Dovletxeberleri.Az
» » Zakir Həsənov və Məhərrəm Əliyev cəbhə xəttinə getdi - VİDEO-FOTO

17-03-2020, 10:39Zakir Həsənov və Məhərrəm Əliyev cəbhə xəttinə getdi - VİDEO-FOTO

Zakir Həsənov və Məhərrəm Əliyev cəbhə xəttinə getdi - VİDEO-FOTO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və nazirliyin digər rəhbər heyəti ön xətdə yerləşən hərbi hissələrdən birində olublar.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitlə tanışlıqdan sonra zirehli döyüş texnikası üçün saxlanclara, avtoparka, zabit və əsgər yataqxanalarına, qazanxana, camaşırxana, tibb məntəqəsi, ərzaq və əşya anbarları, eləcə də digər xidməti və inzibati otaqlara baxış keçirilib.

Müdafiə nazirinin əmri ilə döyüş texnikasının təlim-həyəcan siqnalı ilə əraziyə çıxarılması tapşırığı uğurla icra olunub.

Qoşunların təmas xəttindəki əməliyyat şəraiti barədə məruzələri dinlədikdən və bölmələrdəki vəziyyətlə tanışlıqdan sonra general-polkovnik Z.Həsənov və general-polkovnik M.Əliyev üzbəüz yerləşən düşmən mövqelərini müşahidə ediblər. Müdafiə naziri bölmələrin daim döyüşə hazır vəziyyətdə olması barədə müvafiq tapşırıqlar verib.

Sonra Horadiz şəhərində yerləşən Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib.

Ön xətdə olan Müdafiə naziri Lələtəpə istiqamətindəki döyüş mövqelərində xidmət edən hərbi qulluqçularla görüşüb, onların xidmət şəraiti ilə maraqlanıb. Şəxsi heyətlə görüş zamanı Ali Baş Komandanın rəhbərliyi altında aparılan genişmiqyaslı hərbi islahatlar, həmçinin hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması barədə danışan general-polkovnik M.Əliyev bu məsələlərin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu vurğulayıb.

Sonda Novruz bayramı münasibətilə Ali Baş Komandanın təbrikləri şəxsi heyətə çatdırılıb, ön xətdə xidmət edən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim olunub və onlarla bayram süfrəsi arxasında söhbət aparılıb.
Zakir Həsənov və Məhərrəm Əliyev cəbhə xəttinə getdi - VİDEO-FOTO
Zakir Həsənov və Məhərrəm Əliyev cəbhə xəttinə getdi - VİDEO-FOTO
Zakir Həsənov və Məhərrəm Əliyev cəbhə xəttinə getdi - VİDEO-FOTO
Zakir Həsənov və Məhərrəm Əliyev cəbhə xəttinə getdi - VİDEO-FOTO
Zakir Həsənov və Məhərrəm Əliyev cəbhə xəttinə getdi - VİDEO-FOTO
Zakir Həsənov və Məhərrəm Əliyev cəbhə xəttinə getdi - VİDEO-FOTO
Zakir Həsənov və Məhərrəm Əliyev cəbhə xəttinə getdi - VİDEO-FOTO
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Sahibkarlara vergi stimulları və tətilləri veriləcəkAzərbaycanda 200 min şəxsə birdəfəlik ödəniş veriləcəkAzərbaycanda 50 min ictimai iş yeri yaradılır - 300 manat maaş veriləcəkƏli Əsədov koronavirusa görə Tədbirlər Planını TƏSDİQLƏDİAzərbaycanda 300 min nəfərə 215 manat kompensasiya veriləcəkBaş Nazir sahibkarlıq subyektləri ilə bağlı SƏRƏNCAM verdiMədət Quliyev Prezidentə MÜRACİƏT ETDİAzərbaycana giriş-çıxış dayandırıldı - RəsmiKİVDF-nin yeni rəhbəri kimdir? - DOSYETəhsil Nazirliyinin yeni "Qaynar xətt"i istifadəyə verildiPrezidentdən MTRŞ-ə yeni üzv təyinatıMilli Məclisin Toponomiya Komissiyasına sədr seçildiİlham Əliyev KİVDF-yə yeni icraçı direktor təyin etdiAprel qələbəsinə dair onlayn konfrans keçirildiTəhsil Nazirliyinin yeni 146-3 "Qaynar xətt" xidməti fəaliyyətə başlayacaqİnsanları xilas etmək lazımdır yoxsa İQTİSADİYYATI ? - Millət vəkili yazırHeydər Əliyev Mərkəzinin binasında həmrəylik mesajı - FotoEvdə qal və əməliyyatları Müştəri Bank-la et!“Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var” - Distant təhsilə əngəlDİN karantin rejimi ilə bağlı suallara aydınlıq gətirdiTürk PA Dağlıq Qarabağdakı qondarma seçkiləri qınadıQənirə Paşayeva seçicilərinə yardım göndərdiBazarlarda qiymətlər niyə qalxır... - REPORTAJABŞ-dakı vətəndaşlarımıza onlayn konsulluq xidməti göstəriləcəkCəbhədə gərgin gecə - Pulemyotlar susmadıHeydər Əliyevlə dost olan Xalq şairi - VİDEOİngiltərə Premyer Liqası bu gtarixdən bərpa olunacaqTürkiyədə 20 yaşadək gənclərin də küçəyə çıxması qadağan edildi - ƏrdoğanKİV nümayəndələri üçün evdən çıxma icazəsi tələb edilməyəcəkYaxın günlərdə bank kreditləri ilə bağlı qərar AÇIQLANACAQAzərbaycanda koronavirusa yoluxanlar bu ərazilərdəndir - SİYAHI“Çörək puluna işləyən fəhlələrə yardım edilməlidir...” — Deputatdan hökumətə ÇAĞIRIŞRamiz Mehdiyevin kürəkəni Koronovirusla Mübarizə Fonduna bu qədər ianə etdiGürcüdtanda: Deputat: “Əhali 3 aylığa işıq, qaz və digər kommunal xidmətlərdən azad olunub”Təhsil Nazirliyindən müəllimlərə - “Sizinlə birlikdə güclüyük”Ramiz Mehdiyev maaşının 50 faizini fonda ianə etdiKoronavirus əleyhinə tədbirlər laçınlıların məskunlaşdığı Taxta Körpüdə də gücləndirilib.Azərbaycanda nazirdən yeni TƏYİNATPrezident Bakı-Sumqayıt yolundakı vəziyyətlə tanış oldu - FOTOLAR (YENİLƏNİB)Nazir həbs olunan drektorun yerinə TƏYİNAT ETDİLaçın Taxta körpü Qəsəbəsində İmtiyazlı xəstələr göstərilən dövlət qayğısından razıdırlar.Evdən çıxma icazəsi üçün hazırlanan sistem təqdim olunduGəncədə karantin rejimini pozanlar cərimələnibCavab SMS-i olmadan evdən çıxmaq olmayacaqPrezidentdən 15373 nəfəri sevindirəcək SƏRƏNCAMSubsidiya alan fermerlerə şad xəbər!Nazirlər Kabinetindən daha bir XƏBƏRDARLIQ: “Sərnişinə görə də icazə olmalıdır”Karantin rejiminin qaydalarını pozanları bu CƏRİMƏ VƏ CƏZALAR gözləyirAprelin 4-ü Çində ümumxalq hüzn günü elan edildiVətəndaşlar iki halda yaşayış yerini İCAZƏSİZ tərk edə biləcək