Dovletxeberleri.Az
» » “Yeni baş nazir Novruz Məmmədovun bir çox qərarlarını ləğv edəcək” – İDDİA

9-11-2019, 18:33“Yeni baş nazir Novruz Məmmədovun bir çox qərarlarını ləğv edəcək” – İDDİA

“Yeni baş nazir Novruz Məmmədovun bir çox qərarlarını ləğv edəcək” – İDDİA
“Parlament bayrağın şaquli vəziyyətdə necə asılmalı olduğu haqda qanun qəbul edib. Nazirlər Kabineti isə bununla bağlı qərar verib. Keçmiş baş nazir Novruz Məmmədov vəzifədə olanda bayrağın hansı formada asılmalı olduğu haqda sözümü demişəm”.



Bu barədə Milli Məclisin deputatı Aqil Abbas danışıb. O, Novruz Məmmədov işdən çıxdığına görə yenidən danışmağı düzgün hesab etmir:

“Çünki bu vaxta qədər mən nə işdən çıxan adamın arxasınca danışmışam, nə də yazı yazmışam. O, vəzifədə olarkən mən parlamentdə bayrağın hansı formada asılmasının daha doğru olduğunu bildirmişəm. Baş nazirin hüququ yoxdur ki, bayrağın necə asılması haqqında qərar qəbul etsin. Çünki bayrağın hansı formada asılması haqqında parlamentdə qanun qəbul olunub. Keçmiş baş nazir Artur Rasizadənin olduğu dövrdə də bayrağın hansı formada asılması barədə parlamentin qəbul etdiyi qanuna əsasən təsdiqlənib. Novruz müəllim gəldi, dörd-beş ay bundan qabaq qəfil qərar verdi ki, bayraq bu cür asılmalıdır. Qardaş, bir qərar verirsənsə, bunu əsaslandırmalısan ki, bu bayraq niyə bu cür asılacaq. Axı, sən onu əsaslandırmamısan. Bu deyir bu cür asaq, ayrı bir baş nazir gələndə də deyəcək ki, çevirək bu cür asaq. Belə qanun ola bilməz. Qanun bir dəfə qəbul olunur. Eyni zamanda, əsaslandırılır”.



Aqil Abbas bildirib ki, ilk olaraq, millətdir, ardınca çağdaşlıqdır, sonra İslamdır. Bayraq da bu cür asılmalıdır:

“Yazıda da bu cür sıralama var. Soldan sağa yazırıq, yuxarıdan aşağıya doğru sıralayırıq. Bayraq da bu cür asılmalıdır. Yəni, birinci göy rəng - millət olmalıdır. Millət olanda din var idi?! Şumerlərdən üzü bəri on min ildir ki, bu millət var və formalaşıb. Varlığımızın rəsmi tarixi təxminən bu cür götürülür. İndi nə oldu? Yenə də millət birinci olmalıdır. Mən bu sözü demişəm və yenə də sözümün üstündəyəm. Yəqin hörmətli baş nazir Əli Əsədov Novruz müəllimin bir çox qərarlarını ləğv edəcək”.

Qeyd edək ki, keçmiş baş nazir Novruz Məmmədov ötən il iyunun 22-də verdiyi qərarla bayrağın asılması qaydasına dəyişiklik edib. Keçmiş baş nazirin qərarına əsasən, bayrağımızın şaquli vəziyyətdə, yaşıl rəng solda olmaqla asılması qaydası təsdiq edilib. Bundan əvvəl isə əksinə olaraq, mavi rəngin solda olması qaydalarda öz əksini tapmışdı.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Prezident İlham Əliyev bir qrup müsəlman din xadimlərini qəbul edib - FOTOSona Əliyeva: Radikal müxalifətin təmsilçiləri xaricdəki havadarlarının sifarişlərini yerinə yetirirlər4 hakimə töhmət verildi, 2 hakim haqda intizam icraatı başladı - 1 hakimsə qovulduSabahdan məktəblərdə tətil başlayırErmənistan atəşkəsi 20 dəfə pozduNazilikdən işsizlərlə bağlı yenilik“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - Üç DEPUTATPrezident dünyanın dini liderlərinin şərəfinə rəsmi ziyafət verdi - FOTOLAR“18 yaşına çatmayan əlillərə ayrılan müavinətlər daha da artırılsın” – Qənirə PaşayevaABŞ-da Ərdoğanla Trampın görüşü başa çatıb.YenilənibMehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin borcu silindiBMT Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəldiİlham Əliyev Amerika Yəhudi Təşkilatlarının sədr müavinini qəbul edibLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiPrezident İranın nümayəndə heyətini qəbul edibRamiz Mehdiyev AMEA-da islahatlara başlayırVitse-spikerdən tələbə yataqxanaları ilə bağlı - TƏKLİF"Qarşıdakı illərdə biz irəliləyiş görəcəyik" - Mikayıl CabbarovNazir müavini Ucarda dərs prosesini izləyibOqtay Əsədov deputatlara XƏBƏRDARLIQ ETDİİnam Kərimov daha iki direktoru işdən çıxardıElşad Həsənov kollektivə təqdim olundu“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə Laçın rayon rəhbərliyinin görüşü keçirilmişdirAğcabədi rayonunda “ BAYRAQ GÜNÜ “qeyd edildiAmerikada milli musiqimizi təbliğ edən azərbaycanlı -“Facebook” onlayn ödəmə xidmətini işə saldı“Dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisə təqdim olunmalıdır”Prezident “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyi təsdiq etdiAğcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib.İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edibOrta məktəblərdə 5 gün dərs olmayacaqAzərbaycanın Xarici İşlər Nazirliyi Lavrova CAVAB VERDİMSK bələdiyyə seçkilərinə qatılacaq daha bir partiyanı qeydə aldıPrezident və birinci xanım ağacəkmə aksiyasındaOrta məktəblərdə çalışanların diaqnostik imtahanı keçiriləcəkParlament jurnalistlərindən 5 rayonda bayraq aksiyası – FOTOLARZakir Fərəcov Muğam Mərkəzində görülən son tamamlanma işləri ilə tanış olubRövnəq Abdullayev Əbu-Dabidə dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşüb - FOTOValideyn və şagirdlərin nəzərinə - Sabah bu məktəblərdə dərs olacaqİran yeni hərbi yük avtomobilini təqdim edibƏrdoğan bu məsələyə görə Putinə zəng etdiBakı bütünlüklə Azərbaycan bayrağı ilə bəzəndi - FOTO, VİDEOZakir Həsənov: “Hər bir Azərbaycan əsgəri döyüş hazırlığını daim artırmalıdır”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Pirallahı rayonunda keçirilmişdirElmar Məmmədyarov Türkiyədə işgüzar səfərdədirBakı Şəhər İcra Hakimiyyəti Dövlət Bayrağı Günü ilə bağlı iməclik keçiribAzərbaycan hər birimizin doğma evidir!“Yeni baş nazir Novruz Məmmədovun bir çox qərarlarını ləğv edəcək” – İDDİA“Dağlıq Qarabağın yekun statusuna gəldikdə...bu çox çətin məsələdir”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Pirallahı rayonunda keçirilmişdir