Dovletxeberleri.Az
» » "Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb” - İlham Əliyev

22-02-2020, 08:33"Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb” - İlham Əliyev

"Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb” - İlham Əliyev
“Bizim çox aşağı səviyyəli xarici dövlət borcumuz var, ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Mənim tərəfimdən təsdiq edilmiş strategiyaya görə, bir neçə il ərzində bu, 10 faizə düşməlidir. Bizim valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan altı dəfə çoxdur. Ona görə biz istənilən vaxtda xarici borcu sıfırlaya bilərik. Yəni, bu, imkan verir ki, biz önəmli layihələrə beynəlxalq maliyyə bazarlarından da vəsait cəlb edək, baxmayaraq ki, Beynəlxalq Maliyyə Korporasiyası – IFC-nin hesabatında Azərbaycan artıq donor ölkə kimi tanınır və bu imkanlar gələcəkdə artacaqdır”.

Dovletxeberleri.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Romada Azərbaycan-İtaliya biznes forumunda deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan ölkədən kənarda böyük investisiyalar qoyur, böyük layihələr icra edir: “Bu günə qədər ölkəmizin hüdudlarından kənarda təqribən 17 milyard dollar həcmində sərmayə qoyulubdur. İtaliya şirkətləri də bu layihələrdə iştirak edirlər. Dünən biz bu barədə söhbət etdik. Biz gələcəkdə Azərbaycanın maliyyə təminatı ilə xarici ölkələrdə reallaşan layihələrə İtaliya şirkətlərini də dəvət edirik”.

Bütövlükdə son 16 il ərzində Azərbaycan iqtisadiyyatının 3,4 dəfə artdığını diqqətə çatdıran Azərbaycan Prezidenti vurğulayıb ki, bu, dünya miqyasında rekord göstəricidir: “Eyni zamanda, əldə edilmiş gəlirlər ədalətli şəkildə bölünüb. Bunu deməyə əsas verən mühüm amil odur ki, 16 il bundan əvvəl Azərbaycan əhalisinin təxminən 50 faizi yoxsulluq şəraitində yaşayıb. Bu gün isə yoxsulluq şəraitində yaşayanların sayı 4,8 faizdir. Bir sözlə, ölkə qarşısında ciddi iqtisadi problemlər yoxdur. Əsas məsələ biznes iqliminin yaxşılaşdırılmasıdır və bu sahədə də islahatlar aparılıb və bu gün yəqin ki, bu barədə danışılacaq. Bir məsələni qeyd etmək istəyirəm ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan biznes mühitinin sağlamlaşdırılması istiqamətində atılmış addımlara görə 20 ən islahatçı ölkə sırasındadır”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Türk PA Dağlıq Qarabağdakı qondarma seçkiləri qınadıQənirə Paşayeva seçicilərinə yardım göndərdiBazarlarda qiymətlər niyə qalxır... - REPORTAJABŞ-dakı vətəndaşlarımıza onlayn konsulluq xidməti göstəriləcəkCəbhədə gərgin gecə - Pulemyotlar susmadıHeydər Əliyevlə dost olan Xalq şairi - VİDEOİngiltərə Premyer Liqası bu gtarixdən bərpa olunacaqTürkiyədə 20 yaşadək gənclərin də küçəyə çıxması qadağan edildi - ƏrdoğanKİV nümayəndələri üçün evdən çıxma icazəsi tələb edilməyəcəkYaxın günlərdə bank kreditləri ilə bağlı qərar AÇIQLANACAQAzərbaycanda koronavirusa yoluxanlar bu ərazilərdəndir - SİYAHI“Çörək puluna işləyən fəhlələrə yardım edilməlidir...” — Deputatdan hökumətə ÇAĞIRIŞRamiz Mehdiyevin kürəkəni Koronovirusla Mübarizə Fonduna bu qədər ianə etdiGürcüdtanda: Deputat: “Əhali 3 aylığa işıq, qaz və digər kommunal xidmətlərdən azad olunub”Təhsil Nazirliyindən müəllimlərə - “Sizinlə birlikdə güclüyük”Ramiz Mehdiyev maaşının 50 faizini fonda ianə etdiKoronavirus əleyhinə tədbirlər laçınlıların məskunlaşdığı Taxta Körpüdə də gücləndirilib.Azərbaycanda nazirdən yeni TƏYİNATPrezident Bakı-Sumqayıt yolundakı vəziyyətlə tanış oldu - FOTOLAR (YENİLƏNİB)Nazir həbs olunan drektorun yerinə TƏYİNAT ETDİLaçın Taxta körpü Qəsəbəsində İmtiyazlı xəstələr göstərilən dövlət qayğısından razıdırlar.Evdən çıxma icazəsi üçün hazırlanan sistem təqdim olunduGəncədə karantin rejimini pozanlar cərimələnibCavab SMS-i olmadan evdən çıxmaq olmayacaqPrezidentdən 15373 nəfəri sevindirəcək SƏRƏNCAMSubsidiya alan fermerlerə şad xəbər!Nazirlər Kabinetindən daha bir XƏBƏRDARLIQ: “Sərnişinə görə də icazə olmalıdır”Karantin rejiminin qaydalarını pozanları bu CƏRİMƏ VƏ CƏZALAR gözləyirAprelin 4-ü Çində ümumxalq hüzn günü elan edildiVətəndaşlar iki halda yaşayış yerini İCAZƏSİZ tərk edə biləcəkAzərbaycanda evdən çıxmaq üçün bu nömrəyə SMS göndərmək lazımdırMəleykə Abbaszadə builki qəbul imtahanları ilə bağlı müraciət YAYDIAzərbaycanda yaşayış yerini İCAZƏSİZ tərk etmək olmayacaq - Tarix AÇIQLANDIBu sahələrdə fasiləsiz işləyəcək - Baş Nazir TƏSDİQLƏDİNazirlər Kabinetindən xüsusi karantin rejimi ilə bağlı YENİ QƏRARPrezident Sahil Babayevə yeni müavin təyin etdi - FOTOÜnvanlı yardımın təyin olunma müddəti bitən ailələrə şad xəbər - Davam edəcəkLaçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı ərazilərdə “Koronavirus (COVİD-19) xəstəliyinə qarşı tədbirlər davam etdirilir.Nazirlikdən “Virtual məktəb”ə qoşula bilməyən şagirdlərlə bağlı açıqlamaSəhiyyə komitəsinin onlayn iclası keçirildiPrezidentdən Aprel döyüşləri ilə bağlı paylaşım - FOTOİcma Kəlbəcərin işğalının 27-ci ildönümü ilə bağlı bəyanat yaydıHökumətin hesabatı bu gün deputatlara paylanılacaqAztəminatlı əhaliyə, ailələrə yardım oluna bilər - İbrahim MəmmədovDeputatların “WhatsApp” qrupu YARADILDIXİN-dən Qarabağdakı qondarma “seçkilər”lə bağlı açıqlamaAzərbaycanda hər bir vətəndaşın hərəkətləri elektron cihazlar vasitəsilə izləniləcəkNeft bahalaşıbBaş nazirdən qərar – Bu texnikalar ƏDV-dən azad edildiKoronavirus nə vaxt bitəcək? - Nazirlik rəsmisindən 3 suala 3 cavab