Dovletxeberleri.Az
» » Prezident İlham Əliyev: Müstəqilliyə gedən yol Heydər Əliyevin adı ilə bağlıdır

27-11-2019, 14:17Prezident İlham Əliyev: Müstəqilliyə gedən yol Heydər Əliyevin adı ilə bağlıdır

Prezident İlham Əliyev: Müstəqilliyə gedən yol Heydər Əliyevin adı ilə bağlıdır“Müstəqilliyə gedən yol da Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun qərarı ilə Naxçıvan Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi təsis olundu və buna oxşar digər qərarlar qəbul edildi. O vaxt Sovet İttifaqının saxlanmasına dair referendum keçirilmişdir və Azərbaycan üzrə referendum saxtalaşdırılmışdır. Guya ki, Azərbaycan əhalisi Sovet İttifaqının saxlanmasına səs vermişdir. Halbuki bu, belə deyildi. Naxçıvanda referendum keçirilmədi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı. Bu da müstəqilliyə aparan yol idi. Azərbaycanda siyasi sistemi formalaşdıran Yeni Azərbaycan Partiyası təsis edildi. Çünki partiya yaranana qədər Azərbaycanda siyasi sistem, partiyalar yox idi. Ayrı–ayrı silahlı dəstələr öz adlarını partiya qoymuşdular və bir-biri ilə mübarizə aparırdılar, torpaqlar isə işğal altına düşürdü. Əgər Heydər Əliyev müstəqilliyin ilk illərindən Azərbaycanda rəhbər olsaydı, heç vaxt torpağımız işğal altına düşməzdi. Azərbaycanın Heydər Əliyevə qədərki bütün rəhbərləri fərarilik etmiş, xalqı və ölkəni ağır vəziyyətdə tərk etmiş, qaçmışlar, ikisi Moskvaya, biri Kələkiyə. Bu, fərarilikdir, bu, satqınlıqdır, bu, xəyanətdir. Liderin vəzifəsidir dövləti qorumaq, liderin vəzifəsidir xalqla bir yerdə olmaq. Ən ağır, ən çətin anlarda lider qabaqda olmalıdır, Heydər Əliyev kimi. O, hər birimiz üçün nümunədir. Burada əyləşən gənclər də bu tarixi bilməlidirlər. Mən dəfələrlə bunu demişəm. Biz - bu tarixi yaşayan insanlar, əlbəttə ki, heç vaxt bunu unutmayacağıq. Bugünkü uğurlu inkişafımızı hər zaman qiymətləndirəcəyik. Gənclər bunu görməyiblər. Onlara elə gəlir ki, həmişə belə olub. Onlara elə gəlir ki, Azərbaycan həmişə belə çiçəklənən, firavan dövlət olub. Belə deyildi. Biz o günləri yaxşı xatırlayırıq. Xalq Cəbhəsi-Müsavat cütlüyünün xəyanətkar hakimiyyəti dövründə on minlərlə insan saatlarla çörək növbəsində dayanırdı. Əli silahlı quldurlar meydan oxuyurdular, şəhərlərimizdə insanları incidirdilər, oğurlayırdılar, işgəncələr verirdilər, jurnalistləri döyürdülər. Məhz Xalq Cəbhəsi-Müsavat hakimiyyəti - özünü demokrat adlandıran bu ünsürlər Azərbaycanda senzura tətbiq etmişdilər. Heydər Əliyev hakimiyyətə gələndən sonra senzuranı ləğv etdi. Gənclər bu tarixi bilməlidirlər. Müəllimlər bu tarixi onlara çatdırmalıdırlar ki, həm həqiqəti bilsinlər, həm də Azərbaycan gələcəkdə heç vaxt bu ağır vəziyyətə düşməsin. Azərbaycan heç vaxt gözü kölgəli olmasın, heç vaxt başqasının iradəsindən asılı olmasın, heç vaxt başqa dövlətlər qarşısında baş əyməsin. AXC-Müsavat cütlüyü dövründə prezidentin kabinetinin qapısını xarici səfirlər ayaqları ilə açırdılar, ona göstərişlər verirdilər. O da məzlum bir adam kimi o göstərişləri yerinə yetirirdi. Ona görə belə günə düşdü. Məgər bizi bizdən çox sevən, istəyən varmı? Bu gün bəzi hallarda bəzi xarici dairələrdən eşidirik ki, biz Azərbaycana kömək etmək istəyirik, biz Azərbaycanı belə inkişaf etmiş ölkə kimi görmək istəyirik. Hamısı yalandır. Mən tam səmimiyyətlə deyirəm. Bizim ən ağır günlərimizdə xəzinə boş idi, Xalq Cəbhəsi-Müsavat cütlüyü talamışdı, ləl-cavahirat fondunu talamışdı. İnsanlar öz axırıncı qızıl əşyalarını aparırdılar ki, ordumuza kömək etsinlər. O vaxt prezident, dövlət katibi, baş nazir o ləl-cavahirat fondunu talan etmişlər. İndi onun izi-tozu da qalmayıb. O vaxt xəzinə boş olanda, biz kreditlər üçün müraciət edəndə heç kim bizə kredit vermirdi. Yaxşı, əgər siz Azərbaycanı bu qədər sevirsinizsə, nə üçün o vaxt bizə kömək etməmisiniz?! Nə üçün ağır vəziyyətdə olan ölkəyə kömək etməmisiniz?! İndi sıra ilə düzülüblər bizə kredit vermək istəyənlər. Biz almırıq. Biz özümüz kredit veririk. Bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünyada doqquzuncu yerdəyik. İndi istənilən məbləğdə - bax, sabah 10 milyard dollar lazım olsa, alarıq. Almırıq, qoymuram. Borcu yenə də endirirəm. Ona görə kimsə deyəndə ki, biz Azərbaycanın yaxşılığını istəyirik, inanmayın, gənclər də inanmasınlar. Bizdən çox bizi istəyən heç vaxt olmayıb və olmayacaq.” Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə soyləyib.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Zakir Fərəcov əsaslı təmirdən sonra istifadəyə verilən bağçanın açılışında iştirak edibVilayət Eyvazov mayora vəzifə verdiAğcabədililər öz millət vəkilərini seçirDünyanın ən gənc baş naziri seçildi - FOTOMüqabil Baxışovun özünü intihar etməsinin Laçın Rayon İcra Hakimiyyətinin başçısı və Laçın Rayon Təhsil Şöbəsinin müdiri ilə heç bir bağlığı yoxdur.İlham Əliyev rusiyalı naziri qəbul edib - YENİLƏNİBAvropa Tıbbı Assosiasiyası Milana VİP Hospitala İnstitut üzvlüyü təqdimatında xatirəPrezident Administrasiyasının məsul işçiləri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyiblərErmənistan ordusu sərhəd rayonlarımızı atəşə tutubMilli Məclisin deputatları AŞPA-nın büro və komitə iclaslarına gediblərErməni əsir və girovluğundakı azərbaycanlılar - 29 uşaq, 98 qadın, 112 qoca, 604 hərbçi...Azərbaycan taekvondoçuları Avropa birinciliyində 7 medal qazanıbSumqayıtda daha bir tibb müəssisəsi təmirdən sonra istifadəyə verilib – FOTOLARYAP-ın deputatlığa namizəd siyahısı nə vaxt açıqlanacaq? – Rəsmilərdən CAVABBaş nazir Şahin Mustafayevə yeni vəzifə verdiBaş nazir magistratura ilə bağlı qaydalara dəyişiklik etdi - QƏRAR"Prezidentimizi yalnız televizorda görmüşdüm" - VİDEODeputatlığa namizəd olmaq istəyənlərin nəzərinə - Müddət açıqlandıTürkmənistan Prezidenti 528 məhkumu əfv etdi - FƏRMANLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Taxta Körpü ərazisindəki Mişni obasında keçirilmişdirSumqayıtlılar bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə qoşuldu - FOTOLARLaçınlılarda nəcib təşəbbüsə həvəslə qoşuldularBu gün Azərbaycanda 650 min ağac əkiləcək - Birinci vitse-prezidentin TƏŞƏBBÜSÜŞənlik kənd inzibati ərazi vahidində vətəndaşlarla səyyar qəbul keçirmişdir.Məleykə Abbaszadə kadr islahatlarından DANIŞDIAzərbaycan Dillər Universitetinə “yeni rektor” seçildiAzTV bu ölkələrdə müxbir məntəqələri yaradıb: Amerika, Türkiyə, Çin…Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiNazirlər Kabinetinə iki şöbə müdiri təyin olundu - ADLARPREZİDENT İKİ İCRA BAŞÇISI TƏYİN ETDİ - Deputata yeni vəzifə verildiSumqayıt şəhərində qışa hazırlıqla bağlı geniş iclas keçirilibMilli Məclis qanunvericilik fəaliyyətini dayandırıb - Səfa MirzəyevAğcabədi rayonunda Beynəlxalq Əlillər Günü qeyd edildi.Konstitusiya Məhkəməsi bu gün deputatların məsələsinə BAXACAQDekabrda son 8 gün ardıcıl iş günüdür – Nazirlər Kabinetindən dəyişiklikNazirlər Kabinetində yeni təyinat - Baş Nazirin köməkçisi rəis olduSəyyar qəbul : Vətəndaşlarla birbaşa ünsiyyət Kəhrizli kəndiMilli Məclis icbari tibbi sığorta haqlarını müəyyən etdiElmar Məmmədyarov Sergey Lavrovla GÖRÜŞÜRSəadət Yusifovaya Prezident Administrasiyasında yeni vəzifə verildi“Aprel şəhidi”nin xanımı bələdiyyə seçkisinə QATILIB“Şəhidimiz” kampaniyasına qoşulan könüllü gənclər Ağcabədidə şəhid ailələrinə baş çəkiblərSOCAR vitse-prezidenti vəzifədən AZAD EDİLDİRus deputat Dilqəmlə Şahbaza görə yeni Ombudsmanla görüşəcəkBakı şəhərində “Məişət zəminində baş verən zorakılıqlara susmayaq” adlı layihəsi çərçivəsində tədbir başa vurulduPrezident Administrasiyasına yeni şöbə müdiri təyin olundu - DOSYEİlham Əliyev əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına 20 milyon ayırdı - SƏRƏNCAM“Lavrov İrəvanda imzaldığının eynisini Bakıda imzalayacaq” - ŞƏRHAzərbaycanın yeni Ombudsmanı kollektivə təqdim olunubSürücülərin nəzərinə - Etibarnamələrin verilməsi elektronlaşdırıldı