Dovletxeberleri.Az
» » Millət vəkili xaricdəki azərbaycanlı tələbələrə səsləndi

16-03-2020, 07:41Millət vəkili xaricdəki azərbaycanlı tələbələrə səsləndi

Millət vəkili xaricdəki azərbaycanlı tələbələrə səsləndi

“Dünyanın koronavirus bəlası ilə üz-üzə qaldığı bir vaxtda virusun Azərbaycan daxilində yayılmasının qarşısının alınması və yoluxmuş insanların müalicəsi istiqamətində hökumət tərəfindən bütün səviyyələrdə zəruri tədbirlər görülür. Lakin vətəndaşlarımızın iştirakı və dəstəyi olmadan bu tədbirlərin effektivliyi lazımi nəticə verə bilməz. Buna görə də həm Azərbaycanda, həm xaricdə olan vətəndaşlarımız bu çətin vaxtda fərdi məsuliyyət nümayiş etdirərək olduqları ölkədə tətbiq olunan karantin qaydalarına ciddi riayət etməli, Azərbaycana qayıtmaqla öz ailə üzvləri, yaxınları və digər insanları riskə atmaqdan çəkinməlidirlər”.

Bu sözləri açıqlamasında millət vəkili Mahir Abbaszadə bildirib. Millət vəkili əlavə edib ki, xaricdə təhsil alan tələbələri yaxınlarının sağlamlığını təhlükəyə atmamaq üçün karonavirus təhlükəsi sovuşana kimi olduqları ölkələri tərk etməməlidir:

“Bu gün koronavirus təhlükəsinə görə zəruri addımlar atılır.Bu məsələ ölkə başçısı cənab İlham Əliyevin diqqətindədir.Prezident tərəfindən əhalinin sağlamlığının qorunması üçün aidiyyatı orqanlara ciddi tapşırıqlar verilib. Bu gün ölkəmizdə koronavirus təhlükəsi lokallaşdırılıb.Ona görə də hər bir vətəndaş diqqətli olmalıdır. Azərbaycan müsbət mənada ailə dəyərləri və bağlarının, qohumluq münasibətlərinin yüksək olduğu bir ölkədir. İnsanlarımız öz yaxınlarına qarşı qayğıkeşliyi ilə seçilir, yaxınlarının problemlərinə görə narahatlıq hissi keçirirlər, bir-birilərinə dəstək göstərməyə çalışırlar. Bu, millətimizin ən gözəl xüsusiyyətlərindən biridir. Bizim mentalitetdə belə bir adət var ki, xaricdə təhsil alan və ya yaşayan övlad öz vətəninə geri qayıdarkən ilk növbədə öz ailəsi və qohum-əqrəbası ilə görüşür, ünsiyyətdə olur. İndiki məqamda xaricdə oxuyan tələbələrin valideynlərinin narahatlığı başa düşüləndir. Amma tələbələr və valideynlər onu da nəzərə almalıdırlar ki, İtaliya, Fransa, Almaniya, Niderland kimi Avropa ölkələrinin səhiyyə sistemləri dünyada ən qabaqcıl sistemlərdən hesab olunur.Ona görə də onların sağlamlığına xarici ölkələrdə biganə yanaşıla bilməz. Dünyanın koronavirus bəlası ilə üz-üzə qaldığı bir vaxtda virusun Azərbaycan daxilində yayılmasının qarşısının alınması və yoluxmuş insanların müalicəsi istiqamətində hökumət tərəfindən bütün səviyyələrdə zəruri tədbirlər görülür”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Azərbaycan vətəndaşı öz dövləti ilə birlikdə daha da güclü olacağına inanırAzərbaycan istehsalı olan tibbi maskalar bu tarixdən satışa çıxarılacaqBiz birlikdə güclüyük190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz - VideoNazirlik rəsmisi: “Bütün işsiz şəxslərə birdəfəlik ödəniş verilməyəcək”Mərkəzi Bank bu bankları qalib elan etdi - SİYAHIBMT baş katibi tibb işçilərinə təşəkkür etdiƏfv sərəncamı ilə iki ömürlük məhkum azadlığa çıxdıNeft yenidən bahalaşdıNuşirəvan Məhərrəmov fəaliyyətini bu qurumda davam etdirəcəkATƏT Dağlıq Qarabağda keçirilən “seçkiləri” tanımadığını konkret ifadə edib - Səməd SeyidovGecə cəbhədə nə başverib?Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! – XALQA SEVGİ NÜMUNƏSİNazirlik birdəfəlik ödəmələrin kimlərə ayrılacağını AÇIQLADIƏfv sərəncamının icrasına başlanılıbTəhsil nazirinin müşaviri teledərslərdən yazdı: "Azərbaycan öz zəngin təcrübəsini bölüşə bilər"Komitə sədri əhaliyə müraciət etdi: Hər şeydən vacib ailədaxili mühiti sahmana salmaqdırARB TV-yə yeni direktor təyin olunubAğdaban faciəsindən 28 il ötürAdil Əliyev: “Prezidentin göstərişi ilə çox vacib bir məsələ qısa zamanda həllini tapdı”Muzdlu işçilərə ödəmələr bu həftə ərzində veriləcəkMilli Teleradio Şurasının yeni sədri kimdir? - DOSYEPrezident əfv sərəncamı İMZALADIİlham Əliyev Akif Çovdarovu ƏFV ETDİAzərbaycan 600 min işçini dövlət hesabına maliyyələşdirəcək - İlham ƏliyevAhıl və tənha insanlara qayğı göstərmək xalqımızın adət-ənənəsidirİlham Əliyev karantin rejiminin qüvvədə qalacağı tarixi AÇIQLADIİşsizlərin nəzərinə - qeydiyyat yalnız bu qaydada aparılırİlham Əliyev koronavirus təhlükəsilə bağlı xalqa MÜRACİƏT ETDİPensiya və müavinət alanlara şad xəbər - ödənişləri istənilən bankomatlardan əlavə faiz tutulmadan çıxara bilərsizVergi hesabatlarının verilməsi müddətləri AÇIQLANDIBəzi tələbələrin təhsil haqqını dövlət ödəyəcək - Layihə hazırlanırPrezident və birinci xanım maska istehsalı müəssisəsinin AÇILIŞINDANazirlikdən kasıb tələbələrin təhsil haqları ilə bağlı AÇIQLAMAHökumətin hesabatına əlavələr edildiElman Rüstəmov yenidən Mərkəzi Bankın rəhbəri təyin ediləcək?Ağcabədidə dəhşət: Qardaşları benzin töküb yandırdılarCəbhədə gərginlik: düşmən iriçaplı pulemyotlardan kəndlərimizi atəşə tutubKoronavirusu 48 saat içində məhv edən dərman tapılıbİndoneziyada 6,1 bal gücündə ZƏLZƏLƏ"İctimai Qərargah ictimai sektorun potensialını tam səfərbər edəcək" - Azay QuliyevSalyanda tibbi maskaların tikilməsinə başlanıldı.FOTOAzərbaycanda koronavirusdan 2 nəfər öldüASAN-dan tövsiyə: SMS müraciətlərini 1 saat öncədən həyata keçirsinlərEvdən çıxarkən üstünüzdə bu sənədlər olsun - XƏBƏRDARLIQMillət vəkillərimiz Vankuver sessiyasında iştirak edə bilməyəcəkSəfir diplomatiya könüllüləri ilə bu cür görüşdü“Milli Məclisdə amnistiya haqqında təklif irəli sürülə bilər” – Deputat AÇIQLADIUEFA avrokuboklar üçün son tarixi müəyyənləşdirdi"Koronavirusla mübarizə üçün Nyu-Yorka əlavə qoşun göndəriləcək" - Tramp