Dovletxeberleri.Az
» » "Milli Məclisin yeni tərkibi ölkəmizdə həyata keçirilən islahatlara töhfəsini verəcək" - YAP

10-02-2020, 07:39"Milli Məclisin yeni tərkibi ölkəmizdə həyata keçirilən islahatlara töhfəsini verəcək" - YAP

"Milli Məclisin yeni tərkibi ölkəmizdə həyata keçirilən islahatlara töhfəsini verəcək" - YAP
Azərbaycan Respublikasının Milli Məclisinə 9 fevral 2020-ci ildə keçirilmiş növbədənkənar seçkilər başa çatıb. Seçkiləri izləyən çoxsaylı beynəlxalq və yerli müşahidəçilərin rəyi seçki prosesinin azad, demokratik, şəffaf şəraitdə ölkənin qanunvericiliyinə tam uyğun olaraq keçirildiyini sübuta yetirir. Seçkilərdə 1314 namizədin iştirak etməsi deputat mandatı uğrunda mübarizənin yüksək rəqabət şəraitində aparılmasından xəbər verir.

Dovletxeberleri.az xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının fevralın 9-da Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı məlumatında deyilir.


Məlumatda bildirilir ki, “Daha güclü Azərbaycan naminə” çağırışı ilə seçkilərə qatılan Yeni Azərbaycan Partiyası 123 dairədə qeydiyyatdan keçmiş namizədi ilə geniş və əhatəli seçki kampaniyası aparmağa müvəffəq olub. Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalq arasında yüksək şəxsi nüfuzu, həyata keçirdiyi siyasətin möhtəşəm nəticələri, ölkə iqtisadiyyatının sürətli inkişafı, əhalinin rifahının yüksəlməsi, Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmlənməsi, uğurla davam edən genişmiqyaslı islahatlar Yeni Azərbaycan Partiyasının sözügedən seçkilərdə istinad etdiyi əsəs məqamlar olub. Qeyd etmək yerinə düşər ki, seçkilərə şəxsi keyfiyyətləri sayəsində insanlar arasında böyük nüfuz qazanmış layiqli namizədləri ilə qatılan Yeni Azərbaycan Partiyasının seçki kampaniyasının uğurla həyata keçirilməsinə partiyanın çoxsaylı üzvləri və könüllüləri də böyük töhfə veriblər.

Seçkilərin gedişatını izləyən bir sıra mötəbər beynəlxalq sorğu mərkəzlərinin (exit-poll) verdikləri açıqlamalar Yeni Azərbaycan Partiyasının Milli Məclisə növbədənkənar seçkilərdə əhəmiyyətli uğurlar qazandığını söyləməyə əsas verir.

Yeni Azərbaycan Partiyası bu seçkilərdə səsvermənin gedişini özünün çoxminli müşahıdəçiləri ilə geniş şəkildə izləyib. Onların verdiyi məlumatlara görə seçkilərə qatılmış bəzi namizədlər və onların tərəfdaşları səsvermə prosesini pozmağa, müxtəlif təxribatlarla demokratik və azad keçirilən seçkilərə kölgə salmağa cəhdlər göstəriblər.

Yeni Azərbaycan Partiyası bu seçkilərdə onun irəli sürdüyü namizədlərə və nəticə etibarilə Azərbaycan Respublikasının Prezidentinin siyasətinə səs vermiş vətəndaşlarımıza dərin minnətdarlığını ifadə edir və əmin olduğunu bildirir ki, Milli Məclisin yeni tərkibi ölkəmizdə həyata keçirilən islahatlara öz dəyərli töhfəsini verəcək.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İlham Əliyev Ərdoğanla görüşdüƏrdoğanın rəsmi qarşılanma mərasimi olubAvropa İttifaqı koronavirusla mübarizəyə 230 milyon avro ayırırŞəhid İbrahim Vəliyevin cənazəsi Zərdaba gətirildiDaha bir məntəqədə seçkilərin nəticəsi ləğv edildiSOCAR Dubayda beynəlxalq tədbirdə iştirak edirDağlıq Qarabağın azərbaycanlı icması bəyanat yaydıPrezident vəzifəli şəxsləri İranla sərhədə göndərdiÜlviyyə Ağayevanın lider olduğu dairə barədə QƏRARŞəhidimiz kimdir?İlham Əliyevdən Tokio-2020 ilə bağlı SƏRƏNCAMAzərbaycanın dini icmalarının rəhbərlərindən dünya ictimaiyyətinə MÜRACİƏTAzərbaycanda koronovirusla bağlı səs yazısına aydınlıq gətirildi - RƏSMİPrezident İlham Əliyev Ərdoğana başsağlığı verdiÜmumavropa Qarabağ Mitinqi məqsədinə çatdı: “İnsanların sayı çox idi...meydana yerləşə bilmirdik”Azərbaycana 60 min kiloqram qurban əti göndərildiİlham Əliyevin İtaliyaya səfəri başa çatdıŞəhid Akif Elşən oğlu Abbasov Ağcabədi rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb.Yeni seçilən deputatların SİYAHISIBerlində Ümumavropa Qarabağ mitinqi başa çatdı - FOTOLARMünhenin ƏKS-SƏDASI: Qarabağla bağlı erməni və azərbaycanlı tarixçilərin debatı mümkündürmü...“Azəriqaz” yeni şəffaf sayğac qutuları quraşdıracaqCəbhədə gərginlik artıb - atəş kəsmirQondarma rejimin xaricdəki ofisləri bağlana bilər? - Rəsmi Bakıdan CAVAB"Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb” - İlham ƏliyevAzərbaycanın da qoşulduğu neft alyansı dağıla bilərKoronavirusun yayıldığı ölkələr və itkilər- SİYAHIBu ölkə də vətəndaşlarını Çindən təxliyə edirAzərbaycan və Türkiyə diaspora fəaliyyətini gücləndirəcəkATƏT PA-nın sessiyasında ermənilərə sərt tənqid - VİDEOBakıda Küveytin Dövlət müstəqilliyinin 59-cu ildönümü qeyd edildi"Əsas vəzifəmiz Azərbaycanla İtaliya arasında ticarət əlaqələrinin şaxələndirilməsidir" - İlham ƏliyevLeyla Əliyeva Romada FAO-nun yeni baş direktoru ilə görüşdü - FOTOMSK-nın 4 saat çəkən iclası başa çatdıHəbs olunan icra başçısının videosu yayıldı - VİDEOMSK sədrindən dairə və məntəqə sədrlərinə XƏBƏRDARLIQDSK-nın Musa Qasımlının dairəsi barədə qərarı qüvvədə SAXLANILDIİlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olduAzərbaycan İtaliyadan hərbi təyyarələr alacaqATV-yə xəbərdarlıq olundu - Manaf Ağayevə görəTəhsil Nazirliyindən DTX tərəfindən saxlanılan şöbə müdiri ilə bağlı AÇIQLAMATəhsil naziri məktəb direktoruna tapşırıq verdi - ZənginləşdirinDTX Neftçalada daha iki vəzifəli şəxs SAXLADI - FOTOÇindən gələn ukraynalılar ölkəyə buraxılmadıİlham Əliyev: “Ölkənin iqtisadiyyatı sabitdir”"QARABAĞ AZƏRBAYCANDIR" - İlham Əliyev İtaliya prezidenti ilə birgə bəyanat verdi + TAM MƏTNMehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olubMehrablı kəndində səyyar qəbul-görüş keçirilmişdir.Prezident Neftçalanın icra başçısını vəzifəsindən azad etdiAydın Mirzəzadənin lider namizəd olduğu dairə ilə bağlı QƏRAR VERİLDİ