada aparılırİlham Əliyev koronavirus təhlükəsilə bağlı xalqa MÜRACİƏT ETDİPensiya və müavinət alanlara şad xəbər - ödənişləri istənilən bankomatlardan əlavə faiz tutulmadan çıxara bilərsizVergi hesabatlarının verilməsi müddətləri AÇIQLANDIBəzi tələbələrin təhsil haqqını dövlət ödəyəcək - Layihə hazırlanırPrezident və birinci xanım maska istehsalı müəssisəsinin AÇILIŞINDANazirlikdən kasıb tələbələrin təhsil haqları ilə bağlı AÇIQLAMAHökumətin hesabatına əlavələr edildiElman Rüstəmov yenidən Mərkəzi Bankın rəhbəri təyin ediləcək?Ağcabədidə dəhşət: Qardaşları benzin töküb yandırdılarCəbhədə gərginlik: düşmən iriçaplı pulemyotlardan kəndlərimizi atəşə tutubKoronavirusu 48 saat içində məhv edən dərman tapılıbİndoneziyada 6,1 bal gücündə ZƏLZƏLƏ"İctimai Qərargah ictimai sektorun potensialını tam səfərbər edəcək" - Azay QuliyevSalyanda tibbi maskaların tikilməsinə başlanıldı.FOTOAzərbaycanda koronavirusdan 2 nəfər öldüASAN-dan tövsiyə: SMS müraciətlərini 1 saat öncədən həyata keçirsinlərEvdən çıxarkən üstünüzdə bu sənədlər olsun - XƏBƏRDARLIQMillət vəkillərimiz Vankuver sessiyasında iştirak edə bilməyəcəkSəfir diplomatiya könüllüləri ilə bu cür görüşdü“Milli Məclisdə amnistiya haqqında təklif irəli sürülə bilər” – Deputat AÇIQLADIUEFA avrokuboklar üçün son tarixi müəyyənləşdirdi"Koronavirusla mübarizə üçün Nyu-Yorka əlavə qoşun göndəriləcək" - Tramp