Dovletxeberleri.Az
» » Qənirə Paşayeva seçicilərlə görüşdü

18-01-2020, 08:23Qənirə Paşayeva seçicilərlə görüşdü

Qənirə Paşayeva seçicilərlə görüşdü
105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd, millət vəkili Qənirə Paşayeva rayonun Qədirli, Qaraxanlı, Düz Cırdaxan kəndinin sakinləri ilə görüşüb.

Dovletxeberleri.az xəbər verir ki, hər 3 kəndi gəzərək sakinlərlə görüşən Qənirə Paşayeva ötən illər ərzində seçicilərinin problemlərinin həlli üçün əlindən gələni etməyə çalışıb.

Daha sonra kənd sakinlərinin qayğılarını dinləyən Q. Paşayeva ölkəmiz güclənir və yaxın zamanlarda həllini gözləyən problemlərin də öz həllini tapacağına inandığını deyib. Q.Paşayeva Azərbaycanın bölgədə və dünyada artan nüfuzu, beynəlxalq siyasətdə Azərbaycanın rolu və yeri haqqında, bütün ölkədə, eləcə də 105 saylı Tovuz seçki dairəsi ərazisində və ümumiyyətlə Tovuz rayonunda cənab Prezidentimizin rəhbərliyi altında dövlət tərəfindən həyata keçirilmiş böyük işlər, önəmli layihələri vurğulayaraq rayonun daha da inkişafı istiqamətində işlərin daha da sürətlənəcəyini deyib.
Q.Paşayeva bildirib ki, 14 illik fəaliyyəti dövründə Qədirli, Qaraxanlı, Düz Cırdaxan kəndlərinin sakinlərinin sağlamlıqla, təhsillə və bir sıra digər problemlərlə bağlı yüzlərlə məktubu və birbaşa müraciətinin müsbət həll olunması üçün əlindən gələni edib, kənd sakinləri və ümumiyyətlə tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq.

Sakinləri parlament seçkilərində fəal iştirak etməyə çağıran deputatlığa namizəd bütün seçkilərdə vətəndaşların fəal iştirakını onların Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə verdikləri dəyərli töhfə kimi qiymətləndirib. Görüşdə yüzlərlə kənd sakini, ziyalılar Q.Paşayevanın təkcə rayon səviyyəsində deyil, respublika səviyyəsində 14 illik fəaliyyətini, onlarla mütəmadi olaraq görüşməsini, onların problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışmasını yüksək qiymətləndirdiklərini vurğulayaraq yenidən ona etimad göstərəcəklərini, ona səs verəcəklərini deyiblər. Millət vəkili kənd sakinlərini narahat edən bəzi problemlərin həlli istiqamətində onları dinləyib, müzakirələr aparıb.

Millət vəkili görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları üçün müvafiq qurumlara müraciət edərək həllinə dəstək olmağa çalışıb. Q.Paşayeva həmçinin hər 3 kənddə yaşayan bir sıra fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb.

Q.Paşayeva bir sıra şəhid ailələr, müharibə əlil və veteranlarını da ziyarət edərək onların qayğı və problemləri ilə maraqlanıb. Sizin dəstəyiniz mənim üçün mənəvi olaraq çox önəmli dəstəkdir deyən Q.Paşayeva hər birinə göstərdikləri dəstək və etimaddan dolayı təşəkkürünü bildirib.

Seçicilər yenə seçimlərinin millət vəkili Qənirə Paşayeva olacağını vurğulayıblar və ona uğurlar diləyiblər.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Azərbaycan vətəndaşı öz dövləti ilə birlikdə daha da güclü olacağına inanırAzərbaycan istehsalı olan tibbi maskalar bu tarixdən satışa çıxarılacaqBiz birlikdə güclüyük190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz - VideoNazirlik rəsmisi: “Bütün işsiz şəxslərə birdəfəlik ödəniş verilməyəcək”Mərkəzi Bank bu bankları qalib elan etdi - SİYAHIBMT baş katibi tibb işçilərinə təşəkkür etdiƏfv sərəncamı ilə iki ömürlük məhkum azadlığa çıxdıNeft yenidən bahalaşdıNuşirəvan Məhərrəmov fəaliyyətini bu qurumda davam etdirəcəkATƏT Dağlıq Qarabağda keçirilən “seçkiləri” tanımadığını konkret ifadə edib - Səməd SeyidovGecə cəbhədə nə başverib?Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! – XALQA SEVGİ NÜMUNƏSİNazirlik birdəfəlik ödəmələrin kimlərə ayrılacağını AÇIQLADIƏfv sərəncamının icrasına başlanılıbTəhsil nazirinin müşaviri teledərslərdən yazdı: "Azərbaycan öz zəngin təcrübəsini bölüşə bilər"Komitə sədri əhaliyə müraciət etdi: Hər şeydən vacib ailədaxili mühiti sahmana salmaqdırARB TV-yə yeni direktor təyin olunubAğdaban faciəsindən 28 il ötürAdil Əliyev: “Prezidentin göstərişi ilə çox vacib bir məsələ qısa zamanda həllini tapdı”Muzdlu işçilərə ödəmələr bu həftə ərzində veriləcəkMilli Teleradio Şurasının yeni sədri kimdir? - DOSYEPrezident əfv sərəncamı İMZALADIİlham Əliyev Akif Çovdarovu ƏFV ETDİAzərbaycan 600 min işçini dövlət hesabına maliyyələşdirəcək - İlham ƏliyevAhıl və tənha insanlara qayğı göstərmək xalqımızın adət-ənənəsidirİlham Əliyev karantin rejiminin qüvvədə qalacağı tarixi AÇIQLADIİşsizlərin nəzərinə - qeydiyyat yalnız bu qaydada aparılırİlham Əliyev koronavirus təhlükəsilə bağlı xalqa MÜRACİƏT ETDİPensiya və müavinət alanlara şad xəbər - ödənişləri istənilən bankomatlardan əlavə faiz tutulmadan çıxara bilərsizVergi hesabatlarının verilməsi müddətləri AÇIQLANDIBəzi tələbələrin təhsil haqqını dövlət ödəyəcək - Layihə hazırlanırPrezident və birinci xanım maska istehsalı müəssisəsinin AÇILIŞINDANazirlikdən kasıb tələbələrin təhsil haqları ilə bağlı AÇIQLAMAHökumətin hesabatına əlavələr edildiElman Rüstəmov yenidən Mərkəzi Bankın rəhbəri təyin ediləcək?Ağcabədidə dəhşət: Qardaşları benzin töküb yandırdılarCəbhədə gərginlik: düşmən iriçaplı pulemyotlardan kəndlərimizi atəşə tutubKoronavirusu 48 saat içində məhv edən dərman tapılıbİndoneziyada 6,1 bal gücündə ZƏLZƏLƏ"İctimai Qərargah ictimai sektorun potensialını tam səfərbər edəcək" - Azay QuliyevSalyanda tibbi maskaların tikilməsinə başlanıldı.FOTOAzərbaycanda koronavirusdan 2 nəfər öldüASAN-dan tövsiyə: SMS müraciətlərini 1 saat öncədən həyata keçirsinlərEvdən çıxarkən üstünüzdə bu sənədlər olsun - XƏBƏRDARLIQMillət vəkillərimiz Vankuver sessiyasında iştirak edə bilməyəcəkSəfir diplomatiya könüllüləri ilə bu cür görüşdü“Milli Məclisdə amnistiya haqqında təklif irəli sürülə bilər” – Deputat AÇIQLADIUEFA avrokuboklar üçün son tarixi müəyyənləşdirdi"Koronavirusla mübarizə üçün Nyu-Yorka əlavə qoşun göndəriləcək" - Tramp